|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə |
Gəncə təhsili inkişaf yollarında Son günlər ulu Nizami yurdu -
Gəncəyə qədəm basan hər bir kəs bu
qədim şəhərdə aparılan quruculuq-abadlıq
işləri ilə yanaşı, təhsilin də sürətli
inkişafından heyrətlənməyə bilmir -
"Cəmiyyət genişdir, maarif isə onu işıqlandıran
Günəşdir", - deyən ulu öndər Heydər Əliyevin
təhsilimizə göstərdiyi diqqət və qayğı
bu gün də siyasi varislik nümunəsi kimi davam etdirilir
və onun inkişafı üçün əsaslı islahatlar
həyata keçirilir. Bu gün təhsilin inkişafı üçün
ölkəmizin hər yerində olduğu kimi, Azərbaycanın
ikinci sənaye və mədəniyyət mərkəzi
olan Gəncə şəhərində də ardıcıl
və məqsədyönlü tədbirlər görülür.
Hazırda Gəncə Şəhər Təhsil
İdarəsinin tabeliyində 101 təhsil müəssisəsi
vardır. Dərs ilinin əvvəlindən
Gəncədə 44 orta, 1 əsas, 2 internat məktəb,
1 gimnaziya fəaliyyət
göstərir. Bu müəssisələrdə təhsil alan
41548 şagirdin təlim-tərbiyəsi ilə 4773 müəllim
məşğul olur. Eyni zamanda şəhərdəki 42
məktəbəqədər, 8
məktəbdənkənar tərbiyə müəssisəsində
1 uşaq evi, 1 filmoteka və 1 xüsusi təhsil ocağında
410 pedaqoji işçi çalışır. Bu il 1-ci sinfə
3490 şagird qəbul edilib, XI siniflərdə isə 3065
şagird təhsil alır. Bağçada tərbiyə alan uşaqların
sayı 4215 nəfərdir. Sakinlər
ölkə Prezidentinin Gəncə təhsilinə qayğısını
yüksək qiymətləndirirlər öncə onu qeyd edək ki, regionların
sosial iqtisadi inkişafına böyük önəm verən
Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə,
gəncəlilərə və Gəncə
təhsilinə də yüksək diqqət və qayğı
göstərir. Məhz bunun nəticəsidir ki,
ölkə başçısı son 5 ildə 8 dəfə
Nizami yurduna səfər etmiş və hər gedişi
ilə də Gəncənin inkişafına xüsusi
təkan vermişdir. Azərbaycan Dövlət İqtisad
Universitetinin yeni binasının açılışında
isə Gəncə ilə birbaşa elektron bağlantısı
zamanı Prezident İlham Əliyev demişdir: "...Bilirsiniz
ki, mən sizin şəhərinizdə
dəfələrlə olmuşam və onun inkişafı
ilə bilavasitə məşğul oluram. çox şadam, çox
qürur hissi ilə demək istəyirəm ki, Gəncə
bu gün Azərbaycanda ən sürətlə inkişaf
edən şəhərlərdən biridir. çox böyük
quruculuq, abadlıq işləri aparılır, müasir
infrastruktur yaradılır, yeni müəssisələr işə
salınır. Eyni zamanda təhsil sahəsinə böyük
diqqət göstərilir, məktəblər təmir olunur.
Bir sözlə, Azərbaycanın ikinci şəhəri öz yüksəliş
dövrünü yaşayır". 2007-2008-ci dərs ilinin yekunlarına
nəzər saldıqda görürük ki, ötən il Gəncə
Şəhər Təhsil İdarəsinin tabeliyində
fəaliyyət göstərən təhsil müəssisələri
üçün uğurlu olmuşdur. Həmin müddətdə
məktəblərin maddi-texniki bazası xeyli möhkəmlənmişdir.
