· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin keçirilməsi və ümumtəhsil məktəblərinə verilən mukafatdan istifadə edilməsi

QAYDALARI

1. ümumi müddəalar

1.1. Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamı əsasında təşkil edilir.

1.2. Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumtəhsil məktəblərini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini məktəblərin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir.

1.3. Müsabiqə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilir. Müsabiqədə müəyyən edilmiş minimum şərtlərə cavab verən hər bir ümumtəhsil məktəbi iştirak edə bilər.

1.4. Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət etmək üçün ictimai əsaslarla Təşkilat Komitəsi yaradılır. Təşkilat Komitəsinin tərkibinə beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də daxil edilir. Təşkilat Komitəsinin tərkibi Təhsil Nazirliyinin əmri ilə təsdiq edilir.

1.5. Nümayəndələri Təşkilat Komitəsinin və müvafiq işçi heyətlərinin tərkibinə daxil edilən məktəblər müsabiqədə iştirak etmir.

1.6. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat Komitəsi tərəfindən müəyyən edilir.

1.7. Mübahisəli məsələlərə baxılması üçün Təhsil Nazirliyinin əmri ilə apelyasiya komissiyası yaradılır.

2. Müsabiqədə iştirak üçün şərtlər

2.1. Müsabiqədə iştirak etmək üçün ümumtəhsil məktəblərinə aşağıdakı minimum şərtlər irəli sürülür:

2.1.1. son üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması;

2.1.2. son üç ildə ali məktəblərə qəbul imtahanlarında məzunlarının yüksək bal toplaması;

2.1.3. müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı;

2.1.4. respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutması;

2.1.5. ali təhsilli müəllimlərinin faizinin yüksək olması;

2.1.6. məktəbin fənn müəllimləri ilə tam komplektləşdirilməsi, müəllim-şagird nisbətinin müəyyən edilmiş normadan aşağı olmaması;

2.1.7. təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitar tələblərin pozulması hallarına yol verilməməsi;

2.1.8. ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, təhsil alanlar, Valideyn-Məktəb Assosiasiyaları və digər qurumlar tərəfindən aparılan sorğularda məktəb haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi;

2.1.9. ümumtəhsil məktəbinin fəaliyyətinin qiymətləndirilməsi zamanı müəyyən edilmiş digər zəruri şərtlər.

3. Müsabiqənin təşkili

3.1. Müsabiqə üç mərhələdə keçirilir. Müsabiqənin mərhələlər üzrə keçirilmə müddətini hər il Azərbaycan Respublikasının Təhsil Nazirliyi müəyyən edir.

3.2. Birinci mərhələdə iddiaçı ümumtəhsil məktəblərinin direktorları müsabiqədə iştirak etmək barədə məktubla rayon (şəhər) təhsil şöbələrinə müraciət edirlər. Məktub təhsil şöbəsində qeydə alınır və məktəbin fəaliyyətinin bu Qaydaların 2-ci bəndində müəyyən olunmuş şərtlərə uyğunluğu təsdiq edildikdən sonra aşağıdakı sənədlər Təşkilat Komitəsinə göndərilir:

3.2.1. ümumtəhsil məktəbinin müsabiqədə iştirakının irəli sürülməsi barədə təhsil şöbəsinin təqdimatı;

3.2.2. müsabiqədə iştirak etmək üçün şərtlərə uyğun ümumtəhsil məktəbinin göstəriciləri.

3.3. Müəyyən edilmiş müddətdən sonra Təşkilat Komitəsinə daxil olan sənədlər qəbul edilmir.

3.4. Təqdim edilmiş sənədlərin ekspertizasını həyata keçirmək üçün Təşkilat Komitəsi tərəfindən ekspert qrupu (qrupları) yaradılır. Ekspert qrupuna (qruplarına) təhsil sahəsində nüfuzlu mütəxəssislər, təhsilin idarə olunması üzrə təcrübəli işçilər, müsabiqə materiallarının qiymətləndirilməsində səriştəsi olan şəxslər daxil edilir.

3.5. Təqdim edilmiş sənədlərin ekspertizası prosesində xüsusi hallar da nəzərə alınmaqla, təhsil müəssisəsinin iştirak üçün müəyyən olunmuş şərtləri hansı səviyyədə ödəməsi ayrılıqda müvafiq balla qiymətləndirilir.

