|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Qurultaya təbriklər Azərbaycan
Yazıçılar Birliyinin sədri Anarın çıxışı -
Hörmətli qurultay iştirakçıları. Hörmətli
qonaqlar. Bu gün, sentyabr ayının 22-də yayın son,
payızın ilk günündə, gündüzlə-gecənin tarazlaşdığı
bir gündə mən yazıçılar adından və şəxsən
öz adımdan sizin hamınızı təbrik etmək
istəyirəm. Hər
fəslin öz gözəlliyi var. Payız fəslinin də gözəlliyi
və özəlliyi ondan ibarətdir ki, məhz payızda
orta və ali məktəblərin qapıları şagirdlərin,
tələbələrin üzünə açılır.
Bu, xüsusilə 1-ci sinfə gedən şagirdlər
üçün əlamətdar bir dövrdür. çünki onlar ilk
dəfə "Əlifba" kitabında
hərflərlə tanış olurlar. Bu hərflər
vasitəsilə sözlərin yaranmasını bilirlər. Sözlərdən
cümlələr yaranır, cümlələrdən
fikirlər. Fikirlərdən isə abidələr və
son nəticədə tarix yaranır. Dünyanın ən böyük
ədəbi və elmi əsərlərinin kökü bu "Əlifba"
kitabındadır. Dünyanın bütün elmi kəşflərinin
kökü rəqəmlərdə, vurma cədvəlindədir.
Bu elmin, sənətin, mədəniyyətin
zirvələrinə aparan yolda şagirdləri,
tələbələri müəllimlər yönəldirlər,
onlar bələdçilik edirlər. Ona görə də müəllim
adı cəmiyyətdə ən şərəfli adlardan
biridir. Müəllimlər gələcəkdə daha böyük
uğurlar qazanan şagirdləri, tələbələri
ilə fəxr etdikləri kimi, ən böyük
zirvələrə çatmış, ən böyük mövqelərə
ucalmış, keçmişdə şagird, tələbə
olmuş insanlar da bu zirvələrdə, ilk növbədə,
öz müəllimlərini xatırlayırlar. Bu
cəhətdən mənə elə gəlir ki, bizim
unudulmaz ulu öndərimiz Heydər Əliyevin öz orta
məktəb müəllimi, rəhmətlik Lətif Hüseynzadəyə
ehtiramlı, diqqətli münasibəti, qayğıkeşliyi
ən bariz örnəkdir. Sovet
dövründən əvvəl hörmətli adamlara müxtəlif cür
xitab edirdilər, bəy, mirzə və ya əfəndi çağırırdılar.
Məsələn, Əlimərdan bəy, Əbdürrəhim
bəy, üzeyir bəy, yaxud Mirzə Ələkbər,
Mirzə Cəlil, Cavid əfəndi, Şaiq əfəndi
və s. Sovet dövründə bu adlar get-gedə unuduldu, aradan
çıxdı. Mənim xatirimdə yalnız 2 adam qalıb
ki, bunlara bəy deyirdilər: Mustafa bəy Topçubaşov,
bir də üzeyir bəy Hacıbəyli. Yeri
gəlmişkən, Musiqi Akademiyasına üzeyir bəyin adının
verilməsi münasibəti ilə mən hörmətli
Prezidentimizə təşəkkür edirəm. Bu,
cəmiyyət tərəfindən çox böyük razılıqla
qarşılanmış bir addımdır. Sovet
dövründə heç kəsə bəy, əfəndi, xan,
mirzə demirdilər. Lakin xalq
özü dahiyanə bir kəşf elədi. Hörmətli adamlara
müəllim deməyə başladıq. Səməd müəllim
dedik, Mirzə müəllim, Fikrət müəllim dedik. O, müəllim
sözünün, müəllim anlayışının
cəmiyyətdə nə qədər yüksək nüfuza
malik olduğuna bir sübut idi. Düzdür, bəzən bu bayağılaşırdı.