Şəhər 6, 20 və 23 nömrəli
məktəblər Prezidentin sərəncamına
əsasən ayrılmış vəsait hesabına
əsaslı təmir edilmiş, yeni parta, lövhə, müəllim
masası və stulu ilə təmin olunmuşdur. Hacıkənd
qəsəbəsində yerləşən 35 nömrəli
əsas məktəbin köhnə binasının dam örtüyü
təzələnmiş, 80 şagird yerlik əlavə
tədris korpusu tikilmişdir. Prezidentin təhsil müəssisələrinin
istilik təchizatının yaxşılaşdırılmasına
dair müvafiq sərəncamına əsasən 17
məktəbdə yeni istilik sistemi quraşdırılmış,
müstəqil qazanxanalar tikilmişdir. ötən dərs ilinin əvvəlində
Azərbaycan Prezidentinin imzaladığı "Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mükafatının təsis edilməsi haqqında"
sərəncam təhsilin inkişafını və müəllim
əməyini stimullaşdıran mühüm dövlət
sənədi kimi Gəncənin təhsil işçilərini
daha yaxşı işləməyə ruhlandırdı.
Elə bunun nəticəsində respublika üzrə keçirilən
"Ən yaxşı müəllim" müsabiqəsində
iştirak edən şəhərin 15 müəllimi arasında
22 nömrəli məktəbin ibtidai sinif müəllimi Afaq
Əliyeva "Ən yaxşı müəllim" adını
qazanaraq Prezidentin 19 avqust 2008-ci il tarixli sərəncamı
ilə 5000 manat pul mükafatı ilə mükafatlandırıldı.
Eləcə də şəhərin 4 nömrəli
məktəbi "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsində qalib adını
qazanaraq Prezidentin müvafiq sərəncamına əsasən
10000 manat pul mükafatı ilə mükafatlandırılmışdır. Son beş ildə Prezidentin sərəncamı
ilə Gəncə şəhər təhsil işçilərindən
12 nəfər "Azərbaycan Respublikasının
əməkdar müəllimi" fəxri adına layiq görülmüş,
5 nəfər "Tərəqqi" medalı ilə
təltif olunmuş və 5 nəfərə isə
Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi" döş nişanı
verilmişdir. Son illərdə şəhər
məktəblərinin 9 məzunu ali
məktəblərə qəbul zamanı yüksək bal
topladıqlarına görə Prezident təqaüdünə layiq
görülmüşdür. Şəhər təhsil idarəsinin
foyesində onları yetişdirən əməkdar müəllimlərlə
yanaşı, həmin məzunların da şəkilləri
şərəf lövhəsini bəzəyir. Bu isə
həm müəllimləri, həm də şagirdləri
onlardan nümunə götürməyə, daha yaxşı işləməyə,
oxumağa səsləyir.
Heydər
Əliyev Fondunun dəstəyi Bu
bir danılmaz faktdır ki, Azərbaycan Prezidentinin elm
və təhsilin davamlı inkişaf konsepsiyasının
uğurla gerçəkləşməsində Heydər Əliyev
Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı,
bu sahədə həllini gözləyən bir sıra
problemlərin tez bir vaxtda aradan qaldırılması
istiqamətindəki fəaliyyəti ictimaiyyət
tərəfindən rəğbətlə qarşılanır.
İftixar hissi ilə qeyd etmək
istəyirik ki, son beş ildə Gəncənin də
tarixi-mədəni abidələrinin bərpası,
təhsil, səhiyyə, mədəniyyət
obyektlərinin təmiri və təchizatı
sahəsində aparılan işlər məhz Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım
Əliyevanın dəstəyi ilə mümkün olmuşdur. Heydər Əliyev Fondu tərəfindən
Gəncə Şəhər Təhsil İdarəsinin
tabeliyində olan məktəblərin 1-ci sinif şagirdlərinə
17 adda 3780 ədəd müxtəlif hədiyyə, 140 adda
19435 ədəd plakat-tədris vəsaiti, uşaq evinə
1 avtobus, məktəbəqədər təhsil müəssisələrinə
24 adda 12680 ədəd tədris vəsaiti, xüsusi təhsil
müəssisəsinə 1 avtobus, müxtəlif avadanlıqlar
və dərs vəsaiti verilib. Gəncə uşaq evi üçün həmçinin
Heydər Əliyev Fondunun dəstəyi ilə 120 yerlik
yeməkxana da tikilib istifadəyə verilmişdir. Uşaq
evində böyümüş kimsəsiz uşaqlardan biri - Samir Qasımova
ötən il Fondun təşəbbüsü ilə Daşkəsən
şəhərində tam avadanlıqlarla təmin olunmuş
üçotaqlı mənzil verilmiş və o, müvafiq işlə
təmin olunmuşdur. Həmçinin uşaq evində böyümüş
Ruslan Məmmədov da Fond tərəfindən ikiotaqlı
mənzillə təmin olunmuşdur. Əlbəttə, təhsil sahəsində
aparılan məqsədli proqramların həyata keçirilməsində
və digər sahələrdə qazanılmış uğurlarda
ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın
əməyi xüsusi qeyd edilməlidir. Əsas
meyarlardan biri ötən dərs ilində ilk dəfə
olaraq Gəncədə XI siniflərdə buraxılış
imtahanları cavab kartı tətbiq edilməklə
mərkəzləşdirilmiş qaydada aparılmışdır.
Bu tədbirə hazırlıq məqsədi ilə
Təhsil Nazirliyi tərəfindən 3 dəfə sınaq
test imtahanı keçirilmişdir. Şəhər təhsil
idarəsində də 2 dəfə sınaq test imtahanı
aparılmışdır ki, bu da şagirdlərin və
valideynlərin imtahanlara hərtərəfli hazırlığına
əlverişli şərait yaratmış, imtahanların
nəticələri qənaətbəxş olmuşdur. Mərkəzləşdirilmiş qaydada test
imtahanlarında 6, 26 və 42 nömrəli
məktəblər 100 faiz, 4 nömrəli məktəb 99
faiz, 14, 25, 32, 39 və 46 nömrəli məktəblər
isə 98 faiz nəticə göstərmişdir. Şəhər
üzrə bu göstərici 92,7 faiz təşkil etmişdir.
Hazırda da mərkəzləşdirilmiş test sınaq
imtahanlarına ciddi hazırlıq işləri görülür. 2008-ci ildə şəhərin orta ümumtəhsil
məktəblərini 3039 şagird bitirib. Onlardan 2624
nəfəri ali məktəblərə qəbul olunmaq
üçün sənəd verib. Qəbul imtahanlarının
nəticələrinə əsasən 732 məzun
tələbə adını qazanmışdır. Onlardan
384 nəfəri dövlət ali məktəblərinə
qəbul olunmuşdur. Şəhərin orta ümumtəhsil
məktəbləri üzrə 2008-ci il məzunlarının
156 nəfəri 500-dən, o cümlədən 38
nəfəri 600-dən yuxarı bal toplamışdır.
Abituriyentlərin qəbul imtahanlarında topladığı
orta bal 218, 298 olmuşdur. Əvvəlki illərlə müqayisədə
məzunların ali məktəblərə qəbul
imtahanlarındakı nəticələri ötən il daha yüksək
olmuşdur. 2008-ci il məzunlarının qəbul
imtahanlarındakı nəticələrinin təhlili
əsasında müəyyən edilmişdir ki, 26 nömrəli
məktəb-lisey kompleksi, 4, 11, 29 və 32 nömrəli
məktəblərin göstəriciləri şəhər
üzrə orta göstəricidən xeyli yüksək olmuşdur.
Bütün bunlar nəzərə alınaraq, həmin
məktəblər Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən respublika üzrə yaxşı
məktəblər sırasına daxil edilmişdir. Adları
çəkilən məktəblərdən əlavə, daha
17 məktəbdə imtahan göstəriciləri şəhər
üzrə orta göstəricidən xeyli yüksək olmuşdur.
