· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Dərsliklərə tələbat ödənilib

 

Tovuz rayonunun ümumtəhsil məktəblərində 82 kitabxana fəaliyyət göstərir. Kitabxanaların ümumi kitab fondu 565722 nüsxədir. Bunlardan 342722 nüsxəsi dərslikdir. "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən son bir ildə Prezident Administrasiyasının xətti ilə 100 adda 23078 nüsxə bədii kitab pulsuz olaraq məktəb kitabxanalarına çatdırılmışdır.  Təhsil Nazirliyi tərəfindən Azərbaycan bölməsi üzrə 47 adda 73112 nüsxə, rus bölməsi üzrə 33 adda 972 nüsxə dərslik alınaraq rayonun məktəblərinə verilmişdir.

2008-ci ildə yeni dərs ili üçün rayona Təhsil Nazirliyi tərəfindən 80 adda 74084 nüsxə kitab göndərilmişdir ki, bu da rayon məktəblərinin dərsliyə olan tələbatını ödəmişdir.

 

M.NOVRUZOV