· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

Məzunlar məktəblilərin qonağı oldular

Beynəlxalq Təhsil Kompleksində ənənəvi məzun günü keçirildi. Müxtəlif yaş qruplarını əhatə edən məzunlar öz müəllimlərinə gül dəstələri bağışladılar. Onları təbrik edir, səmimi söhbətlər aparırdılar.

Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara Xanlarova tədbiri açıq elan edərək respublikamızın təhsil sahəsində aparılan uğurlu islahatlardan, o cümlədən kompleksdə son dövrlərdə görülən işlərdən və qazanılmış nailiyyətlərdən danışdı. Məzunları təbrik edən Sara xanım bildirdi ki, bu təhsil ocağını bitirən yüzlərlə məzun dünyanın hər yerində çalışaraq ölkəmizin şərəfini qoruyur.

Məktəbin müəllimi "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Nailə Hüseynova, isə öz çıxışı ilə Beynəlxalq Təhsil Kompleksinin tarixinə nəzər saldı. Ekran vasitəsilə qabaqcıl müəllimləri, qızıl və gümüş medallarla təhsil ocağını bitirmiş məzunları iştirakçılara təqdim etdi. Məktəbin saytı göstərildi. Sonra məktəblilərin çıxışlarında müəllimə olan sevgini əks etdirən şeirlər səsləndi, mahnılar ifa olundu. 1-cilər isə məzunlara həsr etdikləri şeirləri söylədilər. Görüşdə məzunların bir qismi çıxış edərək keçirilən tədbirdən məmnun qaldıqlarını bildirdilər və tədbirin təşkilatçılarına, şəxsən Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara xanım Xanlarovaya minnətdarlıqlarını çatdırdılar.

 

Fazil İDRİSOĞLU