· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

 

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin akademik proqramlar üzrə müşaviri Tomas Farrelli qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında ABŞ Dövlət katibinin akademik proqramlar üzrə müşaviri Tomas Farrelli qəbul etmişdir.

Tomas Farrell ölkəmizə əvvəlki səfərlərindən ötən dövr ərzində Azərbaycanda böyük inkişafın və irəliləyişlərin şahidi olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə müasir cəmiyyət quruculuğu istiqamətində atılan addımlardan yaxşı xəbərdar olduğunu söylədi. Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrdə son illər böyük uğurlar qazanıldığını vurğulayaraq Azərbaycanın gələcək inkişafı üçün qarşıda mühüm vəzifələrin dayandığını bildirdi.

Görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, elm, təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı.

AzərTAc