|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Ən yeni məktəblərimiz Əzizbəyov
rayonunun Yeni Qala qəsəbəsindəki 323 nömrəli
orta məktəb ötən ilin sentyabrında
istifadəyə verilib. Bu təhsil müəssisəsini
Amerika Birləşmiş Ştatları hökuməti öz
vəsaiti hesabına tikərək qəsəbə
sakinlərinə hədiyyə etmişdir. Layihə ABŞ
səfirliyinin Hərbi əməkdaşlıq şöbəsi
tərəfindən həyata keçirilib. 3 korpusdan ibarət
700 şagird yerlik məktəb birmərtəbəlidir. Təhsil ocağında 24 sinif otağı,
fənn kabinetləri, kompüter zalı, kitabxana,
laboratoriyalar, yeməkxana, yüksək səviyyədə
qurulmuş istilik sistemi vardır. Pedaqoji kollektiv şagird və
valideynlərin köməyi ilə məktəbin giriş
hissəsində və dəhlizdə tərtibat işləri
aparıb. Həyətyanı sahə abadlaşdırılaraq
müxtəlif növ ağaclar əkilmişdir. Fazil İDRİSOĞLU foto müəllifindir |