Bəzən elə adama müəllim deyirdilər ki, o heç
şagirdliyə də layiq deyildi. Belə
də olurdu. Amma müəllimlərimizin
əksəriyyəti cəmiyyətdə böyük nüfuz sahibi
olduğu kimi, şagirdlərin də əksəriyyəti
onların layiqli yetirmələridir. Cəmiyyətdə yazıçı ilə müəllimin
eyni cəhətləri çoxdur. İkisi də insanları
maarifləndirir, ikisi də insanları
tərbiyələndirir, ikisi də insanların dünyagörüşünü
genişləndirir. Təsadüfü deyildir ki, bir çox yazıçılar
hətta görkəmli müəllim olublar. Mirzə Şəfi
Vazeh böyük Mirzə Fətəli Axundovu elm yoluna yönəldən
bir müəllim olmuşdur. Seyid Əzim Şirvani Sabir kimi böyük
bir şairə savad öyrətmişdir. Cavid əfəndi,
Şaiq əfəndi, Süleyman Sani Axundov, Firudin bəy Köçərli,
Soltan Məcid Qənizadə. Bunlar hamısı həm yazıçı,
həm də böyük müəllimlər olmuşlar. Belə böyük
müəllimlər sırasında Mirzə Cəlil
Məmmədquluzadənin də xüsusi yeri var. O, Qori
Seminariyasını bitirdikdən sonra Uluxanlı, Nehrəm
kəndlərində uzun zaman dərs deyib. Biz neçə il
bundan qabaq Nehrəm kəndinə gedəndə onun
dərs dediyi məktəbdə olduq. Həyətdə ağacdan
bir zınqırov asılmışdı. Dedilər ki, bu
elə Mirzə Cəlilin vaxtından burada durur. Bu zınqırovla
şagirdləri siniflərə çağırırlar, o,
dərsin başlanmasını bildirir. Mən o zaman yazdım
ki, bu zınqırov indiyə qədər səslənir.
Bu zınqırov bizi də maarifə çağırır.
Cəlil Məmmədquluzadədən yadigar bu simvol,
rəmz bu gün də bizimlədir. O vaxt orada bir muzey də
düzəltmişdilər. Bilmirəm indi o durur, ya yox.
Durmursa, çox təəssüf. çünki o, Mirzə Cəlilin
fəaliyyətinin mühüm bir dövrüdür. Mən Mirzə Cəlilin bir cəhətini
deməklə çıxışımı qurtarmaq
istəyirəm. Mirzə Cəlil, dediyim kimi, həm müəllim
olub, həm də müəllim,
məktəb haqqında əsərlər yazıb. Onun
məşhur "Danabaş kəndinin məktəbi"
adında əsəri var. Burada o dəyərsiz,
səmərəsiz təhsili tənqid edir. O, göstərir
ki, mexaniki bir üsulla dərs deyən müəllim
tələbələrə çəyirtkənin gözünün
necə olmasını öyrədir.
Tələbələrdən biri isə deyir ki, ay müəllim,
bizim nə borcumuza ki, çəyirtkənin gözü, qaşı
necədir. Bizə əsas odur ki, çəyirtkə gəlib
taxılı məhv etməsin. Sən bunu bizə öyrət. Mirzə Cəlil belə təhsilbazlığın
əleyhinə idi. Bunu "ölülər"
əsərində də ifadə etmişdi. "ölülər"
əsərində İsgəndər deyir ki, hamı
mənə dedi oxu, alim ol, amma biri demədi ki, oxu, adam ol. Alim, yazıçı olmaq çox şərəflidir.
Mühəndis, həkim, müəllim olmaq da hamısı çox
şərəfli bir işdir. Amma ən şərəflisi,
ilk növbədə, insan olmaqdır.
Vətənpərvər, vətənini sevən, dilini,
tarixini, ədəbiyyatını, mənəviyyatını
sevən insan. Bu insanları siz müəllimlər yetişdirirsiniz.