3.6. Ekspertizanın yekununa görə daha çox bal toplamış ümumtəhsil məktəbləri ekspert qrupunun müəyyən edilmiş formada təqdimatı ilə ikinci mərhələyə buraxılırlar.

3.7. Müsabiqənin ikinci mərhələsi yerlərdə təşkil edilir. Bu mərhələdə iştirakçı məktəblərin IX və XI sinif şagirdlərinin bilik səviyyəsi hər il Təşkilat Komitəsinin müəyyən etdiyi fənlər üzrə xüsusi testlər vasitəsilə yoxlanılır.

Testlərin hazırlanmasını, yoxlamaların keçirilməsini və nəticələrin qiymətləndirilməsini Təşkilat Komitəsinin təsdiq etdiyi ekspert qrupları həyata keçirir. Bu mərhələnin yekunları barədə ekspert qrupları tərəfindən hər il müəyyən edilmiş müddətdə Təşkilat Komitəsinə hesabat təqdim edilir.

3.8. Müsabiqənin üçüncü mərhələsi Bakı şəhərində Təşkilat Komitəsi tərəfindən keçirilir. Bu mərhələnin iştirakçısı olan ümumtəhsil məktəbləri müsabiqədə 3-5 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil edilə bilər.

3.9. üçüncü mərhələdə iştirakçı məktəbin direktoru müəssisənin fəaliyyəti barədə 10 dəqiqəlik təqdimatla çıxış edir və suallara cavab verir. Təşkilat Komitəsinin hər bir üzvü təqdimatı fərdi qaydada qiymətləndirir. Yekun qiymətləndirmə balı isə aparılan müzakirənin nəticəsinə görə müəyyən edilir.

3.10. Təqdimatın qiymətləndirməsi zamanı aşağıdakı tələblər nəzərə alınır:

3.10.1. təqdimat üçün maraqlı və orijinal formanın seçilməsi;

3.10.2. təqdimatın tamlığı və zəruri məsələləri əhatə etməsi;

3.10.3. məktəbin inkişafyönümlü fəaliyyətinin, yaradıcı iş üslubunun və İKT-dən səmərəli istifadə edilməsinin real faktlarla diqqətə çatdırılması;

3.10.4. suallara cavabların əsaslandırılmış və inandırıcı xarakter daşıması;

3.10.5. məktəbi təmsil edən nümayəndə heyətinin vahid məqsəd ətrafında birlik nümayiş etdirməsi;

3.10.6. məktəbin fəaliyyətinin perspektivləri və yaxın 3 ildə gözlənilən nəticələri haqqında aydın təsəvvürlərin yaradılması.

4. Müsabiqənin yekunlaşdırılması

4.1. Təşkilat Komitəsi tərəfindən zonalar üzrə qaliblərin seçilməsi üçün məktəblərin say nisbəti nəzərə alınmaqla kvotalar müəyyənləşdirilir.

4.2. Təşkilat Komitəsi hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 50 ümumtəhsil məktəbini seçir və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

4.3. Qalib məktəblər müəyyən olunmuş qaydada elan edildikdən sonra  Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.

4.4. Müsabiqənin qalibi elan olunmuş məktəblər 10 min (on min) manat məbləğində pul mükafatı ilə təltif edilirlər.

4.5. Bir məktəb ən yaxşı ümumtəhsil məktəbi mükafatını 5 ildən tez olmayaraq,    1 dəfə ala bilər.

5. Qalib məktəblərə ayrılmış pul vəsaitinin istifadə edilməsi

5.1. Qalib məktəblərə ayrılmış pul vəsaiti məktəb şurasının qərarı ilə aşağıdakı istiqamətlər üzrə xərclənə bilər:

5.1.1. laboratoriya, kompüter və idman avadanlığının alınması;

5.1.2. İKT-dən istifadə imkanlarının genişləndirilməsi;

5.1.3. istedadlı şagirdlərə və işdə fərqlənən müəllimlərə mükafatların verilməsi;

5.1.4. inkişafyönümlü layihə və proqramların hazırlanması;

5.1.5. elektron tədris vəsaitlərinin, elmi-metodiki ədəbiyyatların alınması;

5.1.6. innovativ təhsil proqramlarında iştirak üçün xarici ölkələrə ezamiyyələrin təşkili.

5.2. Mükafat olaraq verilmiş vəsait tam istifadə edildikdən sonra xərc barədə hesabat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur.