· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan müəllimlərinin XIII qurultayı

Xəbər verdiyimiz kimi, sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilmişdir. Qurultayda təhsil naziri Misir Mərdanovun hesabat məruzəsi dinlənilmiş, məruzə ətrafında çıxışlar olmuşdur. Hesabat məruzəsinin mətni və qurultayın qəbul etdiyi sənədlər qəzetimizin ötən sayında dərc olunmuşdur. Aşağıda isə məruzə ətrafında çıxışların mətnlərini oxuculara təqdim edirik.

 

 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyevin çıxışı

- Hörmətli qurultay nümayəndələri!

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri, Azərbaycan təhsilinin böyük hamisi Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan təhsilini himayə etməsi, təhsilin gələcək inkişaf yollarını müəyyənləşdirməsidir. Heydər Əliyev şəxsiyyəti olmasaydı, Azərbaycan təhsili də bugünkü səviyyəyə gəlib çata bilməzdi.

Bu gün ulu öndərimizin əsasını qoyduğu ənənələri bütövlükdə, müasir təhsil konsepsiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Bu siyasət Azərbaycanın milli təhsil sisteminin aydın strategiya və konsepsiyasını, təhsilin idarəolunmasında yeni prinsiplərin bərqərar olmasını, onun beynəlxalq standartlara uyğunlaşdırılmasını və dünya təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsini tam olaraq özündə əks etdirir və hər bir təhsil işçisinin qarşısında mühüm vəzifələr qoyur.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev təhsil siyasətinin yerinə yetirilməsi, müasir proqram və yeni dərsliklərin müstəqil ölkəmizin tələbatlarına cavab verməsi, yeni pedaqoji texnologiyaların, dünya təcrübəsinin öyrənilməsi, tətbiqinə nail olunması və bir çox ciddi addımların atılması ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş, təhsil mühitinə daxil edilmişdir.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bu gün doğma Azərbaycanımızın hər yerində, bütün bölgələrində yeni-yeni məktəblər tikilir, onların maddi-texniki bazası gücləndirilir, ən müasir kompüter avadanlıqları ilə və digər ləvazimatlarla təchiz edilir. Azərbaycan təhsili böyük sürətlə Avropa və dünya təhsil sisteminə inteqrasiya olunur.

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında da ölkə Prezidentinin təhsil sahəsində müəyyənləşdirdiyi vəzifə və yeni yanaşmalar yüksək səviyyədə həyata keçirilməkdədir.

Son illər Naxçıvan Muxtar Respublikasının şəhər, kənd və qəsəbələrində 140-dan artıq yüksək keyfiyyətli, dünya standartlarına tam cavab verən, hər cür yeni avadanlıqlarla təchiz edilən, ən yeni kompüter dəstləri ilə təmin olunan məktəblər tikilmiş və əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir. Cari ildə 140 şagird yerlik 4 məktəbin tikintisi, 3494 şagird yerlik 4 məktəb binasının isə əsaslı təmiri və yenidən qurulması davam etdirilir.

Azərbaycan Respublikasının hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər tikilmiş, onların maddi-texniki bazaları möhkəmləndirilmiş, həmin məktəblər ən yeni kompüter avadanlıqları ilə təmin olunmuşdur. Ulu öndərimizin adını daşıyan Fondun hesabına rayon mərkəzlərində və ucqar dağ kəndlərimizdə 1072 şagird yerlik yüksək keyfiyyətli, hər cür avadanlıqla tam təmin olunan məktəblər tikilib istifadəyə verilmiş, 2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərinin I sinfində oxuyacaq şagirdlərə çanta və bütün dərs ləvazimatları hədiyyə edilmişdir. Hazırda 5025 çanta və digər dərs ləvazimatları Muxtar Respublikamızın I sinfində oxuyacaq məktəblilərinə paylanmışdır. Bu böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007)"na uyğun olaraq hər 33 şagirdə bir kompüterin verilməsi nəzərdə tutulmuşdur. Bu gün muxtar respublikamızın ümumtəhsil məktəblərinə 2290 kompüter verilmişdir.

Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində də təhsil alan şagirdlərə 1 milyon 5799 nüsxə dərslik pulsuz olaraq paylanmışdır.

Dövlətimizin təhsil işçilərinə diqqət və qayğısının nəticəsidir ki, hər il onlarca müəllimlərimiz fəxri adlara layiq görülürlər. Belə ki, son 10 ildə Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə 44 nəfər Azərbaycan Respublikasının əməkdar müəllimi, 47 müəllim müxtəlif orden və medallara, 7 müəllim Prezidentin fərdi təqaüdünə, 4 müəllim isə Prezident mükafatına layiq görülmüşlər. Bu dövrdə 74 qabaqcıl təhsil işçisinə Naxçıvan Muxtar Respublikasının fəxri adları verilmişdir.

Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin müəllim və şagirdlərimizə, ümumilikdə, təhsilimizə göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir. 1 sentyabr 2008-ci il tarixdə hörmətli Prezidentimizin sərəncamı ilə təhsil işçilərinin əməkhaqlarının 25 faiz artırılması ölkə rəhbərliyinin təhsil işçilərinə olan qayğısının daha bir ifadəsidir. Qeyd etmək yerinə düşər ki, son 5 ildə təhsil işçilərinin əməkhaqları orta hesabla 4 dəfə artırılmışdır.

Həyata keçirilən uğurlu təhsil islahatının nəticəsidir ki, Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində də təhsilin keyfiyyəti ilbəil artır. Bu, özünü ali məktəblərə builki qəbulda bir daha qabarıq şəkildə göstərir.

Müqayisə üçün qeyd edim ki, 2007-ci ildə ümumtəhsil məktəblərinin XI sinfini 4817 şagird bitirmiş, onlardan 3099-u, yəni 64,33 faizi ali məktəblərə sənəd vermiş və 1183 nəfəri, yəni sənəd verənlərin 38,17 faizi tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olunanlardan 160 nəfəri 500-700 arası bal toplamışdır.

2007-2008-ci tədris ilində isə ümumtəhsil məktəblərimizi 4717 şagird bitirmiş və onlardan 3210-u ali məktəblərə sənəd vermişdir. Bu, məktəbi bitirənlərin 68,09 faizini təşkil edir ki, bu da ötən ilə nisbətən çoxdur. İmtahanda iştirak edən abituriyentlərimizdən 1270 nəfəri ali məktəblərə qəbul olunmuşdur ki, bu da ötən ilə nisbətən 2 faiz artım deməkdir. Ali məktəblərə qəbul olanlardan 219 nəfəri 500-700 arasında bal toplamışdır. Bu da ötən ilə nisbətən 59 nəfər çoxdur, başqa sözlə, 2007-ci illə müqayisədə təhsilin keyfiyyətcə 37 faiz artımı deməkdir.

Qeyd etmək yerinə düşər ki, 2007-ci ildə ali məktəblərə qəbulda 500-600 bal toplayanlar 109 nəfər idisə, 2008-ci ildə bu göstərici 150 nəfər təşkil etmişdir. ötən il 600-700 arası bal toplayan 51 nəfər idisə, bu il 60 nəfər olmuşdur. Keçən il 650-700 arası bal toplayan 12 nəfər idisə, bu il 22 nəfər təşkil etmişdir. Sevindirici haldır ki, bu il bir məzunumuz - Emil Əliyev III ixtisas qrupu üzrə 700 bal toplamışdır.

2007-2008-ci tədris ilində orta ixtisas məktəblərinə qəbulda yüksək səviyyədə aparılmış və ötən ilə nisbətən irəliləyişlər olmuşdur. 2007-ci ildə 147 nəfər orta ixtisas məktəblərinə daxil olmuşdursa, 2008-ci ildə 185 nəfər orta ixtisas məktəblərində oxumaq hüququ qazanmışdır.

Respublikamızın hər yerində olduğu kimi, muxtar respublikamızda da hərbi peşəyə maraq ildən-ilə artmaqdadır. 2008-ci ildə Heydər Əliyev adına hərbi liseyə 770 nəfər sənəd vermiş, onlardan 250 nəfəri liseyin kursantları sırasına daxil olmuşdur.

Son illər, yəni 2005-ci ildə 2, 2006-cı ildə 2, 2007-ci ildə 3, 2008-ci ildə isə 5 məzunumuz yüksək bal topladıqlarına görə Prezident təqaüdünə layiq görülmüşlər. 2007-ci ildə yüksək bal toplamış 3 məzunumuz isə dövlət hesabına xaricdə təhsil almağa göndərilmişdir.

Yüksək nəticə göstərən şagirdlərə fərqlənmə attestatlarının verilməsində də irəliləyişlər vardır. Belə ki, ötən dərs ilində muxtar respublikada 113 şagirdə fərqlənmə attestatı verilmişsə, bu il isə 120 şagirdimiz fərqlənmə attestatına layiq görülmüş və onların hamısı özlərini doğrultmuşdur.

2007-2008-ci tədris ilində fənn olimpiadalarının respublika turunda 148 şagird iştirak etmiş və onlardan 28-i fərqlənmişdir. Bu il Naxçıvan özəl Türk Liseyinin şagirdləri beynəlxalq olimpiada və layihə yarışlarından muxtar respublikamıza 3 qızıl, 8 gümüş və 14 bürünc medalla qayıtmışlar.

Muxtar respublikanın ümumtəhsil məktəblərində 58 minə yaxın Şagird təhsil alır. Təhsil alan şagirdlər artıq 6 ildir ki, məktəbli forması ilə təhsil ocaqlarına qədəm qoyurlar. Həmçinin ümumtəhsil məktəblərimizin bütün müəllimləri də vahid müəllim forması ilə dərsə gəlirlər. Məktəbli formasının tətbiq olunması tədris müəssisələrində təlim-tərbiyənin yüksəldilməsinə, şagird intizamının yüksək səviyyəyə qaldırılmasına, şagirdlər arasında olan fərqin aradan götürülməsinə müsbət təsir göstərən amillərdəndir.

Qeyd etmək yerinə düşər ki, muxtar respublikamızın ali və orta ixtisas məktəblərində də müəllim və tələbə heyəti vahid forma ilə təhsil müəssisələrinə qədəm qoyurlar. Bu da texnikum və ali məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsində və tələbələr arasında intizamın gücləndirilməsində mühüm stimuldur.

 

 

 

Mandat komissiyasının sədri Faiq Şahbazlının hesabatı

- Hörmətli qurultay nümayəndələri!

Azərbaycan müəllimlərinin XIII qurultayı təhsil islahatlarının uğurla həyata keçirildiyi və ciddi keyfiyyət dəyişikliklərinin baş verdiyi bir dövrdə keçirilir.

Məruzədən də göründüyü kimi, respublikamızın həyatının bütün sahələrində, o cümlədən təhsil sahəsində aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində mühüm dövlət proqramları reallaşır ki, bu, artıq təhsilin bütün pillələrini əhatə etməkdədir. Möhtərəm dövlət başçısının "Təhsil Nazirliyində düşünülmüş proqram, konsepsiya vardır" fikri məhz bu reallıqlara əsaslanır. Bu düşünülmüş proqram və konsepsiya isə Prezidentin təhsilə, təhsil işçilərinə qayğısının və köməyinin sayəsində formalaşmışdır.

- Hörmətli qurultay nümayəndələri!

Aparılan təhlillər göstərir ki, qurultayımızın nümayəndələri müəyyən edilmiş qaydalara uyğun seçilmişdir. Bu nümayəndələr respublikamızın bütün bölgələrini təmsil edirlər. Bakıdan 126, Naxçıvandan 30, Gəncədən 18, Sumqayıtdan 19, Mingəçevirdən 6, Şirvandan 4, kənd rayonlarından 420, məcburi köçkün rayonlardan 60 təhsil işçisi qurultaya nümayəndə seçilmişdir. 

Bütövlükdə, XIII qurultaya 878 nəfər nümayəndə seçilmişdir və onlardan 836 nəfəri iştirak edir. Bundan başqa, qurultayın işində Prezident Aparatının məsul işçiləri, hökumət nümayəndələri, Milli Məclisin daimi komissiya sədrləri və üzvləri, ayrı-ayrı dövlət qurumlarının rəhbər işçiləri, xarici ölkə səfirləri, beynəlxalq və qeyri- hökumət təşkilatlarını təmsil edən 120 nəfər qonaq iştirak edir.

Qurultay nümayəndələrinin 60%-ni qadınlar, 40%-ni isə kişilər təşkil edirlər.

İştirakçıların 20%-i 30 yaşadək, 50%-i 30-50 yaş arası, 30%-i isə 50 yaşdan yuxarıdır.

Nümayəndələr bütün təhsil pillələrini əhatə edirlər. Belə ki, ali və orta ixtisas təhsili müəssisələri, ümumtəhsil və texniki peşə məktəbləri, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri qurultayımızda təmsil olunurlar.

Ali və orta ixtisas müəssisələri üzrə 200 nəfər, ümumtəhsil və peşə təhsili müəssisələri üzrə 512 nəfər, məktəbəqədər müəssisələr üzrə 15 nəfər nümayəndəmiz var.

Qurultay nümayəndələrinin 25%-i elmi dərəcəsi olanlardır. Bunların 23 nəfəri ümumtəhsil müəssisələrində çalışır və tərkib belədir: 19 nəfəri elmlər namizədi, 2 nəfəri elmlər doktoru, 2 nəfəri professordur.