ümumiyyətlə, son illər Gəncə şəhər
məktəbləri məzunlarının ali
məktəblərə qəbul faizi getdikcə yüksəlmişdir.
Əgər 2006-cı ildə məzunların 22,9 faizi ali
məktəblərə qəbul olunmuşdusa, 2007-ci
ildə bu rəqəm 26 faiz təşkil etmiş, 2008-ci
ildə isə bu göstərici 29 faizə yüksəlmişdir.
Birgə
yaradıcı işlərin nəticəsi Təhsilə
yeni münasibət, tələbkarlıq, hər bir işçinin
konkret vəzifəsinin müəyyənləşdirilməsi
Gəncədə təhsilin bütün sahələrində öz
müsbət nəticələrini verməkdədir. Ən
əvvəl tədrisin keyfiyyətinin yüksəldilməsi,
istedadlı şagirdlərlə aparılan işin
səmərəli nəticəsini qeyd etmək lazımdır.
Hazırda Gəncədə iki ali məktəbdə -
Gəncə Dövlət Universitetində və Texnologiya
Universitetində Olimpiadaya Hazırlıq Mərkəzi
fəaliyyət göstərir. Təhsil idarəsi ilə
universitetlərin birgə yaradıcı işlərinin
nəticəsində indi ümumtəhsil
məktəblərində də fənn olimpiadalarına
hazırlıq mərkəzləri və işçi qrupları
yaradılmışdır. Məktəblilər müxtəlif
fənlər üzrə ali məktəblərin professor-müəllim
heyətinin də köməyindən, bilik və təcrübəsindən
faydalanırlar. Bunun nəticəsidir ki, yola saldığımız
tədris ilində məktəblilər respublika fənn
olimpiadalarında uğurla çıxış etmişlər.
Şəhərdəki 15 nömrəli orta məktəbin X
sinif şagirdi Samirə Məmmədova Azərbaycan dili
fənni üzrə 1-ci, 20 nömrəli məktəbin XI sinif
şagirdi Elnur Şabanov Azərbaycan tarixi fənnindən
3-cü, 5 nömrəli məktəbin XI sinif şagirdi Aygün
Məmmədova Azərbaycan dili fənnindən 4-cü yeri
tutmuşdur. 25 nömrəli orta məktəbin şagirdi
Tahirə Əmiraslanova ulu öndər Heydər Əliyevin 85
illik yubileyi ilə bağlı keçirilən inşa yazı
müsabiqəsində 3-cü yerə layiq görülmüşdür. Kurikulum
islahatı dərindən öyrənilir Bildiyimiz kimi, milli təhsilimizin
məzmununun yeniləşdirilməsi, müasir
tələblərə cavab verməsi üçün ölkədə
genişmiqyaslı yaradıcı iş aparılır. Bu
sahədə Gəncə Şəhər Təhsil İdarəsinin
ümumtəhsil məktəblərində apardığı
iş bugünkü uğurları təmin etdiyi kimi,
gələcək müvəffəqiyyətlərin də
əsasını qoyur. Elə bu məqsədlə də
Gəncənin ümumtəhsil məktəblərində
kurikulum islahatı dərindən öyrənilir. Hələ
sentyabr ayından başlayaraq I sinif müəllimləri
üçün mütəmadi olaraq fənn kurikulumlarının
tətbiqi ilə bağlı treninqlər, seminarlar təşkil
edilir. Bu işlər Gəncə ŞTİ-nin Metodiki
mərkəzi tərəfindən həyata keçirilir.
Kurikulum islahatının səmərəli tətbiqi
üçün Gəncə şəhərində 2 kurikulum
mərkəzi təşkil olunmuşdur. Seminarlar məqsəddən asılı
olaraq fənn kurikulumunun məzmununu əhatə edən
"Qiymətləndirmə", "Planlaşdırma",
"Fəal təlim texnologiyaları" mövzularında
keçirilir. I siniflərdə təlimin keyfiyyət baxımından
qiymətləndirilməsi üçün ən uğurlu variant
dərslərin müşahidə edilməsidir. Buna görə
də ötən ilin noyabr-dekabr aylarında I
siniflərdə "Təlimin keyfiyyət baxımından
qiymətləndirilməsi üçün monitorinq" keçirilmişdir.