Bu işdə sizə, birinci növbədə, səbr,
yorulmazlıq və böyük uğurlar arzulayıram. Sağ olun. Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik Mahmud Kərimovun çıxışı -
Hörmətli xanımlar və cənablar! Möhtərəm qurultay iştirakçıları! Əziz müəllimlər! Belə bir mötəbər tədbirdə,
Azərbaycan müəllimlərinin 13-cü qurultayında sizi ürəkdən
salamlayır, qurultayın öz işinə başlaması münasibətilə
Azərbaycan Milli Elmlər Akademiyasının çoxsaylı
kollektivi adından, ümumən Azərbaycan elmi
ictimaiyyəti adından, şəxsən öz adımdan
səmimi-qəlbdən təbrik edirəm. Sizə şərəfli
və müqəddəs işinizdə yeni-yeni müvəffəqiyyətlər
arzulayıram! Müasir Azərbaycanın tərəqqisi,
milli inkişaf perspektivləri, sosial-iqtisadi və
mənəvi-mədəni inkişafı yeni beynəlxalq
şəraitə, qloballaşan informasiya
cəmiyyətinə hesablanmış təməl
prinsiplərin intellektual məzmunundan bilavasitə asılıdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin son
illərdəki islahatçı siyasət strategiyasının
əsas istiqamətlərinin elm və təhsillə bağlı
olması da bu səbəbdən irəli gəlir. Dinamik inkişafın təməl
prinsiplərinin hazırlanması üçün cəmiyyətin
intellektual, mənəvi-əxlaqi, ideoloji potensialının
səfərbər edilməsində ən böyük missiya müəllimlərin
üzərinə düşür. çünki cəmiyyətin milli mütəşəkkilliyi
onun ayrı-ayrı fərdlərinin şüurunda vahid
ideoloji modellərin formalaşmasını tələb
edir ki, yetişən gənc nəsillərin şüurunda
bu modellərin normativləşdirilməsi, ilk növbədə,
müəllimlərin öhdəsinə düşür. Müəllimliyin,
pedaqoji işin üstün fəaliyyət növü kimi
dəyərləndirilməsi yalnız təlim və
tərbiyə ilə bağlı deyildir. Cəmiyyətin
sosial-psixoloji səfərbərliyi, milli ideyanın formalaşması,
birləşdirici ideologiyanın hazırlanması, ictimai
psixologiyanın və şüurun mobilizasiyası
bilavasitə müəllimlərin pedaqoji fəaliyyətinin
məzmunundan və keyfiyyətindən asılıdır. İndi istənilən millətin müasir
tarixinə milli dirçəliş və intibah salnaməsini
yazmağa hamıdan daha çox səlahiyyəti və haqqı
olan müəllimlərdir. Cənab Prezident öz çıxışlarında
dəfələrlə bəyan etmişdir ki,
Azərbaycanda insan kapitalı - vətəndaşın sağlamlığı,
təhsili və mədəni inkişafı dövlət
səviyyəsində strateji əhəmiyyət kəsb
edir. Bu isə Azərbaycan dövləti üçün intellektual
potensialın optimal inkişafını təşkil
etməyi nəzərdə tutur. Cəmiyyətin təşkilini,
funksiyasını, fəaliyyətini demokratik relsə
salacaq həmin missiyanın həyata keçirilməsi
tədris proqramlarının reallaşdırılmasından
keçir. Bu aspektdən müasir Azərbaycan müəlliminin üzərinə
düşən məsuliyyət və vəzifələr
daha böyükdür. Həm də Azərbaycan müəllimi bu
missiyanı tədris prosesinin bütün
mərhələlərində, pedaqoji texnologiyalar əsasında
həyata keçirməlidir. Xüsusən ali təhsil
pilləsində Azərbaycan müəllimi ali
mənəvi-əxlaqi keyfiyyətlərə malik şəxsiyyətlə
müasir informasiya cəmiyyətinin çoxparametrli
tələblərinə cavab verən mütəxəssisi
paralel olaraq hazırlamağı bacarmalıdır. Kadrların
hazırlığı elm siyasətinin və yaradıcılıq
strategiyasının əsas funksiyası olaraq qəbul
edilir. Müasir dövrdə yüksək səviyyəli kadr hazırlanması
dedikdə, elmi yeniliklərə həssas, nəzəri,
metodoloji, mənəvi-əxlaqi keyfiyyətləri yüksək,
qlobal düşüncəyə sahib, demokratik ruhlu və
vətənpərvər-dövlətçi, bəşəri
və milli dəyərləri qiymətləndirməyi
bacaran mütəxəssislərin yetişdirilməsi
nəzərdə tutulur. Bu mənada zamanın
Azərbaycan müəllimi qarşısında ali
vəzifə kimi qoyduğu şəxsiyyət-mütəxəssis
idealı indi tamamilə yeni məzmun kəsb edir.
Azərbaycan müəllimləri bilik verməklə yanaşı,
milli mənəvi dəyərləri də daim şagird
və tələbələrə aşılamalıdır.
Azərbaycanın üzləşdiyi problemlər, torpaqlarımızın
erməni işğalçıları tərəfindən işğal
olunması, qaçqın və köçkünlərimizin ağır
güzəranı haqqında məlumatlar daim gənc
nəslə ötürülməlidir. Bunun milli
vətənpərvərlik tərbiyəsi baxımından
böyük əhəmiyyəti vardır. Müəllimlik geniş anlayışdır.
