Tədbir çərçivəsində Çin alimləri müxtəlif terapiya üsulları üzrə ustad dərsləri keçiblər


Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin təbabəti üzrə seminar təşkil olunub. Seminar çərçivəsində tibb sahəsi üzrə ekspertlər, professorlar Van Cuençin və Quo Çaotan ənənəvi akupunktur və müxtəlif terapiya üsulları üzrə ustad dərsləri keçiblər.

 

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ənənəvi Çin təbabətinin tarixi və fəlsəfi konsepsiyaları haqqında danışıb. R.Abbasov Azərbaycan-Çin humanitar əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini deyib, ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı sağlamlıq və tibb elmləri sahəsində ölkələrimiz arasında imzalanmış sazişi xatırladıb. Professorlar Van Cuençin və Quo Çaotan tənəffüs diaqnostikası, palpasiya, terapevtik gimnastika məşğələləri, ənənəvi Çin təbabəti diaqnostikasının əsas qaydaları və üsullarından bəhs ediblər.