Dərslər müşahidə edilərkən təlimin
təşkili bir çox parametrlər baxımından
dəyərləndirilmiş, müəllimlərə lazımi
tövsiyələr verilmişdir. Eyni zamanda 2009-cu ilin yanvarında ümumtəhsil
məktəblərində I siniflərdə işləyən
qabaqcıl, müasir təlim texnologiyaları və İKT
bacarıqlarına malik peşəkar müəllimlərin nümunəvi
"açıq dərs"ləri keçirilmişdir.
Dərslər mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilmişdir. Onu da qeyd edək ki, hazırda 204
nəfər müəllim
fənn kurikulumları ilə bağlı xüsusi kurs keçərək
sertifikat almışdır. Bu mühüm sahədə şəhərin
2, 4, 5, 28, 29, 39 nömrəli məktəblərində görülən
işlər xüsusilə uğurludur. İKT-dən
səmərəli istifadə olunur Hazırda Gəncə şəhərinin
təhsil müəssisələrində şagirdlərin
istifadəsi üçün 1061 kompüter, 30 proyektor, 30 noutbuk vardır.
Məktəblərdə təhsil alan hər 30 şagirdə
1 kompüter düşür. Şəhərin 18 məktəbi
birbaşa İnternet şəbəkəsinə qoşulmuşdur.
Həmin təhsil ocaqlarında 114 informatika müəllimi çalışır.
Onların hamısı Azərbaycan Müəllimlər İnstitutunun
Gəncə filialında təşkil olunmuş müvafiq
ixtisasartırma kurslarından keçmişdir. Bu
məktəblərdə 83 informatika laborantı, 83
informatika kabineti fəaliyyət göstərir. Gəncə Şəhər Təhsil İdarəsinin
müdiri Mahal Əliyevlə birlikdə baş çəkdiyimiz
4, 5, 6, 11, 14, 15, 21, 23, 27 və 39 nömrəli
məktəblərdə İKT-dən daha
səmərəli istifadənin şahidi olduq. Burada
şəhidlərin xatirəsi əziz tutulur Əbəs yerə deməyiblər ki,
şəhidlik qəhrəmanlığın zirvəsidir.
Gəncəlilər Dağlıq Qarabağ uğrunda döyüşlərdə
həlak olan şəhidlərin xatirəsini həmişə
əziz tuturlar. 1, 12, 18, 22, 24, 25, 27, 30, 34, 39, 41 və 44 nömrəli
orta məktəblərdə şəhidlərin
xatirəsini əbədiləşdirmək üçün
abidələr ucaldılmış, "Şəhidlər
bulağı" yaradılmışdır. Bu da,
əlbəttə, yetişən gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyəsinə böyük
təsir göstərən amillərdəndir. Qazanılan
hər bir uğur sevindiricidir Təhsil sahəsində olduğu kimi, idman
sahəsində də Gəncə məktəbliləri
istər respublika, istərsə də dünya və Avropa çempionatlarında
layiqincə çıxış edərək uğurlar qazanmışlar.
Gəncə şəhər 7 nömrəli məktəbin
şagirdi Toğrul Əsgərov güləş üzrə 46
kiloqram çəki dərəcəsində Avropa çempionu adını
qazanmışdır. 14 nömrəli orta məktəbin
şagirdi ülviyyə Fətəliyeva şahmat üzrə 12
yaşadək qızlar arasında Avropa birinciliyində bürünc
medala, 40 nömrəli orta məktəbin şagirdi Eldar
Qurbanov isə taekvando üzrə Avropa çempionatının qızıl
medalına layiq görülmüşlər. "Pedaqoji
ideyalar" Bildiyimiz kimi, Təhsil Nazirliyi İnnovativ Müəllimlər
Assosiasiyası Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzi ilə birlikdə 2006-2007-ci dərs
ilində "Pedaqoji ideyalar" festivalı keçirib.