Bu, yalnız pedaqoji profilli təhsil müəssisələrinin
diplomuna sahib olmaq demək deyil. Müəllimin sosial
mahiyyəti, ilk növbədə, tədqiqatçıların
nəsil yeniləşməsinin dinamizmində
fasiləsizliyə nail olmağı nəzərdə
tutur. Vətəndaş-şəxsiyyət və
professional mütəxəssis hazırlığında
nəsil dəyişilməsinin özünütəşkiletməsini
və məqsədyönlülüyünü təmin etmək bu
sahənin strateji cəhətlərinin əsasını
təşkil edir. Müasir Azərbaycan müəllimi dərin
biliyə, praktik hazırlığa, pedaqoji ünsiyyətə,
idarəetmə qabiliyyətinə, təlim texnologiyaları
üzrə xeyli sayda bacarıqlara malikdir. Bütün bunlarla yanaşı,
cəmiyyətdə müəllimlərimizlə bağlı
müəyyən problemlər də vardır ki, onların sürətlə
həlli elm və təhsil sahəsində dövlət
səviyyəsində aparılan islahatların əsasını
təşkil edir. İlk növbədə,
cəmiyyətdə müəllimin nüfuzunun artırılmasına
nail olunmalı, müəllimlik fəaliyyətinin şərəfli
olduğu ictimai rəydə daha layiqli yerini tutmalıdır.
Pedaqoji əməyin bütün fəaliyyət növlərinin fövqündə
durduğu cəmiyyət tərəfindən qəbul
edilməlidir. Müəllimin sosial statusu açıq və
demokratik cəmiyyət quruculuğunun əsas
cəhətlərindən biri olmalıdır. Pedaqoji iş
prioritet, prestij və perspektiv baxımından yüksək
dəyərə malik olan fəaliyyət növü kimi tanınmalıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev
müəllimlərin pedaqoji fəaliyyətini stimullaşdırmaq
və onlara təhsilin müasir inkişaf tendensiyalarını
gənc nəslə ötürmələrində azad yaradıcılıq
imkanı yaratmaq məqsədi ilə xeyli sayda fərman
və sərəncamlar imzalamışdır. Heç şübhəsiz,
bu istiqamətdə tədbirlər bundan sonra da davam
edəcəkdir. çünki dövlətimizin təhsil
siyasətində müəllimin pedaqoji fəaliyyətinin
səmərəsini, özünün statusunu və sosial sanbalını
yüksəltmək təhsildə fasiləsizliyin təmin
edilməsinin əsası kimi qəbul edilir. Sizə məlum olduğu kimi, "müəllim"
sözü ərəb dilində olan "elm" kökündəndir.
Bu müqəddəs söz özünün semantik məzmununda elmlə
təhsilin vəhdətini əks etdirir. Dünyanın bütün
qabaqcıl ölkələrində elm və təhsil mükəmməl
bir sistemin tərkib hissələridir. Ona görə də
onlar arasındakı münasibətləri inteqrasiya müstəvisindən
daha çox, harmoniya müstəvisində həll etmək doğru
olardı. Bunun sübutu olaraq bir faktı diqqətinizə çatdırmaq
istərdim ki, dünyanın aparıcı universitetlərinin
və ali təhsil müəssisələrinin maddi
gəlirlərinin 80 faizdən çoxu onlardakı elmi-texniki
fəaliyyətdən və innovasiyalardan əldə
edilir. Son illərdə elmlə təhsil arasında süni
sədd çəkmək cəhdləri hiss olunur. Bu problemin
də həlli bilavasitə müəllimlərimizin, xüsusən
ali təhsil müəssisələrinin müəllimlərinin
səyi nəticəsində aradan qaldırılmalıdır.
Bunun üçün həm təhsil proqramlarında, həm də
tədrisin metodologiyasında əsaslı dəyişiklik
edilməlidir. Məlum olduğu kimi, Azərbaycan Prezidenti
elmdə islahatların aparılması üçün Dövlət
Komissiyasının yaradılması haqqında
sərəncam imzalamışdır. Bu sərəncamın
icrasını təmin etmək məqsədilə hazırlanan
milli strategiyada da elm və təhsil münasibətləri,
onların harmonik inkişafı haqqında məlumat
verilmişdir. Elmin son nailiyyətləri ali
məktəblərin tədris proqramlarına daxil
edilməli, "Ali təhsil və fundamental tədqiqatlar
proqramı" hazırlanmalı, elmi biliklərlə
qabaqcıl tədris üsullarının harmoniyasına nail
olunmalı, fənlərarası tədqiqat
sahələri, informasiya və kommunikasiya
vasitələri, yeni elmi monitorinq sistemləri ali
məktəblərdə tədrisin tərkib
hissəsinə çevrilməlidir. Yüksək ixtisaslı
kadrların, magistrlərin, aspirant və doktorantların
elmi rəhbərliyi ilə məşğul olan
alimlərimiz də, bir növ, müəllimlik fəaliyyəti
ilə məşğul olurlar. Bundan əlavə, AMEA-nın ölkənin ali
məktəbləri ilə kadr hazırlığı
istiqamətində əməkdaşlığında
novator keyfiyyətlərə malik tədqiqatçıların
yetişdirilməsi önəmli faktor olaraq qəbul
edilməlidir. Həmçinin, ali məktəblərdəki
perspektivli tədqiqatçıların AMEA-da xüsusi proqram
əsasında təkmilləşdirilməsi strategiyasının
hazırlanması vacib məsələlərdəndir. Hörmətli qurultay iştirakçıları! Sonda bir daha müasir ictimai-mədəni
həyatımızda xüsusi hadisə olan XIII müəllimlər
qurultayı münasibətilə hamınızı təbrik
edir, öz adımdan, Azərbaycan Milli Elmlər Akademiyasının
çoxsaylı kollektivi adından, bütövlükdə Azərbaycan
elmi ictimaiyyəti adından müəllimlərin pedaqoji
sahədə əldə etdiyi nailiyyətlərə görə
bu sahədən diqqət və qayğısını
əsirgəməyən ölkə başçısına
dərin minnətdarlığımı bildirirəm. * * * - Hörmətli nazir Misir Mərdanov! Xahiş edirəm Azərbaycan müəllimlərinin
13-cü Konqresinin başlanması münasibətilə mənim
ən xoş arzularımı qəbul edin. ümid edirəm
ki, tədbir ölkənizin əhəmiyyətli təhsil gündəliyini
irəli aparmağı davam etdirməkdə uğurlu
olacaq. Mən qətiyyətlə inanıram ki,
xalqların və millətlərin arasında beynəlxalq
anlayış köprülərinin qurulmasında təhsil bizim
edə biləcəyimiz ən yaxşı uzunmüddətli
investisiyadır. Həmin investisiyaya töhvə
verərək, Birləşmiş Ştatların Dövlət
Departamentinin mübadilə proqramlarının ümumi
məqsədi Birləşmiş Ştatların
vətəndaşları və dünyanın hər
yerindən olan ölkələrin vətəndaşları
arasında qarşılıqlı anlayışı
və hörməti artırmaqdır. Bu məfhum altmış
ildən artıq bundan əvvəl vəfat etmiş ABŞ
senatoru C.Uilyams tərəfindən irəli sürülmüşdür
və bu gün də eynilə doğrudur. Sizin ölkənizə səfər etmək
və sizin təhsil islahatınızın
bəzilərini yerində görmək mənim üçün imtiyaz
olmuşdur və mən Birləşmiş Ştatlar
və Azərbaycan arasında imzalanmış
ikitərəfli təhsil müqaviləsindən çox razıyam.
Əminəm ki, bu müqavilə sizin ölkənizlə
təhsil və təhsil mübadiləsi sahəsində artıq
güclü münasibətlərimizi gücləndirəcək. Bu müqavilə
və onların səbəb olduğu gücləndirilmiş
ABŞ-Azərbaycan əlaqələri qarşıdan
gələn illərdə ölkələrimizin hər
ikisinə faydalı olacaq. Sizə çoxdan bəri davam edən müvəffəqiyyəti
arzulayıram. Hörmətlə, Qoli AMERİ, ABŞ Dövlət Katibinin Təhsil və
Mədəniyyət Məsələləri üzrə müavini
Azərbaycan Respublikasının
təhsil naziri Zati-aliləri, cənab Misir Mərdanova Hörmətli cənab nazir! 22 sentyabr 2008-ci il tarixində Bakıda keçiriləcək
13-cü müəllimlər qurultayında iştirak etmək
üçün dəvətinizə görə öz dərin
minnətdarlığımı bildirirəm. Təəssüflər olsun ki, bu müddətdə
iş qrafikimin sıxlığı ilə bağlı
olaraq Sizin dəvətinizi qəbul etməyim imkan
xaricindədir. Eyni zamanda bildiririk ki, uşaqlar üçün
keyfiyyətli təhsilin təmin olunması və
"Təhsil hamı üçün" proqramının
həyata keçirilməsində müəllimlərin mühüm rol
oynaması nöqteyi-nəzərindən, bu tədbiriniz
YUNESKO üçün böyük maraq kəsb edir. Bu
vəzifələrin həyata keçirilməsində yüksək
ixtisaslı müəllimlərin artan çatışmamazlığı
əsas problemlərdən biridir. Müəllimlərin peşəkarlığı
tədrisdə yüksək nəticələrin əldə
olunmasında mühüm faktordur. Hər il YUNESKO Beynəlxalq Əmək
Təşkilatı, BMT-nin İnkişaf Proqramı, UNİCEF
və digər beynəlxalq təşkilatlarla birlikdə 5
oktyabr tarixində Müəllimlər Gününü qeyd edir. ümidvarıq ki, qurultayda qəbul olunmuş
qərarlar tədris və təlimin
keyfiyyətinin yüksəlməsinə öz töhfəsini
verəcəkdir və biz qurultayın işinə uğurlar
arzulayırıq. Hörmətlə, Koişiro MATSUURA, YUNESKO-nun Baş direktoru
Zati-aliləri və hörmətli qardaşım
Təhsil naziri Xanımlar və cənablar Azərbaycan müəllimlərinin 13-cü
Qurultayının iştirakçılarına müraciət
edərək mən Zati-aliləri, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin uzaqgörən
rəhbərliyi altında ölkənizdə həyata keçirilən
təhsil sisteminin inkişafının yüksək
qiymətləndirilməsi üçün bu imkandan istifadə
etməkdən çox məmnunam. Azərbaycanın dövlət xadimləri
ilə görüşmək və ölkənizdə keçirilmiş
beynəlxalq konfranslarda iştirak etmək məqsədi
ilə Bakıya səfərlərim zamanı Azərbaycanın
müxtəlif sahələrdə uğurla inkişaf
etməyini heyranlıqla müşahidə edirəm. Bu gün təhsilin inkişafı
Azərbaycan üçün prioritet istiqamətlərdən biridir.
Təhsil proqramlarının keyfiyyəti və təhsilin
idarəolunması səmərəliliyi vasitəsi ilə
davamlı inkişafa nail olunmasını dərk
edərək Azərbaycan hökuməti təhsil
sahəsinə daha çox maliyyə və texniki yardım göstərir.
İslam Təhsil, Elm və
Mədəniyyət Təşkilatının Baş
direktoru və İslam Dünyası Universitetlərinin
Federasiyasının Baş katibi kimi ölkənizin inkişafını
müşahidə edərək mən səmimi qeyd edə
bilərəm ki, Azərbaycan təhsil sistemi böyük müvəffəqiyyətlərə
nail olmuş və onu parlaq gələcək
gözləyir. Qarşınıza qoyduğunuz
məqsədlərin həyata keçirilməsi üçün inkişaf
prosesinin davamını səbirsizliklə gözləyirik. Əbdüləziz bin Osman Əl-TüVEYCRİ, İSESKO-nun Baş direktoru
Azərbaycan Respublikası təhsil naziri
cənab Misir Mərdanova Hörmətli cənab Misir Mərdanov və müəllimlər
qurultayının iştirakçıları! Beynəlxalq Təhsil üzrə Amerika Şurası
adından Sizi 22 sentyabr 2008-ci il tarixində 13-cü müəllimlər
qurultayının keçirilməsi ilə əlaqədar
olaraq təbrik edirəm. Bu tədbir Sizin Azərbaycanda
təhsil sahəsində islahatlar prosesinin davam
etdirilməsi işinə sadiq olduğunuzu bildirir. Bu il Siz
Boloniya deklarasiyasının həyata keçirilməsi ilə
bağlı uğurları, 2015-ci ilə qədər 5000
tələbənin xaricdə təhsil almasını
nəzərdə tutan Dövlət Proqramının
həyata keçirilməsi, Amerika Birləşmiş Ştatları
hökuməti və 2008-ci ilin iyun ayında Almaniya hökuməti
ilə təhsil sahəsində əməkdaşlıq üzrə
qarşılıqlı anlaşma memorandumlarının
imzalanması kimi bir çox nailiyyətləri qeyd edə
bilərsiniz. Bildiyimiz kimi, Amerika Şurası Təşkilatı
Sizin dəstəyinizlə 1993-cü ildən Azərbaycanlı
tələbə, müəllim və peşəkarlara
təhsil imkanlarının təmin olunmasını
nəzərdə tutan proqramları həyata keçirir. Biz
orta məktəb şagirdləri üçün "FLEX", cavan
liderlər üçün "İnkişaf", cavan peşəkarlar
üçün "Açıq Dünya" Proqramları və digər
proqramlar çərçivəsində bu imkanların təmin
olunmasını davam etdiririk. Biz bu layihələr çərçivəsində
əməkdaşlığımızı və Dövlət
Proqramı çərçivəsində ABŞ-da təhsil
ilə bağlı əməkdaşlığı davam
etdirmək niyyətindəyik. Gələcəkdə
təhsil sahəsində əməkdaşlığın
uğurla davam etdirilməsi ümidi ilə Dr. Den DEVİDSON, Beynəlxalq Təhsil üzrə Amerika Şurasının prezidenti
Hörmətli cənab nazir Mərdanov! Əziz dostlar və Alman Akademik Mübadilə
Xidmətinin partnyorları, xanımlar və cənablar! Fəxr edirəm ki, mən Azərbaycan müəllimlərinə
bir neçə sözlə müraciət edə bilərəm.