Ali və orta ixtisas məktəblərini təmsil edən nümayəndələrin 49 nəfəri elmlər namizədi, 110 nəfəri elmlər doktoru, professor, o cümlədən 40 nəfəri kafedra müdiri, 9 nəfəri fakültə dekanıdır, 13 nəfəri AMEA-nın üzvüdür.

Nümayəndələrin 9 nəfəri Prezident təqaüdçüsüdür. 60-ı müxtəlif orden və medallarla təltif edilmişdir. 178 nəfəri əməkdar müəllim, 21 nəfəri əməkdar elm xadimi, 70 nəfəri qabaqcıl təhsil işçisidir.

- Hörmətli qurultay iştirakçıları!

Bildiyiniz kimi, təhsil və təhsil işçiləri dövlət başçısının tam qayğısı ilə əhatə olunublar. Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və onların əməyinin stimullaşdırılması istiqamətində atılan addımlar çoxminlik müəllim ordusunun razılığı və minnətdarlığı ilə qarşılanıb. Möhtərəm Prezidentin 19 avqust 2008-ci il tarixli sərəncamı ilə 100 müəllim və 50 məktəbin mükafatlandırılması xüsusi qeyd olunmalıdır. Bu gün qurultayda həmin qalib müəllimlər və məktəblərin rəhbərləri də iştirak edirlər.

- Hörmətli qurultay nümayəndələri!

İcazə verin, sizin adınızdan qurultayı əmin edim ki, Azərbaycan dövlətçiliyinin inkişafı naminə bütün təhsil işçiləri, həmişə olduğu kimi, yenə öndə gedəcək, xalqımızın işıqlı gələcəyi üçün bilik və bacarıqlarını səfərbər edərək, yetişməkdə olan nəslin təlim və tərbiyəsinin keşiyində təəssübkeşliklə duracaqlar.

Bütün təhsil işçiləri ulu öndərimiz Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikrini əldə  rəhbər tutaraq əmindirlər ki,  gələcəkdə daha böyük uğurların qazanılmasında XIII qurultayın çox mühüm rolu olacaqdır.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-2008-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri qaliblərinin mükafatlandırılması haqqında 2008-ci il 19 avqust tarixli sərəncamı müəllim və məktəb kollektivlərimizin sevincinə səbəb olmuşdur. Muxtar respublikamızdan Heydər Əliyev adına orta məktəb, Naxçıvan şəhər 12 nömrəli orta məktəb və Ordubad şəhər internat məktəbi Azərbaycan Respublikasının ən yaxşı məktəbləri sırasına daxil olmuş və 10000 manat pul mükafatı ilə mükafatlandırılmışdır. Həmçinin 5 müəllimimiz "Ən yaxşı müəllim" adına layiq görülərək 5000 manat pul mükafatı ilə mükafatlandırılmışdır.

Muxtar respublikamızın ümumtəhsil məktəblərinin müasir istilik sistemləri ilə təchiz olunması, qış mövsümünə hazırlıq daim diqqət mərkəzindədir. ölkə Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində muxtar respublikamızın bütün şəhər, kənd və qəsəbələrində aparılan təbii qazla təminat başa çatmaqdadır. ümumtəhsil məktəblərində qurulan istilik sistemləri qaz xətlərinə birləşdirilir ki, bu da qış mövsümündə yarana biləcək problemlərin aradan qaldırılmasına mühüm stimul verir. ümumtəhsil məktəblərimizin istilik sisteminə keçirilməsi təhsilin keyfiyyətinə də müsbət təsir göstərir. Məlumat üçün qeyd edim ki, əgər 2007-2008-ci tədris ilində 77 tədris müəssisəsi istilik sisteminə qoşulmuşdursa, 2008-2009-cu tədris ilində 100 təhsil ocağı mərkəzləşdirilmiş istilik sistemi ilə işləyəcəkdir.

Azərbaycan təhsilində gedən keyfiyyət dəyişiklikləri və ümumtəhsil məktəblərində aparılan yeniliklər, təhsilə göstərilən ən yüksək dövlət qayğısı təhsil işçilərini ürəkdən sevindirir, onları Azərbaycan müəllimlərinin XIII qurultayında qəbul olunacaq qərarların layiqincə yerinə yetirmələri üçün ruhlandırır.

- Hörmətli qurultay nümayəndələri!

Qarşıdan ölkəmizin həyatında çox mühüm hadisə olan prezident seçkiləri gəlir. Biz təhsil işçiləri xalqımızın xoşbəxt gələcəyi naminə Azərbaycan təhsilini və elmini yeni inkişaf mərhələsinə yüksəldən, ulu öndərimizin layiqli davamçısı, xalqımızın sevimli oğlu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevin yenidən Prezident seçilməsi üçün bütün qüvvəmizdən və ziyalı gücümüzdən istifadə edəcəyik.

İnanırıq ki, təhsil sahəsi ilə bağlı olan bütün insanlar öz üzərilərinə düşən bu böyük işin, vətəndaşlıq borcunun öhdəsindən layiqincə gələcək, Vətənimizin çiçəklənməsi naminə qüvvə və bacarıqlarını sərf edəcəklər.

Diqqətinizə görə sağ olun!

 

 

Milli Məclisin Elm və təhsil daimi komissiyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyevin çıxışı

- Hörmətli sədr, hörmətli qurultay iştirakçıları!

İcazə verin, mən də bayram münasibəti ilə sizi ürəkdən təbrik edim, qurultayımızın işinə uğurlar arzulayım.

Danılmaz həqiqətdir ki, son 5 il ərzində Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sistemində də çox ciddi irəliləyişlər, nəzərəçarpacaq uğurlar əldə olunmuşdur. Şübhəsiz ki, belə nəhəng, misli görünməyən nəticələrin, mən deyərdim ki, 5 ilə sığmayan nəticələrin əldə olunması bizi fərəhləndirir və 5 ildə Azərbaycan təhsili inkişafında çox şərəfli bir tarix yazılmışdır. Bu tarix, bu müddət ərzində yaradılmış baza, ən azı, Azərbaycan təhsilinin inkişafına uzun müddət xidmət edəcəkdir. Şübhəsiz ki, bu nailiyyətlərin əldə olunması, birinci növbədə, Azərbaycanın iqtisadi inkişafı ilə bağlıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi strategiyanın bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ilə bağlıdır. Mən bəzi rəqəmləri sizin nəzərinizə çatdırmağı məqbul hesab edirəm. Bu dövr ərzində Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider ölkəyə çevrilib. Azərbaycanın məcmu daxili məhsulun əsas iqtisadi inkişaf göstəricisi 2,7 dəfə artıb. Adambaşına düşən məcmu məhsul istehsalı 800 manatdan 5090 manata qədər yüksəlmişdir. Mən sizi inandırıram, hörmətli qurultay iştirakçıları, belə bir göstərici dünya iqtisadiyyatı tarixində heç bir ölkənin inkişafında mövcud olmamışdır. Digər göstəriciləri nəzərə çatdıraq. Dövlət büdcəsinin artımı 10 dəfədən çox olmuşdur. Həm büdcənin gəlirləri, həm də tərkibi. Orta aylıq əməkhaqqı 77 manatdan 254 manata qaldırılmışdır. Yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə qədər aşağı enmişdir və s. Yəni bu dövr ərzində Azərbaycan elə bir möhtəşəm iqtisadi inkişaf yolu keçmişdir və yaranmış bu iqtisadi baza bütün digər sahələrin də inkişafında çox ciddi rol oynamışdır, o cümlədən də milli təhsilimizin inkişafında. Hesabat məruzəsində hörmətli təhsil naziri Misir müəllim bu 5 il ərzində Azərbaycanın təhsilində baş verən bütün prosesləri, əldə edilən uğurları konkret rəqəmlərlə, çox analitik təhlillə nəzərə çatdırdı və ən başlıcası, məruzədə təhsil sistemində mövcud olan problemlərdən danışdı, onların həll olunması istiqamətlərini göstərdi və təhsilimizin gələcək perspektivləri haqqında fikir mübadiləsi etdi. Bu, çox təqdirəlayiqdir. Həm nailiyyətlər, həm problemlər və bəzi problemlərin həlli yollarının göstərilməsi çox konstruktivdir və biz özümüz üçün bu məruzədən çox şey götürməliyik. Təbii ki, nazirin çıxışı tamamilə ölkədə aparılan təhsil siyasətinə müvafiq olaraq qurulmuşdur. Təhsilimizin inkişafı, tərəqqisi, təkmilləşdirilməsi, onun dünya təhsil sisteminə inteqrasiyası, təhsilin qanunçuluq bazasının möhkəmləndirilməsi, ümumiyyətlə təhsil sistemimizin bütünlükdə inkişafı üçün ölkə Prezidentinin qarşıya qoyduğu konkret vəzifələrə uyğun bir məruzə dinlədik.

- Hörmətli qurultay iştirakçıları!

Doğrudan da, Azərbaycanda təhsilə həmişə çox diqqət və qayğı yetirilib. ümummilli liderimiz Heydər Əliyev təhsil sahəsini ən prioritet sahələrdən biri saymışdır. ötən 5 il ərzində təhsilimizə diqqət və qayğı tamamilə yeni əsaslarda qurulmuşdur. Həm təhsilin inkişafı prioritet sahə kimi elan olunmuş, həm də bütünlükdə cəmiyyətimizin ictimai-siyasi həyatının inkişafında ən ciddi faktora çevrilmişdir.

ölkə Prezidenti dəfələrlə öz çıxışlarında Azərbaycanın bugünkü inkişafını, onun inkişaf perspektivlərini elm və təhsillə bağlamışdır. ölkə başçısının qayğısının nəticəsində ötən 5 il ərzində 1360 yeni məktəb tikilib şagirdlərin və müəllimlərin istifadəsinə verilmişdir. Son 70 il ərzində Azərbaycanda tikilən məktəblərin sayı qədər 5 il ərzində iş görülmüşdür. Həmin məktəblər ən müasir standartlara cavab verir. Ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur. Bu istiqamətdə mən yalnız Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etməklə kifayətlənmək istəyirəm. Son 3 il ərzində Heydər Əliyev Fondunun vəsaiti hesabına Azərbaycanın müxtəlif bölgələrində 227 ən müasir layihələr əsasında yeni məktəb binası tikilib və bunlar avadanlıqlarla təchiz olunub. Bu yaxınlarda mən deputat kimi təmsil olunduğum Göyçay rayonunda Heydər Əliyev Fondu tərəfindən 2 məktəbin tikintisi başa çatdırıldı və onun açılışını keçirdik. Eyni zamanda dövlət proqramı çərçivəsində 4 yeni məktəb binası tikilib istifadəyə verildi. Bununla əlaqədar olaraq mən fürsətdən istifadə edərək Heydər Əliyev Fondunun prezidentinə bütün göyçaylılar adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

- Hörmətli qurultay iştirakçıları!

Bu 5 il ərzində  təhsilimizin yalnız maddi-texniki bazası möhkəmlənməyib, eyni zamanda, təhsildə 14 dövlət proqramı qəbul olunub. Bu proqramlara biz regionların sosial-iqtisadi inkişaf proqramını, Azərbaycanın bütün regionlarında təhsillə bağlı xüsusi vəzifələrin müəyyən olunmasını da əlavə etsək, tam yəqinliyi ilə deyə bilərik ki, bu gün milli təhsilimizin elə bir sahəsi yoxdur ki, onlar dövlətin məqsədli proqramlarının əhatəsində olmasın. Məhz buna görə də həyata keçirilən bu məqsədli proqramlar təhsilimizin sistemli şəkildə inkişaf etməsinə şərait yaratmışdır. Nəticələr göz qabağındadır. Təbii ki, problemlər də var. Mən təhsilin, əsasən, bu beş il ərzində, xüsusilə son 2 il ərzində keyfiyyət göstəricilərinin yüksəlməsindən danışmaq istəyirəm. Artıq Azərbaycanın milli təhsil konsepsiyası, sözün əsl mənasında, həyata keçirilmə ərəfəsindədir. Yeni fənn kurrikulumlarının hazırlanması, yeni tədris proqramlarının hazırlanması, nəhəng dərslik proqramının həyata keçirilməsi, fundamental dərsliklərin tərcümə olunması, məktəblərin və təhsilin bütün pillələrində ən müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, tədrisin özünün məzmununun dəyişilməsi, xüsusilə ali məktəb sistemində ciddi irəliləyişlərə nail olunması, mən deyərdim, təhsilimizin ən mühüm nailiyyətlərindən hesab olunmalıdır.

- Hörmətli qurultay iştirakçıları!

Şübhə yoxdur ki, məruzədə də qeyd olunub, təhsildə bu gün və həmişə əsas sima kimi, ən aparıcı subyekt məhz müəllimlərdir. Bu gün fəxrlə adlarını çəkə biləcəyimiz yüzlərlə, minlərlə müəllimlərimiz var. Səriştəli, savadlı, əsl maarifpərvər, öz yetirmələrini dövlətçiliyə, millətə sadiq formada tərbiyə etməyi bacaran müəllimlərimiz çoxdur. Amma bu gün inanın ki, bu, mənim subyektiv fikrimdir.  

Azərbaycan təhsilində mövcud olan problemlər o qədər də maddi-texniki baza ilə, texniki təchizatla deyil, məhz müəllimlərlə bağlıdır. İqtisad Universitetinin yeni korpusunun açılışı mərasimində ölkə Prezidenti cənab İlham Əliyev xüsusilə müəllimlərin qarşısında konkret vəzifələr qoydu və yeniləşən iqtisadiyyatımızın tələblərini müvafiq dərslərin aparılması, müəllim kadrlarının daim öz üzərində çalışmasını bir vəzifə kimi, nəinki iqtisadiyyat sahəsində, bütünlükdə respublika təhsili ictimaiyyəti qarşısında qoydu. Mən hesab edirəm ki, cənab nazirin müəllim hazırlığı sahəsində bu gün dediyi problemlər və onların həlli yolları tamamilə məqbul hesab olunmalıdır. Lakin onlar kompleks şəkildə müəllim hazırlığının, yəni təhsilin bütün pillələri üçün, məktəbəqədər hazırlıqdan tutmuş, ali məktəbə qədər hazırlığı üçün tam kifayət etmir. Birinci növbədə, mən hesab edirəm ki, müəllim peşəsinin prestijini qaldırmaq lazımdır. Müəllim daim dövlət qayğısı altında olduğunu hiss etməlidir. Əlbəttə, bu 5 il ərzində müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, nəinki maddi, həm də mənəvi cəhətdən həvəsləndirilməsi üçün misilsiz işlər görülmüşdür. Lakin bu işlər davam etdirilməlidir. Siz də  mənimlə yəqin razılaşarsınız. Əgər pedaqoji sahəyə test imtahanlarında 200-300 bal yığmış tələbələr daxil olursa və bu gün bizim müəllim hazırlığı proqramlarımız dünya standartları ilə müqayisədə o qədər də yaxşı  görünmürsə, ümumiyyətlə, təhsilimizin əmək bazarının tələbinə istiqamətlənmə səviyyəsi o qədər də yüksək deyilsə, həmin kadrların 4 ildən sonra məktəblərə gəlməsi və onların yüksək savadlı şagirdlər yetişdirməsi bir qədər sual altındadır. Buna görə də, mənim fikrimcə, pedaqoji təhsillə bağlı xüsusi dövlət proqramına, Prezidentin bu sahəyə müdaxiləsinə bu gün çox böyük ehtiyac vardır. Mən əminəm ki, belə bir proqram da qəbul olunacaq.

Mən bayaq qeyd etdim ki, təhsil sahəsində 14 dövlət proqramı uğurla həyata keçirilir və bu proqramlar arasında çox sıx qarşılıqlı əlaqə vardır. Sistemli şəkildə həyata keçirilən bu proqramlar məktəbəqədər təhsildən tutmuş ali təhsilə qədər, bütünlükdə təhsil sistemini əhatə edir və eyni zamanda Azərbaycan təhsilinin yeniləşməsinə, onun modernləşməsinə, dünya təhsil məkanına inteqrasiya olunmasına çox əlverişli şərait yaranıb.

- Hörmətli qurultay iştirakçıları!

Şübhəsiz ki, biz bu gün təhsilimizin inkişafından danışarkən onun beynəlxalq əlaqələrindən, xüsusilə də Boloniya prosesi ilə bağlı olan vəzifələr haqqında danışmaya bilmərik. Azərbaycan artıq rəsmi surətdə Boloniya konvensiyasına imza atmış və bu prosesə qoşulmuşdur. Rəqəmlər də göstərdi ki, artıq 17 universitetdə kredit sistemi tətbiq olunur. Mən deyə bilərəm ki, İqtisad Universitetində elə bir fakültə, ixtisas yoxdur ki, orada kredit sisteminə keçilməmiş olsun. Bununla biz nəyə nail olacağıq? Kredit sisteminin tətbiqi tədrisin keyfiyyət parametrlərinin yüksəlməsinə səbəb olur, tələbə-müəllim arasındakı münasibətlər sistemini tamamilə yeni əsaslarla qurur və eyni zamanda mobilliyi təmin edir. Heç olmasa bu gün bizə irad tutulan ölkə daxilində tələbələrin bir universitetdən digər universitetə köçürülmələri məsələsinə bir nöqtə qoyulacaq. Yəni bunlar tamamilə tələbələrin öz ixtiyarında olacaq. Əgər ölkə daxilində bir universitetdə toplanılan kreditlər digər universitetdə tanınacaqsa, bu məsələ birdəfəlik aradan çıxacaq. Burada olan söz-söhbətlərə də yer qalmayacaq. Buna görə də bütünlükdə Azərbaycan təhsil sistemində kredit sisteminin tətbiqində, nəinki kredit sisteminin Boloniya prosesindən, deklarasiyasından irəli gələn bütün digər vəzifələr ali təhsil sisteminin qurulmasında olduqca vacibdir. Müəllim hazırlığı problemi bu gün ali məktəblər üçün də olduqca vacib məsələdir. Bu məsələnin real qanunçuluq bazasında dünya standartlarına uyğun həll olunması çox vacibdir.

- Hörmətli qurultay iştirakçıları! 

Yəqin sizi ən çox maraqlandıran Təhsil haqqında Qanundur, bu barədə də bir neçə kəlmə demək istəyirəm. Məlum olduğu kimi, Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu 2007-ci ilin dekabr ayında ilk müzakirədən keçirildi. Bu müddət ərzində Təhsil Qanunu üzərində çox ciddi işlənilib. Bəzi mübahisəli məsələlərə Azərbaycan Respublikası Prezidentinin son dövrlərdə qəbul etdiyi iki sərəncamla aydınlıq gətirildi və bu gün mən deyərdim ki, Təhsil Qanununun qəbul olunması yolunda heç bir maneə yoxdur. Bildiyiniz kimi, bu, çərçivə qanunudur və bu qanunun qəbul olunmasından sonra bir neçə konkret qanunlar işlənib qəbul olunması nəzərdə tutulur. Mən bu gün qurultay iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm ki, artıq bu qanunun ikinci müzakirəyə çıxarılması Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilmişdir və biz əminik ki, bu il payız sessiyasında Təhsil Qanununun qəbul olunmasına nail olacağıq.

çıxışımın sonunda bildirmək istəyirəm ki, doğrudan da, son 5 il ərzində Azərbaycan təhsili tamamilə yeniləşib, inkişaf edib, sözün əsl mənasında modernləşir. Mən bu yolda hamınıza uğurlar, şəxsi həyatınızda cansağlığı, xoşbəxtlik arzulayıram. çox sağ olun.   

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin çıxışı

- Hörmətli qurultay iştirakçıları!

Sizi bugünkü mühüm hadisə - Azərbaycan müəllimlərinin qurultayı münasibətilə ürəkdən təbrik edirəm. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının kollektivi adından hamınıza cansağlığı və işinizdə uğurlar arzulayıram. 

ölkəmiz dinamik inkişaf yolu ilə inamla addımlayır, onun beynəlxalq nüfuzu getdikcə güclənir. Belə bir şəraitdə ölkədə yüksək təhsilli, dünya əmək bazarında layiqli yer tuta bilən   mütəxəssislərə tələbat artır. Bu da öz növbəsində təhsilin inkişaf etdirilməsini, dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsini vacib məsələyə çevirir.

Qloballaşma şəraitində biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesləri gedir. Məhz buna görə də, inkişaf, ilk növbədə, təhsil sahəsində öz əksini tapmalıdır. Təhsilin keyfiyyəti zamanın tələbinə çevrilir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2003-cü ilin dekabrında İnformasiya Cəmiyyəti məsələlərinə həsr olunmuş Sammitdə belə bir çağırış ilə çıxış etdi: "Qara qızılı insan potensialının qızılına çevirək". Beləliklə, ölkəmizdə İnformasiya Cəmiyyəti qurmaq proqramları əsaslarının qoyulmasına zəmin yarandı. Bununla bağlı ölkə başçımızın müvafiq sərəncamları, imzaladığı dövlət proqramları hamımıza məlumdur.  Bütün bunlar təhsil sahəsinə və qiymətləndirmə sisteminə öz müsbət təsirini göstərdi.      

Azərbaycanda Milli Qiymətləndirmə Sisteminin qurulması ulu öndərimiz Heydər Əliyevin siyasi dəstəyi sayəsində gerçəklənmişdir. Məhz bu dəstəyin nəticəsidir ki, bu gün Azərbaycan gənclərinə və bütün cəmiyyətə xidmət edən açıq, şəffaf, elmi əsasları olan, ən müasir informasiya texnologiyalarından istifadə edən və beynəlxalq səviyyədə nüfuz qazanmış Milli Qiymətləndirmə Sistemi fəaliyyət göstərir.

Azərbaycan müəllimlərinin 12-ci qurultayından keçən dövrdən bu sistem daha da təkmilləşdirilib.

Prezident İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi  "Azərbaycan Respublikasının Təhsil Qanununda dəyişikliklərin tətbiq edilməsi haqqında" qaydalar və 2005-ci il 6 aprel  tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə" komissiyanın səlahiyyətlərini və təhsilimizin inkişafına xidmət imkanlarını daha da artırdı. 

Bununla yanaşı, nəzərə almalıyıq ki, dövlət qulluğuna, hüquq-mühafizə, vergi, prokurorluq, məhkəmə və başqa dövlət orqanlarına işə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaratdığı Qiymətləndirmə sistemi vasitəsi ilə həyata keçirilir.

Bizim qazandığımız uğurlar 4 prinsipə əsaslanır: 

1) insan faktorunu mümkün qədər aradan qaldırmaq. Məhz buna görə bütün daxili proseslər avtomatlaşdırılıb, sistemin hər hansı xarici müdaxiləni istisna edən intellektual müdafiəsi qurulub;

2) testləşdirmə prosesini cəmiyyət üçün tamamilə açıq və şəffaf etmək, ictimaiyyəti bütün zəruri məlumatlarla daim təmin etmək;

3) təhsildəki inkişaf dinamikasını təhlil etmək zərurətini nəzərə alaraq, gənclər haqqında geniş məlumat bazaları yaratmaq (bu məlumat bazaları həm orta, həm orta-ixtisas, həm ali məktəblər, həm ayrı-ayrı regionlara aiddir).

Hazırda TQDK ilə birbaşa ali məktəblər və müxtəlif dövlət qurumları arasında informasiya mübadiləsi təşkil olunub və bu məlumat bazası dinamik rejimdə işləyir.

Gənclərdə onların biliyinin obyektiv qiymətləndirməsinə inam yaratmaq və təhsilin səviyyəsini daha da artırmaq üçün onların təhsilə  motivasiyasını  gücləndirmək, onlarda yüksək nəticələr əldə etməyə stimulları artırmaq.

Nəticədə biz indi görürük ki, gənclərimiz artıq qəbul imtahanlarına sadəcə imtahan kimi deyil, bir bilik yarışı kimi yanaşırlar. Bu stimulların yaranmasında ilk dəfə 2001-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən qəbulda ən yüksək nəticə əldə edənlərə Prezident təqaüdünün təsis edilməsinin böyük rolu olub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Prezident təqaüdünün həm sayının, həm də məbləğinin artırılmasına dair 2 dəfə fərman verib.

Bu günlərdə cənab Prezidentin göstərişinə əsasən, çətin məişət şəraitində yaşamasına baxmayaraq, ən yüksək nəticə -  700 bal toplamış Sumqayıt məktəbinin məzunu, yataqxanada yaşadığı zaman  abituriyent, hal-hazırda isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Dadaşov Elvin Vaqif oğlunun ailəsinə mənzil təqdim edilib.

Bütövlükdə, yüksək nəticələr əldə etmiş gənclərin sosial tərkibinin təhlili göstərir ki, ailələrinin sosial durumundan asılı olmayaraq, gənclərimiz yüksək nəticələrə məhz öz bilik, bacarıq və zəhmətləri sayəsində nail olurlar. Bu da onu təsdiq edir ki, ali məktəbin tələbəsi adını qazanmaq üçün yeganə meyar bilikdir.

Respublika üçün müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması təkcə ölkə daxilində deyil, xarici ölkələrin nüfuzlu ali məktəblərində də həyata keçirilir. Bildiyiniz kimi, bu məqsədlə ölkə başçısı cənab İlham Əliyev 16 aprel 2007-ci il tarixli sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiq edib.

TQDK Dövlət Proqramının tələblərini rəhbər tutaraq tələbə qəbulu işinin əsas mahiyyətini təşkil edən biliyin qiymətləndirməsini dünyada qəbul olunmuş standartlara uyğun qurur. Bununla əlaqədar son illər TQDK aidiyyətli beynəlxalq qurumlarla əlaqələrini xeyli genişləndirib, ABŞ-ın "Təhsildə Test Xidməti" (ETS) təşkilatı, Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyası, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (TQBA), Hollandiyanın "Təhsildə ölçmə İnstitutu (CİTO)" bu yaxınlarda isə 150 illik imtahan keçirmək təcrübəsi olan İngiltərənin Kembric Universitetinin "Cambridge Assessment" təşkilatı ilə əlaqələr yaradaraq fəal əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır.

Məlum olduğu kimi, ötən tədris ilinin əvvəlində Beynəlxalq Qiymətləndirmə Assosiasiyasının növbəti 33-cü konfransı məhz Bakıda keçirildi. ölkəmizin post-sovet məkanında biliyin qiymətləndirilməsinin yeni modelinə keçən ilk ölkə olması və bu sahədə kifayət qədər önəmli təcrübə toplaması Beynəlxalq Assosiasiya rəhbərliyinə belə bir qərara gəlməyə imkan vermişdi. Beynəlxalq konfransda dünyanın 40 ölkəsindən 200-dən çox nümayəndə iştirak etmişdir.

Beynəlxalq aləmdə bizim əldə etdiyimiz digər uğur UNESCO xətti ilə keçirilən tədqiqatla bağlıdır. UNESCO-nun dünyada təhsil sahəsində neqativ halların araşdırılmasına həsr olunmuş hesabatının qəbul imtahanları ilə bağlı hissəsində Azərbaycanın tələbə qəbulu sahəsindəki təcrübəsi müsbət nümunə kimi göstərilib. Hesabatda qeyd olunub ki, bu nəticə Azərbaycanda tələbə qəbulunda informasiya texnologiyalarının tətbiqi və biliklərin qiymətləndirilməsində şəffaflığın təmin olunması ilə bağlıdır.

Mən bu nailiyyəti respublikamızın bütün müəllim heyətinin nailiyyəti kimi qiymətləndirirəm, bu istiqamətdə yeni uğurların əldə olunmasını bütün təhsil işçilərinə arzulayıram.

Bunun üçün biz dünyada gedən inkişaf prosesləri ilə ayaqlaşmalı, işimizi hər zaman təkmilləşdirməliyik. Bildiyiniz kimi, TQDK ötən ildən başlayaraq magistratura pilləsinə, bu ildən isə bakalavr pilləsinə sənəd qəbulu və ixtisas seçimi proseslərini İnternet vasitəsilə aparıb. Bunu yalnız insan əməyinin yüngülləşdirilməsi və informasiyanın kağız daşıyıcısından elektron formata keçməsi kimi qiymətləndirmək olmaz. Məsələnin mahiyyəti əhalinin, xüsusilə də gənclərimizin informasiya texnologiyalarına və İnternetə yiyələnməsindən ibarətdir.

Belə ki, bu il İnternet vasitəsi ilə ali və orta ixtisas məktəblərinə ərizə vermək prosesi orta məktəbi bitirən və müstəqil həyatda ilk addımlarını atan bir çox gənclər üçün İnternetlə ciddi tanışlıq oldu. (120 minə yaxın gənc bu prosesdə iştirak etdi). Ən başlıcası isə, gənclərimiz nəhayət dərk etməlidirlər ki, İnternet yalnız əyləncə vasitəsi deyil. İnternetlə ərizə verərək hər bir gənc əslində hökumətlə vətəndaş arasında məmur faktoru olmadan, birbaşa əlaqəni təmin edir. Bütün bunlar Azərbaycanda "Elektron Hökumət" dövlət proqramının yerinə yetirilməsi istiqamətində atılan mühüm addımlardır. 

İnformasiya cəmiyyəti "savadsızlıq" anlayışına tam yeni məna verir. Əgər 20-ci əsrdə yazıb-oxumağı bacarmayan insan savadsız hesab olunurdusa, 21-ci əsrdə savadlı insandan kompüterdən və İnternetdən istifadə etmək bacarığı mütləq tələb olunur.  

Bu yaxınlarda Azərbaycanda YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilmiş Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransı savadlılığın məhz bu mənasının açıqlanmasına xidmət edirdi. Bu konfrans göstərdi ki, Azərbaycan təhsil sahəsində olan ümumdünya problemlərinin müzakirəsi mərkəzinə çevrilir, bu sahədə gedən proseslərə qoşulur və beynəlxalq səviyyədə mövcud olan müsbət təcrübənin ölkəmizə gətirilməsinə maraq göstərir.   

- Əziz həmkarlar!

Biz bu gün əldə etdiyimiz nailiyyətləri qeyd etməklə yanaşı, həllini gözləyən problemlərə də toxunmalıyıq. Bildiyiniz kimi, TQDK-nın həyata keçirdiyi qiymətləndirməyə xarici qiymətləndirmə deyilir (xarici qiymətləndirmə dedikdə şagirdin bilik səviyyəsinin müəllim tərəfindən deyil, üçüncü tərəf - müstəqil qurum tərəfindən qiymətləndirilməsi nəzərdə tutulur). Yerli və xarici ekspertlərin rəyinə görə, ölkəmizdə tətbiq olunan xarici qiymətləndirmə sistemi dünya standartlarına uyğun şəkildə qurulubdur, təhsil sisteminə və təhsil mühitinə bütövlükdə müsbət təsir göstərir.

İndiki mərhələdə bizim əsas məqsədimiz ondan ibarət olmalıdır ki, xarici qiymətləndirmə ilə məktəbdaxili qiymətləndirmə arasında uyğunluq yaradılsın. Burada uyğunluq dedikdə, daxili qiymətləndirmədə təkcə test üsulundan deyil, əksinə, daxili qiymətləndirmədə daha çox fərdi yanaşma üsullarından (yazılı iş, şifahi sorğular, izah etmə, layihə tərtib etmədən) istifadə olunmalıdır. Bizim fikrimizcə, bu gün test üsulu ilə aparılan məktəbdaxili qiymətləndirmə, təəssüf ki, bəzi hallarda şagirdləri əzbərçiliyə məhkum edir.

Biz etiraf etməliyik ki, belə hallar bizi qane edə bilməz. Lakin mən ümid edirəm ki, biz, TQDK və Təhsil Nazirliyi, səylərimizi birləşdirərək işi elə qura bilərik ki, xarici və daxili qiymətləndirmə sistemlərini uyğunlaşdıraq. Bu baxımdan ümid verən əyani bir nailiyyətimiz də mövcuddur .

- Hörmətli müəllimlər!

Bu gün yüksək təhsilli mütəxəssis hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu prosesin fəlsəfəsi dövlət başçısının "Biz iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" çağırışında öz əksini tapıb.

İnsan kapitalı yaratmaq - cəmiyyət üçün hər bir sahə üzrə yüksək ixtisaslı mütəxəssislər ordusu hazırlamaq deməkdir. ölkə başçısı bu tapşırığı məhz  təhsil işçilərinə ünvanlayıb. Mən əminəm ki, biz hamımız Prezidentimizin bu çağırışını  həyata keçirməyə qadirik. ümidvaram ki, biz növbəti beş il ərzində hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında qarşımızda qoyulan bu vəzifəni uğurla həyata keçirəcəyik. Mən hamımıza bu yolda böyük uğurlar arzulayıram.

Diqqətinizə görə minnətdaram.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi,  professor Seyfəddin Qəndilovun çıxışı

- Hörmətli qurultay iştirakçıları!

Azərbaycan müəllimlərinin 13-cü qurultayı tariximizin əlamətdar bir dövrünə təsadüf edir. Bu gün həyatımızın bütün sahələrində çox böyük yeniliklər, mühüm keyfiyyət dəyişiklikləri baş verir. Cəmisi 17 il bundan əvvəl hamının əlini üzdüyü Azərbaycan, ulu öndər Heydər Əliyevin müdrik siyasəti və bu siyasəti yeni şəraitdə, dövrün, zamanın ruhuna uyğun yaradıcılıqla inkişaf etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda bölgədə lider, dünyada isə qüdrətli dövlətə çevrilmişdir. Ulu öndərin hazırladığı ideyalar, başa çatdıra bilmədiyi işlər bu gün uğurla davam etdirilir. Sevinir və fəxr edirik ki, möhtərəm Prezidentimiz İlham Əliyev daha yeni-yeni uğurlarımıza imza atır. Bu, elmimiz, mədəniyyətimiz və xüsusilə təhsilimiz və təhsil işçilərimizlə əlaqədardır. Təhsil işçilərinin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsi, habelə elm-təhsil müəssisələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması və infrastrukturunun yeniləşdirilməsi istiqamətində görülən işlər bunu bir daha təsdiq edir.

Bu gün Azərbaycan təhsilində köklü və əsaslı dəyişikliklər, yeniləşmə gedir. Təhsilimizin dünyanın qabaqcıl ölkələrinin təhsilinə inteqrasiyası getdikcə güclənir.

Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi tədbirlər təhsilimizdə, xüsusilə də ali məktəblərimizin işində xeyli canlanma yaratmışdır. Müəllimlərimizin, biz ali məktəb rəhbərlərinin yaradıcı iş əzmini xeyli artırmış, fəaliyyətimizin yenidən qurulmasına real zəmin yaratmışdır. Bu gün biz təhsil işçilərinə, hər bir müəllimə öz işinə yaradıcı yanaşmaq imkanı verilmişdir.

Təhsil Nazirliyi təcrübəli təhsil işçilərini öz ətrafında toplayaraq, dövrün özünəməxsus təbii çətinliklərini, problemlərini müvəffəqiyyətlə aradan qaldıraraq təhsilimizin gələcəyi üçün sanki addım-addım yol açır, Təhsil Nazirliyimiz bu işdə əsl fədakarlıq göstərir. Bu gün gözlərimiz qarşısında təhsilimiz keyfiyyətcə dəyişir, dünyanın ən inkişaf etmiş ölkələrinin təhsil sahəsindəki qabaqcıl təcrübəsi Azərbaycanda uğurla tətbiq olunur. Ən başlıcası isə 90-cı illərin əvvəllərindəki sosial-iqtisadi təlatümlər dövründəki bütün çətinliklərə dözən Azərbaycan müəlliminin layiq olduğu nüfuz bu gün hörmətli Prezident İlham Əliyevin qayğısı ilə Azərbaycan müəlliminin, Azərbaycan təhsilinin özünə qaytarılır. Bütün bunlara görə biz, təhsil işçiləri, cənab Prezidentə dərin hörmət və ehtiramımızı, minnətdarlıq və təşəkkürümüzü bildiririk. Biz fəxr edirik ki, cənab İlham Əliyev bizim Prezidentimiz olmaqla bərabər, həm də müəllim kimi şərəfli peşədə çalışmış həmkarımızdır. Ona görə də biz, təhsil işçiləri, onu ikiqat çox sevirik.      

Təhsilin rolu heç vaxt indiki qədər vacib və indiki qədər aktual olmamışdır. Məlumdur ki, cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində ali təhsil çox böyük rol oynayır.

ölkəmiz 2005-ci ildə Boloniya prosesinə qoşulmaqla ali təhsil sisteminin yeniləşdirilməsi, təhsilin keyfiyyətinin ümumavropa tələblərinə uyğunlaşdırılması sahəsində öz üzərinə mühüm vəzifələr götürmüşdür. Bu vəzifələrin reallaşdırılmasına, ilk növbədə, məzmun və keyfiyyət dəyişikliklərindən başlanmışdır.

ötən beş il ərzində milli təhsilin inkişafında bütün sistem üzrə yeniləşmə və zənginləşmə, milli və ümumbəşəri dəyərlər əsasında formalaşma başlıca keyfiyyət kimi özünü göstərməkdədir.

Bu yüksək tribunadan istifadə edərək rəhbərlik etdiyim Dövlət İdarəçilik Akademiyasının əldə etdiyi nailiyyətlərin xülasəsi haqqında qurultaya qısa məlumat vermək istərdim.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması dövlətçiliyimizin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi işinə ulu öndər Heydər Əliyevin mühüm qayğısı idi.

Dövlət İdarəçilik Akademiyası on ildir ki, fəaliyyət göstərir. On il tarix üçün bir andır. Ancaq Dövlət İdarəçilik Akademiyası bu illər ərzində tam bir inkişaf, özünüdərketmə yolu keçmiş, inzibati idarəetmə, dövlət və bələdiyyə idarəçiliyi sahəsində Azərbaycan Respublikasının əsas elm və təhsil ocağına çevrilmişdir.

Dövlət İdarəçilik Akademiyası dövlətin kadr siyasətinin həyata keçirilməsi, dövlət idarəçiliyinin bütün səviyyələri üçün müasir idarəetmə metodlarını mənimsəmiş və müasir idarəetmə təfəkkürünə malik kadrlar hazırlamaqla, idarəetmə mədəniyyətinin, dövlətçilik əxlaqının formalaşması işinə kömək etməklə respublikamızda dövlət quruculuğu prosesində fəal iştirak edir.

Hazırda akademiyada təhsilin bakalavr, magistratura pillələrində, rəhbər kadrların ixtisasının artırılması fakültəsində müxtəlif istiqamətlər üzrə ali təhsilli mütəxəssislər, aspirantura və doktorantura xətti ilə elmi kadrlar hazırlanır.

Akademiyada dövlət idarəçiliyi sahəsində təhsil almış və ya ixtisasını artırmış kadrlar bu gün dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarda müvəffəqiyyətlə çalışırlar.

Akademiya öz fəaliyyəti dövründə milli dövlətimizə, dövlətçiliyimizə, Heydər Əliyev siyasi kursuna sadiq bir elm və təhsil mərkəzi olmuş və bundan sonra da olacaqdır.

Dövlət İdarəçilik Akademiyası yarandığı vaxtdan etibarən beynəlxalq əlaqələrinin yaradılmasına və inkişafına böyük diqqət yetirir. Belə ki, Akademiya Avropa Birliyinin TEMPUS-TACİS  proqramı çərçivəsində 1999-2001-ci illər ərzində Fransanın Bordo və Qrenobl Siyasi Elmlər İnstitutları, İspaniyanın Barselona Universiteti ilə əməkdaşlıq etmiş və həmin proqram çərçivəsində bu ali məktəblərlə birlikdə "Avroazer. Modernləşdirilmiş idarəetmə və beynəlxalq aləmə çıxış" layihəsini müvəffəqiyyətlə həyata keçirmişdir.

2003-cü ildə Avropa İttifaqının Dövlət Qulluğu sahəsində islahatların həyata keçirilməsinə yardım üzrə TACİS proqramı layihəsi Dövlət İdarəçilik Akademiyasının binasında öz ofisini açmışdır. Dövlət İdarəçilik Akademiyasının mütəxəssisləri də layihənin həyata keçirilməsində fəal iştirak etmişlər.

Dövlət İdarəçilik Akademiyası hazırda Paris Milli Ali İdarəçilik Məktəbi, Belarus, Ukrayna, Litva, Türkiyə Dövlət İdarəçilik Akademiyaları, Kanada Beynəlxalq Təhsil Bürosu, Cenevrə Beynəlxalq Tədqiqatlar İnstitutu və s. ilə əməkdaşlıq edir.

Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Paris Milli Ali İdarəçilik Məktəbi (ENA) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında 2002-ci ildə imzalanmış "Dövlət İdarəçilik Akademiyasının inkişafına dəstək" layihəsinə əsasən akademiyada çalışan müəllimlərdən və dövlət məmurlarından ibarət müəyyən olunmuş şəxslər Paris Milli İdarəçilik Məktəbində təcrübə keçmiş və lazımi biliklərə yiyələnmişlər.

6 ildən bəri həyata keçirilən bu layihə bütün dünyada tanınan nüfuzlu təhsil ocağı ilə Dövlət İdarəçilik Akademiyasının əlaqələrinin genişlənməsi və təcrübə mübadiləsində çox mühüm rol oynayır. Belə bir nüfuzlu ali məktəblə əlaqələr, şübhəsiz ki, respublikamızda idarəçi kadrların hazırlanması və dövlət məmurlarının ixtisaslarının artırılması işinə böyük köməkdir.

Proqram çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin bir neçə məsul əməkdaşı və akademiyanın bir qrup müəllimi Fransanın Paris və Strasburq şəhərlərində təcrübədə olmuş, bir sıra tədbirlərdə iştirak etmişlər.

Biz bütün bunlarla yanaşı, görüləsi yeni, vacib işlər barədə də düşünür və bu sahədə də öz məsuliyyətimizi dərk edirik.

Hörmətli nazirimiz, professor Misir Mərdanov çox haqlı olaraq qeyd etdi ki, ali təhsil müəssisələrində nailiyyətlərlə yanaşı, öz həllini gözləyən ciddi problemlər də hələ qalmaqdadır. Bizə də aid olan bu ümumi problemlərdən bəzilərini mən də qeyd etmək istərdim.

Biz müəllimlər ideoloji cəbhənin həmişə fədakar insanları olmuşuq. Hesab edirəm ki, indi də bu sahədəki fəaliyyətimizi daha fəal şəkildə davam etdirməliyik. Odur ki, indiki şəraitdə tərbiyə işinə xüsusi diqqət yetirmək son dərəcə vacibdir. Ali məktəblərimizdə tələbələrimizin təhsili onların tərbiyəsi ilə vəhdət təşkil etməlidir.

Bu gun gənc nəslin tərbiyəsi bizi daha çox düşündürməlidir. Biz cəmiyyətdə baş verən hadisələri təhlil etməyi, həyat hadisələrini aşkarlamağı, müstəqil mühakimə yürütməyi, milli müstəqilliyimizi müdafiə etməyi bacaran gənclər yetişdirməliyik. Tərbiyə işinin yeni mexanizmini düşünüb bu işi yeni dövrün ruhuna uyğun yenidən qurmalıyıq.

Bu gün bütünlüklə siyasiləşən zəmanəmizdə, qloballaşan dünyamızda sosial-siyasi elmlərin rol və əhəmiyyətinə xor baxışa yol vermək düzgün olmazdı. Qloballaşan dünyada millimənliyimizi, milli mənəvi dəyərlərimizi qoruyub saxlamağı da bacarmalıyıq.

Bu gün ali məktəblərimizdə təhsilin bakalavr pilləsində hazırlanan buraxılış işlərinin və magistr dissertasiyalarının səviyyəsinin yüksəldilməsi istiqamətində də ciddi düşünməli, bir çox hallarda başqalarına yazdırılan buraxılış işləri ilə yanaşı, bəlkə dövlət imtahanları təcrübəsinin istifadəsi də faydalı olardı.

Rəhbər kadrların ixtisasının artırılması fakültəsində Dövlət İdarəçilik Akademiyasında biz bu işi 2001-ci ildən tətbiq etməyə başlamışıq. Bu yaxınlarda bunun Bakı Dövlət Universiteti, Dillər Universiteti və Pedaqoji Universitet tərəfindən də tətbiq edilməsi təqdirəlayiqdir. Bu işə hər yerdə rəvac verilməlidir.

Sovet dövründə müəllimlərimizi Bakıda öz respublikamızda olmaqla bərabər, Moskva və o zamankı İttifaqın digər mərkəzi şəhərlərinə də təkmilləşdirmə kurslarına göndərərdik. İndi isə təkcə özümüzlə kifayətlənirik. Yaxşı olardı ki, müəllimlərimizi təkmilləşdirmək üçün həm də Avropanın qabaqcıl ali məktəblərinə də göndərək. Bir halda kı, Avropa təhsil sisteminə inteqrasiya oluruq, deməli, bu işi də görməliyik. Nazirlik tərəfindən çoxlu dərsliklər hazırlanıb nəşr etdirilir. çox-çox faydalı olan bu işi davam etdirmək lazımdır. 

Bir zamanlar bərbad vəziyyətdə olan ali məktəb binalarımız indi zövqlə təmir olunmuş, bu günlərdə Bakı Dövlət Universitetində olduğu kimi, başqa yerlərdə də yeni tədris korpusları tikilmiş və müasir avadanlıqla təmin edilmişlər. Hətta bəzi inkişaf etmiş ölkələrin ali məktəblərində belə bu cür rahatlıq yoxdur. Lakin bununla belə, yaxın gələcək üçün müasir üslubda ali məktəb binaları tikilməli, ali məktəb şəhərcikləri, tələbə şəhərciklərinin salınması istiqamətində də düşünmək vaxtıdır. çünki iqtisadiyyatımızın coşqun inkişafı, maddi durumumuz buna imkan verir. Ən başlıcası isə təhsilimizə qayğı göstərən, qısa bir müddətdə paytaxtımızı, rayonlarımızı, kəndlərimizi, yollarımızı, məktəblərimizi abadlaşdıran, yenidən qurub gözəlləşdirən, Azərbaycan tarixinə böyük qurucu, yaradıcı kimi daxil olacaq bir Prezidentimiz vardır.

çıxışımın sonunda mən bütün təhsil işçilərimizi qarşıdakı prezident seçkilərində məhz belə bir Prezidentə, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verməyə çağırıram.

Sağ olun!

 

 

S.C.Pişəvəri adına Resrublika Numanitar Fənlər Gimnaziyasının ibtidai sinif müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Aybəniz İbrahimovanın çıxışı

- Hörmətli qurultay iştirakçıları!

Mən də fürsətdən istifadə edərək bu möhtəşəm tribunadan dəyərli həmkarlarımı və əziz qonaqlarımızı salamlayır, şərəfli və məsuliyyətli işi öhdəsinə götürən Azərbaycan müəllimlərinə uğurlar diləyirəm.

Başladığımız tədris ili ölkəmizin təhsil tarixində yeni kurrikulumların tətbiqi ilə yadda qalacaqdır. Mən də ibtidai sinif müəllimi kimi bu prosesdə iştirakımı özum üçün əlamətdar hesab edirəm. Yeni kurrikulumun əvvəlkindən fərqi ondan ibarətdir ki, burada məhz şagirdə lazım olan, onu inkişaf etdirən bacarıqların aşılanması nəzərdə tutulub. Biz indidən bilirik ki, I sinfi bitirəcək şagirdlər hansı bacarıqlara malik olmalıdır. Yəni bu standartlar, təlim nəticələri əvvəlcədən müəyyənləşdirilmiş və onlara nail olmağın yolları və üsulları da kurrikulumda öz əksini tapmışdır.

Yeni kurrikulumun üstünlüklərindən biri də burada təlim strategiyaları və qiymətləndirmə mexanizminin öz əksini tapmasıdır. Yəni müəllimin əlində dərsini daha keyfiyyətli tədris etmək üçün səmərəli vasitələr vardır. Əlbəttə, yeni kurrikulumun tətbiqi biz müəllimlərin qarşısında daha məsul vəzifələr qoyur, bizdən yaradıcılıq, təşəbbüskarlıq tələb edir.

Onu da qeyd etmək istəyirəm ki, yeni məzmun yeni dərsliklərin hazırlanmasını tələb edirdi. Məhz bununla əlaqədar birinci siniflər üçün "öyrədən"in və "öyrənən"in işini asanlaşdıran dərslikdən, iş dəftərindən və müəllim üçün vəsaitdən ibarət olan dərslik komrlektləri hazırlandı. İnamla deyə bilərik ki, tərtib olunan yeni dərsliklərdə bilik və bacarıqların aşılanması informasiyaya yox, şagirdlərin təfəkkür və düşüncə tərzini inkişaf etdirən materiallara əsaslanır. İndiyəqədərki dərsliklərdəki əzbərlənməyə əsaslanan faktlardan uzaqlaşmaq, şagirdə şəxsiyyət kimi baxmaq məsələsi ön rlana çəkilmişdir. Bu dərsliklər əsasında formalaşacaq şagird zəruri informasiyaları torlayıb, onlarla işləməyi, təhlil və tətbiq etməyi, qoyulan məsələlərə tənqidi münasibət bəsləməyi, tolerantlığı, informasiya və kommunikasiya texnologiyaları ilə davranmağı bacaracaq.

Ən maraqlı cəhətlərdən biri də budur ki, dərsliklərin hazırlanmasında ibtidai sinif müəllimlərinin də birbaşa müəllif olmalarına şərait yaradıldı. Bunu sadəcə görüntü kimi qiymətləndirmək doğru olmazdı. Bu, həmkarlarımın elmi-nəzəri biliklə təcrübəni reşəkarcasına əlaqələndirməsinin göstəricisidir.

Mənim özümün I siniflər üçün "Nəyat bilgisi" dərslik komrlektinin, digər həmkarlarımın isə müxtəlif dərslik komrlektlərinin  həmmüəllifi olması buna əyani sübutdur. ümid edirik ki, yeni dərsliklər, hörmətli nazirimizin hesabat məruzəsində deyildiyi kimi,  şagirdin əsas funksiyasının tədqiqatçı, müəllimin isə bələdçi olmasını təmin edəcək. Bu zaman müəllimin əsas funksiyası fasilitasiya olur. Təbii ki, yeni kurrikuluma uyğun dərsliklər ilk baxışdan ideal olmaya da bilər. Ancaq zaman keçdikcə bunların daha da təkmilləşdirilməsi mümkün olacaqdır.

- Hörmətli həmkarlar!

Məlumdur ki, əsas və orta təhsil pillələrində şagirdlərin nailiyyətləri qiymətləndirilir. İbtidai təhsil pilləsində isə belə qiymətləndirmə aparılmır. Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində ediləcək yeniliklərdən biri də, hesabat məruzəsində deyildiyi kimi, ibtidai sinifləri bitirib əsas təhsil mərhələsinə keçən məktəblilərin bilik və bacarıqlarının qiymətləndirilməsidir. Hesab edirik ki, bu, vacib məsələdir. Bu, növbəti təhsil pilləsində  şagirdlərin bacarıqlarına görə diferensiallaşdırılmasına şərait yaradacaq, eyni zamanda ibtidai siniflərdə dərs deyən müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinə də imkan yaradacaq.

Mən fürsətdən istifadə edib, hesabat məruzəsində müəllim hazırlığı ilə bağlı müddəalara tərəfdar olduğumu bildirmək istəyirəm. Doğrudan da, orta ixtisas kolleclərində müəllimlərin, xüsusən ibtidai sinif müəllimlərinin hazırlığı yenidən nəzərdən keçirilməlidir. Təklif edirik ki, ali məktəblərin müəllimlik ixtisasını bitirənlərin tamhüquqlu müəllim statusu almaları üçün bir il sınaq müddətinin uğurla başa vurulması əsas şərtlərdən olsun. İlk dəfə müəllimlik fəaliyyətinə başlayan gənc həmkarlarımız kövrək yox, mətin addımlarla sinfə daxil olsunlar. Bunun üçün də sınaq müddətinin reşəkar müəllimlərin yanında keçirilməsi zərurətdir.

- Hörmətli qurultay nümayəndələri!

Düşünürəm ki, ölkə Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmağım mənim, eyni zamanda bütün müəllimlərin əməyinə verilən böyük qiymət olmaqla yanaşı, müəllimin statusunun və nüfuzunun yüksəldilməsi istiqamətində atılan mühüm addımdır.

- Hörmətli həmkarlar!

Son illərdə Azərbaycan təhsilinin dinamik inkişafı, əldə olunan nailiyyətlər göz qabağındadır. Hamımızı təhsilin gələcək inkişafı və bu inkişafın davamlı olması düşündürür. Bu mənada qarşıdakı prezident seçkilərində cənab İlham Əliyevə səs verməliyik.

Diqqətinizə görə sağ olun.

 

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti pedaqoji fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun çıxışı

- Hörmətli qurultay iştirakçıları!

Bu gün Azərbaycan təhsili ilə bağlı olan hər bir kəsin bayramıdır, Azərbaycan müəllimlərinin bayramıdır, bu zalda əyləşənlərin bayramıdır. Bu münasibətlə hər birinizi təbrik edirəm.

