· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Prezident İlham Əliyev Naxçıvan Tibb Məktəbinin yenidən qurulmuş binasının açılışında iştirak edib

İyunun 3-də Naxçıvan Tibb Məktəbinin yenidən qurulmuş binasının açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Şəhər sakinləri və məktəbin kollektivi dövlət başçısını və xanımını səmimiyyətlə qarşıladılar. Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev məktəbin açılışını bildirən lenti kəsdi.

Sonra dövlət başçısı və xanımı məktəblə tanış oldular.

Məlumat verildi ki, Naxçıvanda yeganə olan tibb məktəbinin dördmərtəbəli binası yenidən qurulduqdan sonra tamamilə müasir görkəm almışdır. Burada səkkiz mühazirə və üç laboratoriya otağı, yeddi kabinet, kitabxana, akt və idman salonları, kompüter mərkəzi vardır. Heydər Əliyev lektoriyasında isə ulu öndərin irsinin təbliği və gənc nəslə çatdırılması üçün əyani vəsaitlər, fotoşəkillər və sənədlər toplanmışdır. 300 tələbənin təhsil aldığı, 30 müəllimin çalışdığı tibb məktəbində mamalıq işi, müalicə işi, əczaçılıq və tibb bacısı işi ixtisasları üzrə kadrlar hazırlanır.

AzərTAc