|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Texniki peşə təhsilinə dair müşavirə İyulun
9-da Təhsil Nazirliyində "Azərbaycan Respublikasında
texniki peşə təhsilinin inkişafı üzrə Dövlət
Proqramı (2007-2012-ci illər)"nın yerinə
yetirilməsi vəziyyətinin müzakirəsinə həsr
olunmuş müşavirə keçirildi. Müşavirəni
təhsil naziri Misir Mərdanov açaraq sosial-iqtisadi inkişafın
təmin olunmasında aparıcı rol oynayan texniki peşə
təhsilinə son illər ölkəmizdə diqqətin artdığını,
onun təhsil sisteminin prioritet istiqamətinə çevrildiyini
bildirdi. ölkə Prezidenti İlham Əliyevin 3 iyul 2007-ci il
tarixli sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında texniki peşə
təhsilinin inkişafı üzrə Dövlət Proqramı
(2007-2012-ci illər)"nı bu baxımdan yüksək
dəyərləndirən nazir texniki peşə
təhsilinin mövcud vəziyyəti, bu sahədəki
problemlər və görüləcək işlərin əsas
istiqamətləri barədə öz fikir və
qənaətlərini tədbir iştirakçılarına çatdırdı.
Texniki peşə təhsilinin vacibliyini qeyq
edən Misir Mərdanov Cənubi Koreya, Almaniya, Yaponiya, Türkiyə
kimi ölkələrin inkişafında məhz peşə
təhsilinin böyük rolu olduğunu, həmin ölkələrdə
orta məktəb məzunlarının 40-60 faizinin texniki
peşə təhsili ilə əhatə olunduğunu,
bizdə isə bu rəqəmin cəmi 5-8 faiz təşkil
etdiyini dedi. Texniki peşə təhsilinin
problemlərindən danışan nazir
təhsilin bu pilləsindəki müəssisələrin
maddi-texniki bazasının aşağı
səviyyədə olduğunu, son 20-25 il ərzində
texniki peşə məktəbləri üçün binaların
tikilmədiyini, təhsilin məzmununun tam yeniləşmədiyini,
müasir təlim texnologiyalarından istifadə olunmadığını
dedi. Təhsil naziri sahənin maddi-texniki bazasının
möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin
formalaşdırılması, idarəetmənin və kadr
hazırlığı işinin təkmilləşdirilməsi,
məzmunun müasir tələblər səviyyəsində
yeniləşdirilməsi, texniki peşə təhsilinin
ictimai statusunun yüksəldilməsi əsas prioritet
istiqamətlər kimi nəzərdə tutulmuş Dövlət
Proqramının yerinə yetirilməsi
nəticəsində həmin problemlərin yaxın
illərdə öz həllini tapacağına və texniki peşə
təhsilinin inkişaf yoluna düşəcəyinə
əmin olduğunu söylədi. Müşavirədə Təhsil Nazirliyi
Texniki peşə təhsili şöbəsinin müdiri Namiq
Məmmədov müzakirə olunan məsələ
barədə geniş təqdimat etdi. Təqdimatda texniki peşə
təhsilinin mövcud vəziyyəti, problemləri və çətinlikləri,
Dövlət Proqramında nəzərdə tutulmuş
əsas fəaliyyət istiqamətləri, 2008-ci
ildə görüləcək işlər və s.
barədə geniş məlumat verildi. Qeyd olundu ki, hazırda
ölkəmizdə 114 texniki peşə təhsili müəssisəsi
var. Onlardan 47-si peşə liseyi,
60-ı isə peşə məktəbidir. Həmin müəssisələrdə
101 peşə üzrə 24455 şagird təhsil alır.
İşğal olunmuş ərazilərdə
fəaliyyəti dayandırılan 7 peşə
məktəbi var. Dövlət Proqramına əsasən,
Təhsil Nazirliyi Avropa Təhsil Fondu, Beynəlxalq Əmək
Təşkilatı, Dünya Bankı, Britaniya Şurası,
ABŞ-ın Adventist İnkişaf və Yardım Təşkilatı
(ADRA), Avstriyanın "Hilsfverk Austria" təşkilatı,
Böyük Britaniyanın
"L.J.Create" şirkəti,
YUNESKO, Cənubi Koreyanın
"DAEWOO" şirkəti və digər
beynəlxalq təşkilatlarla birgə layihələrin
həyata keçirilməsi istiqamətində
əhəmiyyətli işlər reallaşdırıb. 2008-ci ildə dövlət vəsaiti hesabına
8 texniki peşə məktəbi əsaslı təmir
olunacaq, 1 məktəb yenidən qurulacaqdır. Yusif ƏLİYEV
|