Hörmətli nazir Misir Mərdanovun çıxışında son 5 ildə Azərbaycan təhsilində baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri təhlil olundu, yol verilən nöqsanlar üzə çıxarıldı, qarşıda duran perspektivlər müəyyənləşdirildi. Hesabat məruzəsində irəli sürülən dəyərli fikirlərin, ideyaların Azərbaycan təhsilinin sonrakı inkişafına ciddi təsir göstərəcəyi şübhəsizdir. Hörmətli nazirin çıxışında ilkin müəllim hazırlığı məsələsinə toxunuldu, bu sahədəki nailiyyətlərlə bərabər bəzi iradlar da söylənildi. Həqiqətən də məruzədə qeyd olunduğu kimi, ilkin müəllim  hazırlığında uzun müddət müəyyən nöqsanlara yol verilib, ilkin müəllim hazırlığı ümumtəhsil məktəblərinin tələblərindən geri qalıb. Ali pedaqoji   təhsilin məzmununda, tədrisin təşkilində və idarəolunmasında, tələbələrin seçilməsində və onların nailiyyətlərinin qiymətləndirilməsində yol verilən nöqsanlar nəticədə pedaqoji kadr hazırlığının keyfiyyətinə mənfi təsir göstərib. Mövcud olan standartlar isə təhsilin müasir inkişaf tendensiyalarını və davamlı inkişaf amillərini kifayət qədər nəzərə almır, həyati bacarıqların aşılanmasına yönəldilmirdi. Ona görə də Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişaf Layihəsi çərçivəsində müəllim hazırlığı sahəsində aparılan islahatlar bilavasitə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sahəsində aparılan islahatyönümlü tədbirləri əhatə edir. Bu məqsədlə "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının milli konsepsiya və strategiyası" hazırlanmış və təsdiq olunmuşdur. Burada məqsəd Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq müəllimin fasiləsiz hazırlanması sisteminin əsas istiqamətlərini, məzmununu və inkişafının müəyyən edilməsində, fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının inkişaf edilməsi üçün hüquqi, iqtisadi və təşkilati şəraitin yaranmasından ibarətdir. Elə bu məqsədlə də "Azərbaycan Respublikasında ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə çərçivə kurrikulumu" hazırlanmışdır. Mütəxəssislərdən ibarət işçi qrupunun, milli və beynəlxalq məsləhətçilərin iştirakı ilə hazırlanan çərçivə kurrikulumu açıq rəqabətin gücləndiyi indiki şəraitdə fundamental peşə hazırlığına, ixtisas üzrə zəruri bilik, bacarıq və vərdişlərə malik müəllimlərin hazırlığına yönəlmişdir. Qətiyyətlə demək olar ki, həm ümumtəhsil məktəbinin, həm də ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəlliminin hazırlığı üzrə çərçivə kurrikulumu Azərbaycanın təhsil tarixində yeni bir hadisədir. Kurrikulumda müəllim hazırlığı ilə bağlı yeni məzmun müəyyənləşdirilmişdir. Təbii ki, yeni məzmun yeni müəllim hazırlığı tələb edir. Müasir müəllim araşdırmalar aparmağı bacarmalı, müasir texnologiyalardan baş çıxarmalı, tədqiqatçılıq keyfiyyətinə malik olmalıdır. Tədqiqatçılıq bacarığı olmayan müəllim bu keyfiyyəti öz şagirdlərinə aşılaya bilməz. Müasir məktəbin müəllimi yaradıcı olmalı, dərs dediyi şagirdin inkişafını bütün mərhələlər üzrə görməyi bacarmalı, onların şəxsiyyət kimi formalaşdırılmasını düzgün istiqamətləndirməlidir. Bu məqsədlə də o, şagirdin yaradıcı təfəkkürünə məxsus bütün psixo-pedaqoji xüsusiyyətləri bilməlidir. Ənənəvi  müəllim hazırlığında istifadə olunan qavrama, anlama, möhkəmlətmə, tətbiqetmə modeli təfəkkür məktəbinin yeni məktəbi ilə əvəz olunmalıdır. Hafizə məktəbinin bu modelindən fərqli olaraq bilmək, anlamaq, tətbiq etmək, analiz etmək, sintez etmək və qiymətləndirmək mərhələlərinə əsaslanan idrak məktəbi üçün müəllim kadrları hazırlanmalıdır. 

2008-2009-cu tədris ilində ADPU-nun ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasında tətbiqinə başladığımız bu kurrikulum öz praktik istiqaməti ilə diqqəti cəlb edir. Belə ki, əvvəlki tədris planlarında mövcud olan bəzi fənlər, praktik müəllim hazırlığı ilə o qədər də bağlı olmayan, daha çox nəzəri hazırlığa xidmət edən fənlər ya çıxarılmış və ya seçmə fənlər blokuna daxil edilmişdir. Praktik istiqamətliliyi gücləndimək məqsədilə təhsilin əsasları fənninin tədrisi nəzərdə tutulmuşdur. Bu fənnin tədrisi müəllim hazırlığında nəzəri məlumatların verilməsinə ayrılan vaxtın azaldılaraq daha çox praktik və tədqiqatyönümlü təlimə keçid üçün imkan yaradır. Yeni kurrikulumun özəlliklərindən biri də ibtidai sinif müəllimlərinin xarici dil bilmək və tədris etmək səriştəsinə malik olmasıdır. Bu kompetensiyanı aşılamaq üçün kurrikulumda xarici dilin tədrisinə ana dilinə ayrılan vaxt qədər saat ayrılmışdır. İbtidai siniflərdə bu fənnin tədrisinin məsuliyyəti ibtidai sinif müəllimlərinin üzərinə düşdüyündən onlar xarici dilə bir ixtisas fənni kimi yiyələnməli olacaqlar. İbtidai təhsilin xüsusiyyətlərini dərindən bilən sinif müəllimlərinin xarici dil fənnini tədris etməsi bu sahədəki mövcud nöqsanları aradan qaldıracaq. Ola bilsin ki, fənn müəllimləri bu ideyanı birmənalı qəbul etməsinlər. Hələ Azərbaycan müəllimlərinin 1919-cu ildə keçirilmiş III  qurultayında bu məsələ, yəni ibtidai siniflərdə dərslərin ayrı-ayrı fənn müəllimləri və ya sinif müəllimi tərəfindən aparılması məsələsi müzakirə olunmuş, bu işin sinif müəllimləri tərəfindən aparılması məqsədəuyğun sayılmış, elmi-pedaqoji və metodik cəhətdən əsaslandırılmışdı.

Tətbiqinə başladığımız yeni kurrikulumda ibtidai sinif müəllimi hazırlığında pedaqoji təcrübəyə xüsusi önəm verilir. Hesab edirik ki, kurrikulumda pedaqoji təcrübəyə ayrılan 18 həftəlik vaxt təcrübəçi tələbələrə müasir müəllimə xas olan ən mühüm peşə vərdişləri, zəruri kompetensiyalar formalaşdırmağa, pedaqoji fəaliyyətin əsas funksiyalarını aşılamağa imkan verəcəkdir. Pedaqoji təcrübə gələcək müəllimlərin ancaq mütəxəssis kimi deyil, həm də yaradıcı düşünən, öz problemlərini müəyyənləşdirib həll edə bilən, pedaqoji ustalığa və tədqiqatçılıq qabiliyyətinə malik olan bir şəxsiyyət kimi formalaşmasını təmin edəcəkdir. Müasir müəllim hazırlığı modelində tələbə nailiyyətlərinin Avropa təcrübəsinə uyğun qiymətləndirilməsinə mühüm əhəmiyyət verilir. Ardıcıl və sistemli proses olan qiymətləndirmə təlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi bilavasitə pedaqoji təhsilin keyfiyyətinin dəyərləndirilməsinə və nəticə etibarı ilə onun yüksəldilməsinə xidmət edir. Məmnuniyyətlə demək istərdim ki, ADPU-da bu sahədə son illər səmərəli təcrübə toplanmışdır. Belə ki, imtahanların təşkilati  struktur problemlərinə xeyli dəyişiklik edilmiş, kompüter texnologiyasından istifadə etməklə tələbə nailiyyətlərinin test metodu ilə qiymətləndirilməsi sisteminə keçirilmişdir. Bu işin səmərəli qurulması üçün qiymətləndirilmə vasitələrinə aid zəruri baza yaradılmışdır.

Məlumdur ki, şagirdlərdə biliklərin əsası ibtidai siniflərdə qoyulur və bunun müvəffəqiyyətlə həyata keçirilməsi yüksək ixtisaslı müəllim hazırlığından bilavasitə asılıdır. Ona görə də Təhsil Nazirliyi, ilk növbədə, islahatların bu sahədə aparılmasına xüsusi diqqət yetirir, gələcək nəslin təlim-tərbiyə sahəsində qazanacaqları nailiyyətləri ilə bağlı ibtidai sinif müəllimlərinin üzərinə böyük vəzifələr qoyur.

Nəticəyönümlü, şəxsiyyətyönümlü xarakterə malik olan ibtidai sinif müəllimlərinin hazırlığı kurrikulumu tələbə fəaliyyətinin təmin olunmasına və formalaşmasına, onun bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təlim şəraitinin yaradılmasına yönəldilmişdir.  Göründüyü kimi, qarşıda həlli zəruri olan xeyli məsələlər vardır. Bunları reallaşdırmaq məqsədilə fasiləsiz pedaqoji təhsil üzrə Koordinasiya Şurası yaradılmışdır.

Pedaqoji kadr hazırlığında onun inkişafının kəmiyyət və keyfiyyət göstəricilərində müəyyən problemlər yenə də vardır. Pedaqoji kadr hazırlığı üçün seçimin aparılmasının təkmilləşdirilməyə ehtiyacı var. Hesab edirik ki, abituriyentlərin pedaqoji peşəyə maraq, meyil və qabiliyyətləri, zahiri görkəmləri, xüsusilə ibtidai sinif müəllimi olanlar üçün yazı və nitq mədəniyyətinin qəbul zamanı yoxlanılması yaxşı olardı. Rəssam üçün rəng, müsiqiçi üçün musiqi duyumu nə qədər zəruri və vacibdirsə, müəllim üçün isə pedaqoji duyum, pedaqoji sövq-təbiilik, pedaqoji qabiliyyətlər o qədər zəruridir. Digər həyəcan doğuran bir məsələ ümumtəhsil məktəb müəllimləri arasında feminizasiya prosesinin dərinləşməsi, yəni qadın müəllimlərinin sayının kişi müəllimlərinin sayına nisbətən xeyli artmasıdır. Oğlanların pedaqoji peşəni seçməsi üçün peşəyönümü işinin gücləndirilməsi, əlavə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ümumi işin xeyrinə olardı. Dövlətin təhsil siyasətini elmi-pedaqoji əsaslarla reallaşdırmaq, pedaqoq və psixoloq alimlərin qüvvəsini eyni məcraya yönəltmək məqsədilə respublikada Təhsil Akademiyasının yaradılması məqsədəuyğun olardı. Dövlət Təhsil İslahatları Proqramına daxil edilmiş bu tarixi missiyanın yerinə yetirilməsi, akademiyanın təsisi çox istərdik ki, oktyabrın 15-də yenidən prezident seçəcəyimiz çox hörmətli Prezidentimiz İlham Əliyevin adı ilə bağlı olsun.

- Hörmətli qurultay iştirakçıları!

Azərbaycanda xalqımızın gələcəyinə, işıqlı sabahına istiqamətlənmiş uğurlu təhsil islahatları həyata keçirilir. Avropa standartlarına uyğun yeni məktəb binaları tikilir, müasir avadanlıqlarla təchiz edilir. Bu məktəblər üçün müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyasına, əxlaqi-mənəvi saflığa, yüksək peşə və ixtisas hazırlığına malik müəllim kadrlarının hazırlanması  işini ADPU-nun professor-müəllim heyəti bundan sonra da əzmlə davam etdirəcəkdir.

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın çıxışı    

- Nörmətli qurultay nümayəndələri! Nörmətli xanımlar və cənablar!

Təhsil cəmiyyətin inkişafını şərtləndirən başlıca amillərdən biridir. Ona görə də hər bir dövlət öz inkişaf strategiyasında təhsili ön rlana çəkməklə cəmiyyətin gələcək inkişafı üçün əsas yaradır. Təhsili millətin gələcəyi adlandıran ümummilli liderimiz Neydər Əliyevin Azərbaycan təhsilinin gələcəyi istiqamətində atdığı addımlar indi öz bəhrəsini verir. Ulu öndərin əsasını qoyduğu təhsil siyasəti möhtərəm Prezidentimiz  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

- Nörmətli qurultay  nümayəndələri!

Bakı şəhərində təhsilin vahid idarəetmə strukturunun yaradılmasından iki il ötür. Bu müddətdə təhsil sahəsində başlıca şərt hesab olunan əlverişli təhsil mühitinin yaradılması sahəsində xeyli uğurlar əldə olunmuşdur. Belə ki, 2007-ci ildə Bakı şəhərində 37000 şagird yerlik 50 yeni məktəb və əlavə korruslar  inşa olunub istifadəyə verilmişdir. Cari dərs ilində 29 məktəbdə 12200 şagird yerlik tədris korrusları tikilmiş, 38 məktəbdə əsaslı təmir işləri ararılmışdır. Nəticədə II və III növbədə oxuyan şagirdlər 15 %  azalmışdır. 60 nömrəli məktəbin binası sökülərək yenidən inşa edilmişdir. 250 məktəbin istilik sistemi əsaslı təmir olunmuşdur. Cari ilin sonunadək bütün məktəblərdə istilik sistemi qaydaya salınacaqdır.

