· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

A.M.Paşayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda elmin və təhsilin inkişafında böyük xidmətlərinə görə Arif Mir Cəlal oğlu Paşayev "Şərəf" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 fevral 2009-cu il

 

 

 

 

 

B.M.Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadənin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:

1. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində küçələrdən birinə Bəxtiyar Vahabzadənin adının verilməsini və Bəxtiyar Vahabzadənin yaşadığı binaya (İstiqlaliyyət küçəsi, 9) xatirə lövhəsinin vurulmasını təmin etsin.

2. Şəki Şəhər İcra Hakimiyyəti Şəki şəhərində küçələrdən birinə Bəxtiyar Vahabzadənin adının verilməsini və Şəki şəhərində Bəxtiyar Vahabzadənin büstünün ucaldılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. təhsil sistemində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün Bəxtiyar Vahabzadə adına təqaüdün təsis edilməsini təmin etsin;

3.2. Şəki şəhərinin orta məktəblərindən birinə Bəxtiyar Vahabzadənin adının verilməsini təmin etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2009-cu il

 

 

 

 

 

 Y.M.Mahmudovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanda tarix elminin tədqiqi və tədrisində böyük xidmətlərinə görə Yaqub Mikayıl oğlu Mahmudov "Şərəf" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 fevral 2009-cu il

 

 

 

 

 

 Z.M.Yusifzadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasında milli təhlükəsizlik sahəsi üzrə kadrların yetişdirilməsində xidmətlərinə görə Ziya Məmmədiyyə oğlu Yusifzadə "Şöhrət" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 fevral 2009-cu il

 

 

 

 

"2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı tədbirlər planı"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"2009-cu ilin "Uşaq ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 dekabr tarixli 103 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı Tədbirlər planı" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 fevral 2009-cu il

 

***

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı Tədbirlər planı"nda Azərbaycan uşaqları haqqında məlumat bankının və İnternet saytının, xüsusi portalın yaradılması, müasir ailə modelinə dair müvafiq tövsiyələrin hazırlanması, respublika uşaq yaradıcılıq festivalının, habelə Beynəlxalq Bakı uşaq rəsm müsabiqəsinin və "Şərq-Qərb" beynəlxalq uşaq rəqs festivalının keçirilməsi, eləcə də BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi, uşaqların intellektual inkişafına, onların vətənpərvərlik, milli mənəvi dəyərlərin qorunması və tolerantlıq ruhunda tərbiyə edilməsinə yönəldilmiş müxtəlif tədbirlərin təşkil edilməsi, xaricdə yaşayan azərbaycanlı uşaqlara ana dilinin öyrədilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, "Uşaq ili" ilə bağlı yeni teatr tamaşalarının hazırlanması, dövlət uşaq müəssisələrində tamaşaların və konsert proqramlarının təşkili nəzərdə tutulur.

Tədbirlər planına əsasən, "Uşaq ili" çərçivəsində uşaqların sağlamlığı və təhsili ilə bağlı uşaq müəssisələrində kütləvi tibbi müayinələr aparılacaq, sağlamlaşdırıcı tədbirlərin və sağlam həyat tərzinin təbliğinə diqqət yetiriləcək, uşaqlarda yoluxucu xəstəliklərin immunprofilaktikası işinin təkmilləşdirilməsi tədbirləri gücləndiriləcək, irsi qan xəstəliklərinə düçar olmuş uşaqlar üçün qanvermə aksiyaları keçiriləcək, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı standartlar təkmilləşdiriləcəkdir.

Tədbirlər planında müasir tipli ümumtəhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, məktəbdənkənar təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının müasir standartlara uyğun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, uşaqlar arasında intellektual yarışların keçirilməsi və sair nəzərdə tutulmuşdur.