· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

Bir ərizədə 39 səhv varsa...

Laçın rayonunun Qarakeçdi kənd sakini Əsəd Həsənov işdən qanunsuz çıxarılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Surəti redaksiyamıza da daxil olan müraciətdə Əsəd müəllim məktəblərində dərs bölgüsündə olan əyintilərdən, xüsusən də direktorun bu məsələdə qohumbazlıq göstərməsindən, özünə qarşı olan haqsızlıqdan bəhs edir və kömək istəyir. Müraciətdə qeyd olunanların həqiqətə nə dərəcədə uyğun olmasını söyləmək çətindir. Bu, xüsusi araşdırma tələb edir və yəqin ki, araşdırılacaq da. Bizim diqqətimizi cəlb edən, ilk növbədə, müraciətin müəllim adına yaraşmayan dərəcədə savadsız yazılması oldu. Əsəd müəllim cəmi 10-15 sətirlik müraciətində nə az, nə çox, düz 39 orfoqrafik və üslub səhvinə yol verib, bəzi sözləri necə tələffüz edirsə, eləcə də yazıb. Səhvlərin çoxluğunu nəzərə alıb onları bir-bir qeyd etməyi lazım bilmirik. Sadəcə, müraciətin bir hissəsinin surətini yazımıza əlavə edirik, buyursunlar, oxucular da tanış olsunlar.

Əsəd müəllim müraciətində qeyd edir ki, 16 ildir müəllim işləyir. Görəsən, bu savadla 16 ildə nə qədər savadsız şagird "yetişdirib"? Bir də əgər özünə müəllim deyən və 16 illik müəllimlik stajını özünümüdafiə üçün xüsusi diqqətə çatdıran bir adam kiçik bir yazıda bu qədər səhvə yol verirsə, onda o, başqalarını "pedaqoji təhsili olmamaq"da, "latın hərflərini bilməməkdə" suçlamaqda nə dərəcədə ədalətlidir?

Əsəd müəllim yazır ki, müraciət etmədiyi yer qalmayıb. Əgər müraciət etdiyi bütün yerlərə belə "savadlı" məktub göndəribsə, onda müəllim adını yaxşıca "ucaldıb". Əhsən belə savada. Görəsən, Əsəd müəllim onu harada alıb və ümumiyyətlə alıbdırmı? Yeri gəlmişkən, bu özü də elə araşdırma tələb edir və redaksiyamız onu yəqin ki, araşdıracaq da.

 

"AZƏRBAYCAN MüƏLLİMİ"