· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Uşaq ili"ndə uşaqlara qayğı daha da artacaq

Azərbaycan Prezidentinin sərəncamı ilə 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan olunması uşaqlara, o cümlədən də uşaq evlərində, internat məktəblərdə yaşayıb təlim-tərbiyə alan balaca vətəndaşlara dövlət qayğısının güclənməsinə, vətəndaş cəmiyyəti qurumlarının uşaq problemlərinə diqqətinin artmasına səbəb olacaqdır. Artıq üçüncü ildir ki, ölkəmizdə dövlət uşaq müəssisələrində tərbiyə alan kimsəsiz, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlara qayğının artırılmasını, onların cəmiyyətə daha yaxşı adaptasiyasını nəzərdə tutan "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" həyata keçirilir. Proqramın icrası istiqamətində bir sıra əhəmiyyətli işlər görülmüşdür. Belə ki, əlaqədar qurumlarla birlikdə bütün internat məktəb və uşaq evlərinin fəaliyyətinin monitorinqi aparılmış, dövlət uşaq müəssisələrinin və orada yaşayan uşaqların qiymətləndirilməsi keçirilmiş, məlumat bazası yaradılmış və müvafiq plan hazırlanmışdır. Plana əsasən Bakı şəhər 2 nömrəli uşaq evi nəzdində "Günərzi Qayğı Mərkəzi" adlı alternativ xidmət növü təşkil olunmuşdur. İmkan düşdükcə həmin uşaq evinin, yaxın gələcəkdə isə bütövlükdə digər dövlət uşaq müəssisələrinin bu tipli qayğı mərkəzlərinə çevrilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, 7 internat tipli müəssisə transformasiya edilmişdir, onlardan 4-ü gimnaziyaya, 2-si ümumtəhsil, 1-i inklüziv komponentli məktəbə çevrilmişdir.

2009-cu ildə 3 internat tipli müəssisə ümumtəhsil, gimnaziya və idman təmayüllü liseyə çevriləcək.

Hazırda ölkəmizdə "Uşaq müdafiə sistemi"nin yaradılması üzrə iş gedir. Bununla əlaqədar Təhsil Nazirliyinin tabeliyində Uşaq müdafiə departamenti, pilot rayonlarda onun şöbələri təşkil olunacaq. Daha sonra pilot layihə çərçivəsində məlumat bankının, alternativ qayğının, ailələrə verilmiş uşaqların vəziyyətinin öyrənilməsi üzrə monitorinq sisteminin yaradılması nəzərdə tutulub.

 

Y.ƏLİYEV