Təhsil infrastrukturunun yeniləşdirilməsində Neydər Əliyev Fondunun, onun rrezidenti, üUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanımın xüsusi xidmətlərini qeyd etmək lazımdır. 

Bakı şəhərinin bütün məktəblərində komrüterləşdirmə işi başa çatmışdır. 23 məktəbdə İnternet, 308 məktəbdə isə lokal şəbəkənin olması İKT-dən səmərəli istifadə imkanlarını xeyli artırmışdır. 23 nömrəli məktəbdə "elektron məktəb" layihəsi  uğurla həyata keçirilməkdədir. Məqsədimiz bütün məktəblərin İnternet şəbəkəsinə qoşulmasını təmin etməkdir.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, təhsilə dövlət qayğısı və diqqət göstərildiyi bir zamanda məktəb ərazilərinin bəzi işbazlar tərəfindən zəbt olunması da müəyyən rroblemlər yaradır. Nələlik bu rroblemi biz həll edə bilmirik. Ona görə də aidiyyyəti orqanların bu işdə dəstəyini gözləyirik.

- Nörmətli qurultay nümayəndələri!

Təhsilin idarəolunmasında vacib məqamlardan biri də kadrların düzgün seçilib yerləşdirilməsi və keyfiyyət tərkibinin daim yaxşılaşdırılmasıdır. Bu istiqamətdə atılan addımlar əvvəllər Bakı şəhərində redaqoyi kadrların təyini zamanı yol verilən neqativ halların minimuma endirilməsinə, müəllim sıxlığının azaldılmasına, ən əsası isə mövcud kadr rotensialından səmərəli istifadəyə imkan vermişdir. İndi Bakı şəhərinin məktəblərində müəllim-şagird nisbəti sabitləşmişdir, son iki ildə şagirdlərin sayının xeyli azaldığını nəzərə alsaq, bu nisbətin aşağı düşməsinin qarşısının alınması nə qədər çətin olduğu hamıya aydın olar.

Əlbəttə, yaxşı kadrları qoruyub saxlamaq, onların təcrübəsindən və biliyindən faydalanmaq lazımdır. Lakin məruzədə qeyd edildiyi kimi, müəllimlərə müəyyən yaş həddi qoyulmalı, nəsillərin təzələnməsi rrosesi də getməlidir. Təcrübə göstərir ki, həddən artıq dərs yükü müəllimin iş keyfiyyətinə mənfi təsir etdiyi kimi, müəyyən yaş həddindən sonra eyni vəziyyət təkrarlanır.

- Nörmətli qurultay nümayəndələri!

Mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının ararılması mühüm və dəyərli addımdır. Bu iş daha səmərəli şəkildə davam etdirilməlidir. üeni qiymətləndirmə sistemi həm təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm də qəbul imtahanlarında yüksək nəticələrin əldə olunmasına gətirib çıxarmışdır. İndi əminliklə deyə bilərik ki, Bakı şəhərində təhsilin inkişafı dinamik xarakter daşıyır. Bunu, ilk növbədə, ali məktəblərə qəbul imtahanlarının nəticələri sübut edir. Belə ki, tələbə adına 2006-cı ildə 8335 məzun layiq görülmüşdüsə, 2008-ci ildə bu göstərici 9228-ə bərabər olub. Son iki ildə ali məktəblərə daxil olan məzunlarımızın sayı 893 nəfər artmış, qəbul faizi isə 34,79-dan 39,22-yə yüksəlmişdir. 500-700 bal nəticə göstərənlərin xüsusi çəkisi 2006-cı ildəki 8,66%-dən 2008-ci ildə 10,43 %-ə yüksəlmişdir.

Ən əsası isə 600-dən yuxarı bal torlayan məzunların sayında da ciddi artım müşahidə olunur. 2006-cı ildə bu rəqəm 452 olduğu halda, 2007-ci ildə  506, 2008-ci ildə isə 702 olmuşdur. İki il ərzində 4 yetirməmizin ( 10, 39, 70 və 247  nömrəli məktəblərin məzunları) 700 bal torlaması da ürəkaçandır. Orta balı 250-dən yuxarı olan məktəblərin  sayı son iki ildə 72-dən 160-a, orta balı 300-dən yuxarı olan məktəblərin  sayı isə 17-dən 49-a yüksəlmişdir.

Son iki il ərzində Bakı şəhəri məzunlarının  orta bal göstəriciləri də xeyli yaxşılaşmışdır. Bu rəqəm  2006-cı ildə 232 olmuşdursa, 2008-ci ildə isə artaraq 267 olmuşdur. Bu onu göstərir ki, Bakı şəhərində yeni idarəetmə və qiymətləndirmə sistemi  təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kifayət qədər müsbət təsir göstərmişdir.

- Nörmətli qurultay nümayəndələri!

Məktəbin fəaliyyətini şərtləndirən, bilavasitə təhsilin keyfiyyətinə təsir edən amillərdən biri müəllim əməyinin stimullaşdırılması, qabaqcıl təcrübənin öyrənilərək yayılmasıdır. Azərbaycan Resrublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində iştirak edən müəllimlərimizin və məktəblərimizin nəticələri ürəkaçan olmuşdur. Sevindirici haldır ki, resrublikanın 100 ən yaxşı müəllimindən 42-si, 50 ən yaxşı ümumtəhsil məktəbindən 14-ü Bakı şəhərinin rayına düşür.

- Nörmətli qurultay nümayəndələri!

Xüsusi istedada malik uşaqların aşkara çıxarılması və inkişaf etdirilməsi də məktəblərimizin başlıca fəaliyyət istiqamətlərindən biridir. Belə ki, 2006-cı ildə fənn olimriadalarının resrublika turunda  qalib şagirdlərimizin sayı 48 nəfər olduğu halda, 2008-ci ildə bu rəqəm 92-yə çatmışdır. Lakin təəssüf ki, bu istedadlı şagirdlərə  heç bir üstünlük verilmir. Ona görə də təklif edirəm ki, ali məktəblərə qəbul zamanı olimriadalarda yüksək yer tutmuş şagirdlərə üstünlük verilsin və həmin gənclərin sonrakı inkişafı nəzarətdə saxlanılsın. 

- Nörmətli qurultay nümayəndələri!

Bu il ilk dəfə ümumtəhsil məktəblərinin I siniflərində Milli Kurrikulumun tətbiqinə başlanmışdır. Bu məqsədlə I siniflərdə dərs deyən 2030 müəllim müvafiq treninqlərdən keçirilmişdir.

- Nörmətli qurultay nümayəndələri!

İndi bütün məktəblərimiz dərsliklərlə təmin olunub. Bu, böyük nailiyyətdir. Lakin müəllimlərin metodik vəsaitlərə olan ehtiyacı tam   ödənməyib. Ona görə də dərslik yaradıcılığı ilə yanaşı, hər bir fənnə aid metodik ədəbiyyatın da kütləvi  nəşrini rlanlaşdırmaq yaxşı olar. çünki müəllimlərin heç də hamısı yeni təlim texnologiyaları ilə ya tanış deyil, ya da lazımi vəsaiti əldə edə bilmir.

Təhsilin keyfiyyətinə ciddi şəkildə təsir edən amillərdən biri də mövcud fənn kabinetləri və laboratoriyaların mənəvi cəhətdən aşınması, avadanlıqların müasir tələblərə cavab verməməsidir. Ona görə də yaxşı təcrübə olan, dərslərdə əyaniliyin təmin edilməsində əvəzsiz əhəmiyyətə malik kabinet üsulundan zəif istifadə olunması  bizi ciddi şəkildə düşündürür.

- Nörmətli qurultay nümayəndələri!

İcbari ümumi orta təhsilin həyata keçirilməsi üçün yeni texnologiyanın imkanlarından səmərəli istifadə etməklə mərkəzləşdirilmiş məlumat mərkəzi yaradılmalıdır. Eyni rroqramlardan kadr məsələlərinin idarə edilməsində də istifadə etmək mümkündür.

- Nörmətli qurultay nümayəndələri!

Məktəbəqədər təhsil rilləsinin təhsilin və tərbiyənin əsasında duran özül olduğunu nəzərə alaraq bu sahəyə diqqət bir qədər də artırılmışdır. Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ərzaqla təminat sahəsində işin düzgün qurulması təhsilin bu rilləsinin də inkişafına təkan vermişdir. Dövlət başçısı tərəfindən təsdiq olunmuş rroqrama uyğun olaraq müasir tələblərə cavab verən 11 uşaq bağçası tikilib istifadəyə verilmiş, 21 uşaq bağçasında əsaslı təmir işləri ararılmışdır.

Məktəbəqədər təhsilin yeniləşdirilməsi rroqramının  həyata keçirilməsi üzrə tədbirlər rlanına uyğun olaraq 5 yaşlı uşaqların icbari təhsilə cəlb olunması istiqamətində də müəyyən işlər görülmüşdür.

Hazırda I sinfə gedənlərin 25 %-i uşaq bağçalarından gəlir. Təcrübə göstərir ki, bağçadan məktəbə gedən uşaqlar daha müvəffəqiyyətlə  oxuyurlar. Arardığımız təhlillər zamanı aydın olmuşdur ki, uşaqların bağça təliminə cəlb edilməsini şərtləndirən üç başlıca amil var. Bunun üçün lazımi şərait, yaxşı qidalanma və reşəkar kadrların olması vacibdir. Bu məsələ komrleks şəkildə həllini tardıqdan sonra məktəbəqədər təhsildə əsaslı dəyişiklik baş verəcəkdir. Təhsil nazirimiz hörmətli Misir müəllimin məruzəsində  həmin məsələyə geniş şəkildə toxunuldu. Biz inanırıq ki, bu məsələnin həlli üçün ciddi zəmin yaranmışdır və yaxın zamanda öz həllini taracaqdır.

- Nörmətli qurultay nümayəndələri!

Təhsil müəssisələrində tərbiyə işi sahəsində də müəyyən işlər görülmüşdür. ötən dərs ilində keçirilmiş müsabiqələr, idman yarışları yüksək nəticələrlə yadda qalmışdır. Təhsil İşçiləri Azad Nəmkarlar İttifaqı Resrublika Komitəsi ilə birlikdə ümummilli lider Neydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş "Biz Neydər Əliyev irsini öyrənirik" mövzusunda keçirilən müsabiqədə 120 min şagird, 15 min nəfər müəllim iştirak etmişdir.

- Nörmətli qurultay nümayəndələri!

Təhsil sistemində özünəməxsus yeri olan məktəbdənkənar təhsil sahəsində də müəyyən uğurlar qazanılmışdır. Şagirdlərimizdən 1 nəfəri şahmat üzrə Avrora çemrionatında I yeri tutmuş, 2 nəfəri isə dünya olimriadasına vəsiqə qazanmışdır.

Lakin təhsilin bu sahəsində hələ də ciddi rroblemlər qalmaqda davam edir. Bizi ən çox narahat edən təhsil müəssisələrinin maddi-texniki bazasının zəif olması, bu sahədə ixtisaslı kadrların çatışmamasıdır. Məktəblərin komrüterləşdirilməsi başa çatdırılsa da, məktəbdənkənar müəssisələrin İKT ilə təminatı çox zəifdir.

Təhlillər göstərmişdir ki, bir rayonda eyni rrofilli bir neçə məktəbdənkənar təhsil müəssisəsinin və həmin müəssisələrdə heç bir əhəmiyyəti olmayan dərnək və bölmələrin saxlanması faydasızdır. Ona görə də biz həmin bölmə və dərnəklərin daha əhəmiyyətli və tələb olanlarla əvəz edilməsinə başlamışıq. Amma yaxşı olardı ki, hər bir rayonda  mövcud baza əsasında çoxrrofilli tərbiyə mərkəzi yaradılsın. Bu sahənin gələcək inkişafını təmin etmək üçün xüsusi Dövlət rroqramının qəbuluna da ehtiyac var. İnanırıq ki, bu sahəyə xüsusi diqqət yetiriləcək və məktəbdənkənar təhsili müasir tələblər səviyyəsində inkişaf etdirmək mümkün olacaqdır.

üeri gəlmişkən bir məsələni də qeyd edim. üeni dərs ili ərəfəsində idarəmiz yenidən qurulmuş inzibati binaya köçmüşdür. Burada yaradılan iş şəraiti möhtərəm Prezidentimizin təhsilə və təhsil işçilərinə qayğısının ən gözəl nümunəsidir. Bu şəraitin yaradılmasına görə biz dövlətimizin başçısına  dərin minnətdarlığımızı bildiririk. ümidvarıq ki, Təhsil Nazirliyi ötən illərdə olduğu kimi, yeni dərs ilində də rroblemlərimizin həllinə yaxından kömək göstərəcək, diqqət və qayğısını əsirgəməyəcək.

- Nörmətli qurultay nümayəndələri!

Təhsil naziri hörmətli Misir müəllimin hesabat məruzəsində resrublikanın təhsil sistemindəki mövcud vəziyyət geniş şəkildə təhlil edildi və qarşımızda çox ciddi vəzifələr qoyuldu. Biz növbəti illərdə həmin vəzifələrin həyata keçirilməsinə səy göstərməliyik.

- Nörmətli  qurultay iştirakçıları!           

Bu il həm də rrezident seçkiləri ilidir. Paytaxtın redaqoyi ictimaiyyəti təhsilin qayğısına qalan, Azərbaycanın işıqlı gələcəyi uğrunda ardıcıl mübarizə araran namizədə səs verəcək. Bu namizəd isə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən möhtərəm cənab İlham Əliyevdir! 

