· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik

"Oriqami" uşaq və yeniyetmələrin ictimai birliyi iyunun 1-də Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında xüsusi qayğıya ehtiyacı olan, habelə valideyn himayəsindən məhrum uşaqlar üçün bayram şənliyi keçirdi. Tədbirin təşkilində ictimai birliyə Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, "Nikoyl" İnvestisiya Kommersiya Bankı, YUNİSEF-in və UMCOR-un Azərbaycan nümayəndəlikləri dəstək vermişdilər.

 

Bayram konsertində təşkilatçı qurumların nümayəndələri ilə yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən, KİV-dən nümayəndələr də iştirak edirdilər.

Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə afişalar, rəngli bukletlər və dəvətnamələr çap olunmuş, döş nişanları hazırlanmışdı. Eyni zamanda Mədəniyyət Sarayının geniş foyesində uşaqların əl işlərindən ibarət sərgi təşkil olunmuşdu.

Konsertdə müxtəlif uşaq evləri və internat məktəblərindən 600-dən çox xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaq iştirak edirdi. Bayram konsertinin bir çox nömrələrini də elə onlar hazırlamışdı.

Aparıcılar bayram şənliyini açıq elan etdikdən sonra səhnə Mədəniyyət Sarayının mahnı və rəqs ansambllarının, solo ifaçıların, adıçəkilən uşaq müəssisələrinin yeniyetmə və gənc istedadlarının ixtiyarına verildi. Konsertdə könül oxşayan mahnı və rəqslərlə bərabər, uşaqların ifasında şeirlər səsləndi, səhnəciklər nümayiş olundu.

Tədbirdə iştirak edən tərbiyə müəssisələri işçilərinin bir qrupuna nümunəvi fəaliyyətlərinə görə Təhsil Nazirliyinin diplomları və Fəxri fərmanları verildi.

Mərasimin sonunda söz alan UNİSEF-in Azərbaycan nümayəndəliyinin təmsilçisi Munir Məmmədov, Təhsil Nazirliyinin əməkdaşı Qorxmaz Əliyev, Suraxanı RİH başçısının müavini Əhməd Talıbov və başqaları uşaqları bayramları münasibəti ilə təbrik etdilər. Tədbirin təşkilində "Oriqami" uşaq və yeniyetmələrin ictimai birliyinin rolu və zəhməti xüsusi qeyd olundu.

 

Y.ƏLİYEV