Festivalın yekun mərhələsində respublikanın
9 bölgəsindən 25 müəllimin dərsləri müasir
fəal təlim metoduna uyğun və təqdirəlayiq
bilinib. Müasir tələblərə tam uyğun olan 25
dərsin müəllifləri təhsil naziri, professor Misir
Mərdanov və adıçəkilən mərkəzin
rəhbərliyi tərəfindən imzalanmış
diploma layiq görülüblər. Onlardan 7 nəfəri
Gəncə şəhər məktəblərinin müəllimidir. Diploma layiq görülən müəllimlərin
dərsləri təfsilatı ilə Təhsil Nazirliyi, Müasir
Təhsil və Tədrisə Yardım Mərkəzi
tərəfindən nəşr edilmiş "Pedaqoji
ideyalar, nümunəvi dərslər toplusu" kitabının
I buraxılışında verilib. Adıçəkilən
festivalın nəticələrini əks etdirən
"Pedaqoji ideyalar" dərslər toplusu (II buraxılış,
Bakı, 2008) adlı daha bir kitab nəşr edilib. Hər
iki hal Gəncənin təhsil sisteminin gözəçarpan uğurlarıdır. Son
üç ilin mənzərəsi Gəncədə təhsil sahəsində
son üç ildə görülmüş işlərə nəzər
salaraq qeyd edək ki, 2006-cı ildə şəhərin
"Sevinc" qəsəbəsində 640 şagird yerlik
yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Elə həmin il 37 nömrəli məktəb binası da
əsaslı təmir edilmişdir. 2007-ci ildə 7, 2008-ci ildə isə 4
məktəb binası əsaslı təmir olunmuşdur.
ötən il 21 nömrəli məktəb müasir
tələblərə cavab verən yeni tədris binasına
köçürülüb, 640 şagird yerlik bina müasir tədris avadanlıqları,
kompüter və istilik sistemi ilə təchiz edilmiş, 21 nömrəli
əsas məktəb yeni dərs ilindən orta
məktəb kimi fəaliyyətə başlamışdır.
Eyni zamanda Şah İsmayıl Xətai adına 13 nömrəli
məktəb üçün 960 şagird yerlik yeni məktəb
binasının inşasına başlanmışdır.
Burada tikinti işləri hazırda uğurla davam etdirilir. ümumilikdə isə şəhərdə
17 məktəb əsaslı təmir olunmuş, onlar üçün
fərdi qazanxana tikilmişdir. Son üç ildə Təhsil
Nazirliyinin xətti ilə məktəblərə 6112
parta, 881 lövhə, 963 müəllim masası, 1594 müəllim
oturacağı verilmişdir. Şəhər təhsil idarəsinə
ayrılmış vəsait hesabına isə 8
məktəbin, 5 uşaq bağçasının dam örtükləri
təzələnmiş, xeyli miqdarda məktəb avadanlığı
və inventar alınıb paylanmışdır. *** Sonda onu deyək ki, yazımızda
Gəncə təhsilinin qazandığı uğurları,
yaşanan bəzi problemləri tam əhatə edə
bilməsək də, təhsildə əldə olunan,
qazanılan uğurlarda şəhər icra
hakimiyyətinin göstərdiyi gündəlik diqqət və
qayğını qeyd etməyə bilmirik. Şəhər
rəhbərliyi məktəbin gündəlik tələbatına,
onun enerji və digər kommunal ehtiyaclarının ödənilməsinə
həssaslıqla yanaşır, daxili imkanlar hesabına lazımi
köməklik göstərir. Biz də Gəncə təhsilinin inkişaf
etdirilməsində əməyi olan insanlara, bütün
təhsil işçilərinə bu nəcib,
səmərəli işlərində uğurlar
diləyirik. Ədalət DAŞDƏMİRLİ |