Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Sentyabr 2010 - � 36

 

Bakı Dövlət Universitetində "Bilik günü" qeyd edilib

Bookmark and Share

Sentyabrın 15-də Bakı Dövlət Universitetində "Bilik günü"nə həsr olunmuş tədbir keçirilib. BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını "Bilik günü" münasibətilə təbrik edib. Akademik Abel Məhərrəmov bildirib ki, Bakı Dövlət Universiteti gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək olmuş və bu gün də örnək olaraq qalmaqdadır.

Rektor Abel Məhərrəmov qeyd etdi ki, bu il ali təhsil ocağına daxil olan tələbələr hakimiyyətinin bütün mərhələlərində məzunu olduğu universitetə ehtiramla yanaşan, onun bütün yubileylərində iştirak etməklə yanaşı, maddi-texniki bazasının inkişaf etdirilməsinə diqqət göstərən, alimlərini, müəllimlərini daim qayğı ilə əhatə edən, "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir", deyərək, onu milli dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsi hesab edən ulu öndərimizin məzunu olduğu elm ocağına qədəm qoyublar. Rektor bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunan universitetimizdə mükəmməl kadrların yetişdirilməsi, formalaşması üçün bütün imkanlar var. Universitetin yeni tədris korpusunun, məhz möhtərəm Prezidentimizin qayğısı, maddi və mənəvi dəstəyi ilə tikilib istifadəyə verilməsi, 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalaması və yubileydə iştirakı, məzmunlu nitqi bir daha sübut edir ki, universitet dövlətin və dövlətçiliyin keşiyində dayandığı kimi, dövlət də bu qocaman təhsil ocağının arxasındadır.

Rektor bu il universitetə 3500-ə yaxın tələbənin qəbul olunduğunu, respublika üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin təxminən 300 nəfərinin universiteti seçdiyini söyləyib. Bildirilib ki, 9 sentyabr 2010-cu il tarixdə dövlət başçısı İlham Əliyevin 2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncamına əsasən 102 nəfər bu təqaüdlə təmin olunacaq ki, onların əksəriyyəti Bakı Dövlət Universitetinin tələbələridir.

Çıxış edən Coğrafiya fakültəsinin dekanı, professor Müseyib Müseyibov ali məktəbə daxil olmuş tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra 695 balla Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş Aysel Bəşirli tələbələr adından çıxış edərək bundan sonra da valideyn və müəllimlərin etimadlarını doğruldacaqlarını, universiteti  müvəffəqiyyətlə bitirmək üçün  çalışacaqlarını bildirib. Birinci kurs tələbələrinin valideynləri adından çıxış edən Vaqif Hüseynov onları universitetdə yaradılmış yüksək şəraitdən yararlanaraq yüksək biliyə, elmə yiyələnməyə səsləyib.

Sonda rektor, akademik Abel Məhərrəmov yüksək bal toplayan gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukleti təqdim edib. 

Şakir CƏFƏROV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

17 Sentyabr 2010 - � 36

2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Ötən tədris ilində 470 təhsil işçisi müxtəlif dövlət təltiflərinə layiq görülüb
 
Təhsil Nazirliyi tərəfindən 40-dək yeni normativ-hüquqi sənəd hazırlanıb
 
Yeni məktəb binaları və əlavə korpuslar tikilib
 
Bu il məktəblərə 3,2 milyon manatlıq avadanlıq verilib
 
Məktəbəqədər təhsilin yeniləşdirilməsi diqqət mərkəzindədir
 
Alimlərimizin xarici jurnallarda 1733 məqaləsi dərc olunub
 
Respublika ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı
 
Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur
 
Bakı Dövlət Universitetində "Bilik günü" qeyd edilib
 
ADPU yeni tədris ilinə uğurla başlayıb
 
Zəka, intellekt bayramı
 
Azərbaycan Dillər Universitetində I kurs tələbələri ilə görüş keçirilib
 
"Tərəqqi" liseyində "Bilik günü"nün bayram sevinci
 
Qafqaz Universiteti yeni tədris ilinə yüksək reytinqlə başladı
 
"Bilik günü" təhsil müəssisələrində qeyd olundu
 
Heydər Əliyev adına lisey özünün yeddinci tədris ilini qeyd etdi
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinə 24 ixtisas üzrə 1164 gənc qəbul olunub
 
Daim öyrənməklə keçən ömür
 
Balaca Səma hamını heyrətləndirdi
 
Naxçıvanda təhsil yarmarkası
 
ADU-da daha iki ixtisas açılıb
 
Təfəkkür nurunun qaynağı
 
Azərbaycan dili dərslikləri ilə bağlı rəy və təkliflərə cavab
 
"Durnam, gedər olsan bizim ellərə"
 
"Azərbaycan tarixi: Baharlılar"
 
Balacaların bilik sevinci
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Çin Honq Konq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov