Bakı İdarəetmə və Texnologiya Kolleci diplomla təltif olundu


Bakı İdarəetmə və Texnologiya Kollecində mektebgushesi.az saytının təşkilatçılığı ilə  respublika üzrə 37 kollec arasında  “Hansı kollecdə təhsil və idarəetmə sizi qane edir” nominasiyalı sorğunun  yekunu ilə əlaqədar tədbir  keçirilib.  Tədbirdə   təhsil ekspertləri, mektebgushesi.az saytının əməkdaşları  və KİV nümayəndələri iştirak ediblər.

 

Kollecin  direktoru, fəlsəfə doktoru Faiq Şahbazlı tədbirin əhəmiyyətindən danışıb.  Kollecin   belə bir  uğur   qazanmasından  çox  məmnun olduğunu  bildirən F.Şahbazlı   müəllim və tələbə kollektivinə  öz təşəkkürünü   bildirib.

 

Tədbirdə iştirak edən təhsil  ekspertlərindən  professor Şahlar Əsgərov, fəlsəfə doktoru Etibar  Əliyev  və Nadir İsrafilov  kollecin   fəaliyyətindən  söz açıblar.   Mektebguşhesi.az saytının rəhbəri  Məzahir Məmmədli kolleclər arasında təşkil olunan sorğudan danışıb. Sorğuda  fəal iştirak edən müəllim və tələbələri təbrik edib.

 

Kollecin şöbə müdiri Məhbubə Qurbanova, direktor müavini Şakir  Mikayılov və digər tələbələr    belə bir sorğunun təşkilinə görə saytın rəhbərliyinə  təşəkkür ediblər.    

 

Sonda professor Şahlar Əsgərov  keçirilən sorğuda Bakı İdarəetmə və Texnologiya Kollecinin II yeri tutduğuna görə mektebgushesi.az saytının  diplomunu kollecin direktoru, fəlsəfə doktoru  Faiq Şahbazlıya təqdim edib.

 

Şakir CƏFƏROV