· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Gənc kompüter istedadları" müsabiqəsi keçirilir

Məlum olduğu kimi, Təhsil Nazirliyinin 12 yanvar 2009-cu il tarixli əmrinə əsasən, məktəblilər arasında kompüter layihələri üzrə "Gənc kompüter istedadları" adlı müsabiqə keçirilir.

Müsabiqədə məqsəd informasiya texnologiyalarının (proqramlaşdırma, Veb-dizayn, multimedia) tətbiqi sahəsində istedadlı uşaq və gənclərin aşkara çıxarılması, gənclərin kompüter (informasiya) texnologiyalarına yiyələnmələri, yaradıcılıq qabiliyyətinin inkişafı, istedadlı uşaqlarla işin forma və üsullarının təkmilləşdirilməsi və tədris prosesində İKT-nin tətbiqidir. Yarışma hər ilin mart-aprel aylarında keçiriləcək. Kompüter layihələri müsabiqəsinə şagirdlər tərəfindən dərs və dərsdənkənar vaxtlarda hazırlanmış layihələr təqdim olunacaq. Layihələr həm ayrıca şagird, həm də müəllimin rəhbərliyi ilə şagird kollektivi tərəfindən hazırlana bilər. Müsabiqə təqdimatlar, Veb-saytlar (həm məktəbin rəsmi saytı, həm də şagirdlərin sərbəst mövzu üzrə hazırladıqları saytlar), kompüter proqramları (öyrədici, oyun və informasiya proqramları), öyrədici layihələr və kompüter animasiyası nominasiyaları üzrə aparılacaq.

Təqdimatların müsabiqəsi ev tapşırığı və proqramlar olmaqla iki turda keçiriləcək. Birinci turda müsabiqənin münsiflər heyəti sərbəst mövzular üzrə təqdim olunan ev tapşırıqlarını yoxladıqdan sonra ən yaxşı işləri seçəcək, onların müəllifləri ikinci əyani turda iştirak edəcəklər.

İkinci turda qabaqcadan müəyyən edilmiş iki mövzu veriləcək və onlardan birinin 2 saat ərzində təqdimatı hazırlanacaq. Veb-saytlar, kompüter proqramları, öyrədici layihələr və kompüter animasiyaları müsabiqələri də 2 turda keçiriləcək. Birinci turda ev tapşırıqları təqdim olunacaq və onlar arasında seçim aparılacaq. İkinci turda seçilmiş işlərin müdafiəsi keçiriləcək.

Finalda münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı işlərin təqdimatı olacaq. Qaliblərə müvafiq diplomlar veriləcək.

 

Hicran ƏKBƏROVA