Sizdən üzr istəyirəm ki, bunu özüm edə
bilmirəm. Amma keçən il mən sizin gözəl ölkəyə
baş çəkmişdim və bu il bunu bizim vitse-prezident
prof.Huber edib. Gördüyünüz kimi, Sizin ölkə bizim
fəaliyyətimizin fokusundadır və biz Alman Akademik Mübadilə
Xidməti olaraq son iki ildə baş tutan ikitərəfli
əməkdaşlığımızın dinamik inkişafından
çox razıyıq. Cənab nazir, Sizin köməyiniz olmadan bu mümkün
olmazdı. Biz (ARDNŞ) Dövlət Neft Şirkətinin
birinci təqaüdçülərini Almaniyada salamladıqdan sonra, qısa
zamanda Siz yeni layihənin hazırlanmasına başladınız.
5000 cavan azərbaycanlı Prezident təqaüdü ilə
xaricdə təhsil alacaqdır. Bu il bizim vitse-prezident
prof.Huber ikinci müqaviləni imzaladı və bununla ilk 12
namizəd Almaniyada 2008-2009-cu illərdə təhsil almağa
başladı. Cənab professor Mərdanov, Siz bizim bu
ikitərəfli layihəmizi böyük entuziazmla irəli sürdünüz. Alman universitetləri 2008-ci il Azərbaycan
mədəniyyəti ilindən sonra bizə daha yaxın
olmuş "Odlar ölkəsindən" yeni
tələbələrə sevinir. Gələn 2009-cu il Almaniyanın
Azərbaycanda mədəniyyət ilidir. Biz ümid edirik ki,
bu səmərəli mübadilə atmosferində bizim
indiyə kimi inkişaf edən ikitərəfli
əməkdaşlığımız daha da
dərinləşəcək. Sizin hamınıza uğurlu müəllimlər
konqresi arzulayıram. Doktor Kristian BODE, Alman Akademik Mübadilə Xidmətinin Baş
katibi
Azərbaycan Respublikası təhsil naziri Hörmətli professor, doktor Misir Mərdanova 22 sentyabr 2008-ci il tarixində keçiriləcək
Azərbaycan müəllimlərinin 13-cü qurultayının işində
iştirak etmək üçün dəvət etdiyinizə görə
təşəkkür edirəm. Təəssüflə qeyd edirəm ki, işin
çoxluğundan bu qurultayda iştirak edə
bilməyəcəyəm. Qurultayda müəllimlərin peşə
və sosial rifahının yaxşılaşmasına
və Azərbaycan təhsil sisteminin inkişafına dair müvafiq
qərarların qəbul ediləcəyinə ürəkdən
inanıram. Bu mühüm tədbirlərin həyata keçirilməsi
münasibəti ilə Zati-alilərinizi
və əməyi keçənləri təbrik edir,
qurultayın uğurla keçməsini arzulayır, şəxsinizdə
bütün iştirakçılara salam və sevgilərimi çatdırıram. Hörmətlə, Hüseyn çELİK, Dosent doktor, Türkiyə Respublikasının Milli təhsil naziri
Sayın Misir Mərdanov! Azərbaycan egitim bakanı! Dost və kardeş Azerbaycanın 13. öğretmenlər
Kurultayına nazik davetiniz için teşekkür ederim. Gücünü derin tarihi, kültürel və insani bağlardan
alan Türkiye ve Azerbaycan arasındaki dostluk ilişkileri dayandığı
sağlam temel üzerinde her alanda gelişen işbirliği örnekleriyle
en üst düzeyde bir kardeşlik seviyesine ulaşmıştır. ülkelerimiz arasında merhum lider Haydar Aliyevin
"iki devlet bir millet" özdeyişinde ifadesini bulan bu
kardeşlik ilişkelerinin en önemli aşamalarından
birini hiç kuşkusuz eğitim oluşturmaktadır. Ortak bir geçmişi, kültürü və dili olan
ülkelerimiz arasındaki bu güzel ve köklü ilişkilerin gelişmesində
eğitim alanında yapılan yatırımların rolü
çox büyüktür. Eğitim sayesində ülkelerimiz arasında
dostluk və kardeşlik köprüleri kurulmakta, ilişkilerimiz
daha da pekiştirilmektedir. Eğitimin vazgeçilmez unsuru öğretmenlerimizin,
yapacakları çalışmalarla bütün değerleri ortak olan
Türk Dünyasının daha da yakınlaştıracaklarına
