· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Son beş ildə Ağcabədidə 25 yeni məktəb binası istifadəyə verilib

Ağcabədi rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi, mövcud məktəblərin təmir olunması istiqamətində işlər 2008-ci ildə davam etdirilmişdir.

ötən il 360 şagird yerlik şəhər 7 nömrəli, 640 şagird yerlik şəhər 8 nömrəli, 180 şagird yerlik Xocavənd kənd əsas, 220 şagird yerlik Şahsevən Təzəkənd kənd orta məktəbləri üçün binalar tikilib istifadəyə verilmiş, şəhər 1 və 11 nömrəli orta məktəblər əsaslı təmir edilmişdir. Hindarx qəsəbə 2 nömrəli əsas məktəbinin və Xocavənd kənd 1 nömrəli orta məktəbinin damı dəyişdirilmişdir. 480 şagird yerlik Avşar kənd, 360 şagird yerlik Gələbədin kənd və 320 şagird yerlik Nəcəfqulubəyli kənd orta məktəbləri üçün binaların tikintisinə başlanmışdır. ümumiyyətlə, son beş ildə rayonda 25 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.

 

 

 

"Yurdumuza bahar gəlir"

 

Bakıdakı 1 nömrəli orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri Novruz bayramını yüksək əhvali-ruhiyyə ilə qarşılamağa hazırlaşırlar. "Yurdumuza bahar gəlir" adı altında keçirilən tədbir məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlərin  bayram sevincindən xəbər verirdi. Təhsil ocağının direktoru Elida Rzayeva tədbir iştirakçılarını əziz bayram münasibəti ilə təbrik etdi. Məktəbin şagirdləri şairlərimizin, aşıqlarımızın Novruza, baharın gəlişinə həsr etdikləri şeirlərindən parçalar söylədilər, səhnəciklər göstərdilər.  Onlar nənə və babalarından eşitdikləri xalq inanclarını, deyimlərini tədbir iştirakçılarına çatdırdılar.

Aşağı sinif şagirdlərinin rəqs nömrələri maraqla qarşılandı.  Bayram mərasimində uşaqların milli geyimlərdən istifadə etməsi tədbiri daha da yaddaqalan etdi.  Kosa ilə keçəlin məzəli rəqsləri şagirdlərdə yazla qışın görüşü təəssüratını yaratdı.

R. ZİYADOV

 

 

Yeni məktəb binası tikilir

Zaqatala rayonunun Paşan kəndində 220 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb.  Dövlət vəsaiti hesabına tikilən, müasir standartlara cavab verən ikimərtəbəli məktəb binasında 11 sinif otağı, 2 laboratoriya, kompüter otağı, kitabxana, bufet, xidməti otaqlar, habelə idman və akt zalları tikiləcək. Bina müasir istilik sistemi ilə də təchiz olunacaq.

Yeni  tədris ocağının növbəti dərs ilinədək istifadəyə  verilməsi nəzərdə tutulub.