yürekten inanıyorum. Birbirimizi və ülkelerimizi daha iyi tanımanıza
yardımcı olan öğretmenlerimiz sayesində daha güclü
ilişkiler kurmamız ve Türk Dünyasının geleceği
için beraberce çalışmamız hepimizin ortak arzusudur. Milli Eğitim Bakanlığım döneminde
ülkelerimiz arasında eğitim alanındaki ilişkilerin
geliştirilmesinə özel önem veren və çox sayıda
ortak projeyi hayata geçiren bir siyasetçi olarak, bugün bulunduğum
Meclis Başkanlığı görevinde de aynı kararlılıkla
çalıştığımın bilinmesini isterim. Başta şahsınız olmak üzere ülkelerimiz
arasında eğitim alanındaki bağların güclendirilmesi
için qayret gösteren herkesi tebrik ediyorum. Bu duyqularla 13. öğretmenler Kurultayının
başarılı geçmesini diliyor, şahsınızda
Azerbaycandaki tüm öğretmelerimize selam və sevgilerimi
iletiyorum. Köksal TOPTAN, TBMM Başkanı
Sevgili kardeşim Mısır muallim, Sayın
Bakanım! Azerbaycan muallimlerinin 22 eylül 2008 tarihinde yapılacak
13-üncü Kurultayına, vaki nazik davetinize en derin teşekkürlerimi
sunuyorum. çox istememe rağmen, bu kurultaya katılmadığım
için üzgünüm. Bütün muallim meslekdaşlara, Kurultayın başarılı
geçeceğinden emin olarak en derin sevgi və sayqılarımı
gönderiyorum. Dost ve kardeş Azerbaycan ile Türkiye iki kardeş
milletin devletleridir. Sizlerin her alandaki gelişmesi, büyümesi
bizleri derinden sevindirir. üzüntüleriniz bizimde üzüntümüz olur.
Her alanda yaptığımız və yapacağımız
işbirliği, karbeş milletlerimizin geleceğini müsbet
biçimde etkileyecektir. Eğitim, işbirliğimizde en önemli bir
alandır. Mısır muallim ile birlikte, üniversite Rektörlüklerimizden,
Milli Eğitim Bakanlığına kadar çok dostane, çok içten,
çok kardeşçe iki devletin hayırları için, çok hizmetler
yaptık. Başarılı hizmetlerin devam edeceğine yürekten
inanarak, Azerbaycan Muallimleri 13-üncü Kurultayının bütün
katılanlar meslektaşlarına, Mısır muallimin
şahsında sayqılar ve sevgilerimi sunarım. Prof. Dr. Mehmet SAĞLAM, Türkiye Büyük Millet Meclisi, Milli Eğitim,
Kültür, Gençlik və Spor Komisyonu Başkanı
Sayın Prof. Dr. Misir Merdanov Azerbaycan Cumhuriyeti Egitim Bakanı Sayın Bakan! Azerbaycan öğretmenler Gününe katılım
davetinizden dolayı büyük bir onur duyduğumu belirtir, Türkiye
Cumhuriyeti Yüksek öğretim Kurulu adına teşekkür ederim.
önceden planlanan etkinliklerden dolayı bu büyük törene katılamadığım
için üzüntülerimi belirtirim. Bu vesileyle Türkiye ve kardeş ülke
Azerbaycan arasındaki ilişkilere büyük önem verdiğimizi,
öğretmen və öğrenci değişimi başta olmak
üzere eğitim-öğretim alanında şimdiye değin sürdürdüğümüz
yakın ilişkileri geliştirerek daha ileri bir düzeye taşımak
istediğimizi belirtmek isterim. Bilginin en büyük güc olduğu
günümüzde ülkelerimizin geleceğini emanet edeceğimiz çocuk
və genclerimizi yetiştiren ögretmenlerimiz büyük fedakarlıklarla
çalışmakta ve övgüyü hak etmektedir. Türkiye və kardeş
ülke Azerbaycan arasındaki eğitim-öğretim alanındaki
işbirliklerimizin, geleceğimizi aydınlatan öğretmenlerimizin
daha donanımlı yetişmesine, bilgi və becerilerinin
artmasına katkıda bulunacağını ümit eder başarı
dileklerimle sayqılar sunarım. Prof. Dr. Yusuf Ziya öZCAN, Türkiye Cumhuriyeti Yükseköğretim Kurulu Başkanı
|