Diqqətinizə görə minnətdaram!

 

 

Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, əməkdar müəllim Nurlana Əliyevanın çıxışı

- Hörmətli qurultay nümayəndələri, hörmətli həmkarlarım, xanımlar və cənablar!

Azərbaycan müəlliminin bugünkü ali məclisi cəmiyyətimizdə və təhsilimizdə çox mühüm proseslərin getdiyi bir vaxta təsadüf edir. ölkədə təhsil islahatları və bununla bağlı diskussiyalar davam edir. ölkə Prezidentinin birbaşa himayəsi ilə mədəni dəyərlərə, elmə, maarifə və təhsilə misli görünməmiş qayğı və maddi yardım göstərilir.

Təhsil ocaqlarının siması, maddi təchizatı gözümüzün önündə təzələnir, zənginləşir və müasirləşir. Bir vətəndaş - müəllim kimi bunlardan fərəh və qürur hissləri duymamaq mümkün deyil.

ölkəmizdə təhsil və məktəb quruculuğuna kömək edən fəal qüvvə də var: bu, ölkənin birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevadır. O, Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan məktəbinin problemlərinin həllində yaxından iştirak edir. Fondun xətti ilə həyata keçirilən işlər sırasında mən miqyası görünməmiş məktəb quruculuğu layihəsini ən mühüm hesab edirəm. Cəmiyyətdə böyüyən nəslə məktəb qədər heç nə vacib sayıla bilməz. Bundan başqa, xalq içində olan biz müəllimlər Mehriban xanımın yaratdığı böyük xeyriyyəçilik hərəkatının respublikanın bütün pedaqoji mühitində necə sağlam ənənəyə çevrildiyinin şahidiyik.

Azərbaycan təhsili Prezidentimizin gündəlik qayğısı ilə inkişaf edir. Belə dövlət qayğısı bizim çiyinlərimizə tarixi bir vəzifə qoyub: təhsilin səviyyəsini yüksəltmək və qısa bir dövrdə qabaqcıl ölkələr səviyyəsinə çatdırmaq. 

Dünyanın müxtəlif ölkələrində mövcud olan təhsil ocaqlarının şöhrətini yaradan, bu şöhrəti zaman-zaman qoruyanlar müəllimlərdir. Ona görə də müasir dövrümüzdə müəllimin gördüyü işin mahiyyətini dərk etməsi olduqca zəruri məsələdir. Bu gün yaxşı müəllim şagirdə hazır mühakimə əzbərlətməkdənsə, ona mühakimə etməyi öyrətməlidir. Yaxşı məktəb yüksək ixtisaslı mütəxəssis yetirməklə yanaşı, millətini, xalqını, torpağını sevən sədaqətli şəxsiyyət və vətəndaş yetişdirməlidir.

Ustad müəllim heç də fizikadan, kimyadan, tarixdən, ədəbiyyatdan və s. dərin bilik verən müəllim deyildir, o, ilk növbədə, həmin biliyin, bacarığın və vərdişin insanlığa xidmət edəcəyinə təminat verməyi bacarmalı, cəmiyyəti sabah idarə edəcək insanların mənəvi bütövlüyü, əqli yetkinliyi, əxlaqi kamilliyi naminə cavabdehlik daşımalıdır.

- Hörmətli həmkarlar!

İnsanın bütün sonrakı inkişafı məhz ibtidai təhsil pilləsində aldığı təhsildən, tərbiyədən çox asılıdır. İbtidai sinif müəllimi deyərkən zahiri görkəmindən başlayıb daxili bütövlüyünədək elmi, mənəviyyatı, qəlbi, bütün varlığı ilə kamillik zirvəsinə qalxan, ağlını, zəkasını gənc nəslin tərəqqisi naminə şam kimi əridən insanı düşünürük. Biz bugünkü ağlımız, zəkamız, biliyimiz, səviyyəmiz, tərəqqimiz və inkişafımız üçün hər kəsdən əvvəl ilk müəllimə borcluyuq. çünki təlim-tərbiyə vermək, mənəviyyatlı, əxlaqlı insanlar yetişdirmək baxımından ilk müəllim həmişə cəmiyyətin aparıcı qüvvəsi, şah damarı olmuşdur.

Təhsilimizin təməlini, bünövrəsini qoyan ibtidai sinif müəllimləri yetişdirmək, həm də əsl vətəndaşlar, kamil insanlar kimi yetişdirmək təhsilimizin qarşısında duran vəzifələrin başlanğıcıdır. çünki insanın bir vətəndaş, mütəxəssis, vətənpərvər kimi bütün sonrakı inkişafının özülü məhz ibtidai siniflərdə qoyulur. İbtidai sinif müəllimi özünü şagirdlərinin biliyinə, bacarığına həsr edəndə yuxarı siniflərdə də gənclərin uğurları yüksək olur. Təkcə bir sinfin, məktəbin uğurlarında deyil, bütün cəmiyyətin tərəqqisində, inkişafında ibtidai sinif müəllimlərinin rolu danılmazdır.

 Ona görə də lap başlanğıcdan müəllim kadrların seçim mexanizmində təkmilləşmə aparmaq, abituriyentin fiziki cəhətdən tənasüblüyünə, nitqinə, tələffüzünə, hüsn-xəttinə xüsusi diqqətlə qiymət vermək zərurəti duyulur.

Bu gün Azərbaycan məktəbi üçün müəllim kadrları ali və orta ixtisas təhsili pilləsində hazırlanır. Orta ixtisas təhsili pilləsinin mövcudluğu milli təhsil sisteminin nüfuzunun yüksəlməsindən və intellektual potensialının formalaşmasında mühüm rol oynayır. Bu pillə kifayət qədər kütləvi ixtisas təhsili kimi vətəndaşların təhsil və mədəni səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsi olub, bir biri ilə bağlı iki əsas məsələni  gənclərin müxtəlif peşələrə yiyələnməsini və eyni zamanda onların icbari təhsil almalarını həll edir. Hazırda orta ixtisas təhsili müəssisələrinin sayının kifayət qədər olması, onların ölkə ərazisi üzrə bərabər paylanması, bu təhsil pilləsində mütəxəssis hazırlığının nisbətən az müddət və az vəsait tələb etməsi ölkə iqtisadiyyatının və sosial sferanın tələbatına uyğun orta ixtisaslı kadrların hazırlanmasına kifayət qədər geniş imkan yaradır.

İqtisadiyyatımızın müxtəlif sahələrində, o cümlədən sosial sahədə 700 min nəfərə yaxın orta peşə ixtisas təhsilli mütəxəssis çalışır ki, bu da əhalinin təxminən 21,8%-ni təşkil edir və  bu təhsillə ölkənin əmək qabiliyyətli əhalisinin 22,9%-i əhatə olunmuşdur.

Bu gün təhsildə islahatlar apararkən hər şey bu islahatların məqsədindən çıxış etməlidir. Bizim məqsədimiz nədir? Məncə, iki əsas məqsədə diqqət yetirilməlidir: birincisi, orta ixtisas təhsilinin keyfiyyətini artırıb onu zamanın tələbləri səviyyəsinə qaldırmaq. İkincisi isə, bizim dünyaya texniki inteqrasiyamızın tələblərinə cavab verən kadrlar hazırlamaq.

Texniki tərəqqi insanların və cəmiyyətlərin şəxsi və istehsalat fəaliyyətini intensivləşdirir, vaxt defisiti zamanın kəskin problemlərindən birinə çevrilir. Ona görə də orta ixtisas təhsilinin əhəmiyyəti cəmiyyətdə get-gedə daha dərindən hiss olunacaqdır. Bu gün ölkədə neft sənayesi, iri və kiçik sahibkarlıq, kənd təsərrüfatı, səhiyyə inkişaf edirsə, əhalinin artım tempi güclənirsə, məktəblərin sayı günbəgün artırsa, orta ixtisaslı mütəxəssislərin çatışmazlığını xarici ölkələrdən gələn sahibkarlar və investorlar belə hiss edirlərsə, biz bu təhsil pilləsində hazırlanan kadrların qəbul planını nə üçün ildən-ilə azaldırıq ?  Bütün sahələrdə, xüsusən təhsildə atılan hər bir addımda məntiq və həqiqət olmalıdır. Bu gün respublikada elmi yönümlü istehsalatların inkişafının orta ixtisaslı mütəxəssislərə xüsusi ehtiyac doğurmağı bir reallıqdır.

Hələ XIX əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf edəndə müasir təhsil sistemimiz məhz peşəyönümlü ixtisasları öyrətmək hədəfi ilə formalaşmışdır. Sonralar mədəni inqilab və savadsızlığın ləğvi prosesində orta ixtisas təhsili sistemi genişləndi, mədəni inqilab və maarifçilik hədəflərinin həyata keçirilməsinin əsas kadr bazası oldu. Sovet vaxtı yetişən böyük ziyalı, alim və yazıçılarımızın demək olar ki, hamısı texnikumların tələbəsi olmuşdu. Müasir dövrdə də dünya şöhrətli Heydər Əliyev də vaxtilə pedaqoji təmayüllü texnikumda təhsil almışdı. Azərbaycanın pedaqoji təmayüllü orta ixtisas məktəbləri bu ənənələri,  ilk növbədə, öz maarifçilik missiyasını davam etdirir. Maarif tariximizin bir sıra şərəfli səhifələri bu təhsil ocaqlarının adı ilə bağlıdır. Bu günün özündə də ucqar ərazilərdəki məktəblərimizin fəaliyyətini qurub davam etdirməkdə orta ixtisaslı pedaqoji kadrlarımız əsas rol oynayırlar. Pedaqoji təhsil digər sahələr üçün də fundamental zəmin yaradır və gələcəkdə də belə olacaqdır.

Ali və orta ixtisas təhsilində hazırlanan müəllim kadrlarını müqayisə edib üstünlüyü ali məktəbə verənlər unudurlar ki, hər iki bazada kadrlar dövlət standartlarına uyğun təsdiq edilmiş tədris planları əsasında hazırlanırlar. Fərq ali məktəbi bitirənlərin sonrakı mərhələdə elmi tədqiqatla, araşdırmalarla, nəzəri məsələlərlə məşğul ola bilmələrindədir. Orta ixtisas təhsilini bitirənlər isə 4 il müddətində öz peşələrinin incəliklərinə yiyələnərək yalnız müəllim kimi fəaliyyət göstərirlər.

- Hörmətli qurultay iştirakçıları!

İrəlidə xalqımızın, Vətənimizin həyatında çox mühüm bir hadisə olacaq - növbəti prezident seçkiləri keçiriləcəkdir. Bütün ölkəmizdə və təhsilimizdə gedən böyük quruculuq işlərinin davamı üçün, övladlarımızın gözəl, əmin-aman bir cəmiyyətdə yaşamaları naminə bizim müəllimlər ordusu yeganə layiqli namizədin -  Azərbaycan məktəbinin və təhsilinin qüdrətli hamisi İlham Əliyevin ətrafında birləşəcəkdir!

 

 

Bakı şəhəri 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman  Məktəbinin  direktoru Elçin Mehdizadənin çıxışı

- Hörmətli qurultay iştirakçıları!

Azərbaycanın təhsil tarixində mühüm hadisə olan müəllimlərin XIII qurultayında hamınızı salamlayır, təhsilimizin inkişafı sahəsində sizə yeni-yeni nailiyyətlər arzu edirəm.

Bildiyiniz kimi, məktəbdənkənar müəssisələr təhsil sisteminin tərkib hissəsi olub, uşaq, yeniyetmə və gənclərin mənəvi və fiziki inkişafının, onların müxtəlif yaradıcılıq tələbatının  təmin olunmasında mühüm rol oynayır.

Məktəbdənkənar müəssisələrdə aparılan işlərin əsas məqsədi tariximizi, soykökümüzü, mədəniyyət, ədəbiyyat və incəsənətimizi gənc nəslə öyrətmək, Vətənimizin flora və faunası haqqında onlara biliklər vermək, tarixi abidələrimizi qorumaq, Vətənə məhəbbət hissi aşılamaqdır.

Müstəqil Azərbaycanın taleyüklü məsələlərinin həllində müstəsna rolu olan ölkəmizin Prezidenti möhtərəm cənab İlham Əliyev Azərbaycan təhsilinin, idmanının inkişafına, Azərbaycan gəncliyinin sabahına xüsusi diqqət yetirir.  Məhz bu diqqətin nəticəsidir ki, son 5 ildə idman məktəblərinin yetirmələri respublika, Avropa, dünya birincilik və çempionatlarında, Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edərək, yüksək nəticələr əldə etmişlər.  İdmançılarımız  1410 qızıl, 1055 gümüş, 5906 bürünc, ümumilikdə 8371 medal  qazanmışlar. Fəxr hissi ilə qeyd edək ki, FİDE-nin təsdiq etdiyi dünyanın 10 ən güclü şahmatçısı sırasında Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun adları da vardır. Bu, Azərbaycan şahmat məktəbinin böyük nailiyyətidir.

Bu sahədə  işlərin daha səmərəli həyata keçirilməsi məqsədilə şahmatın inkişaf  proqramı hazırlanaraq təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmiş, Təhsil Nazirliyi sistemində olan Uşaq-Gənclər İdman Məktəblərinin İnkişaf Proqramının layihəsi hazırlanmış, digər sahələr üzrə müvafiq proqramların hazırlanması üzərində iş gedir. 

Futbolun inkişafına dair Dövlət  Proqramının icrası istiqamətində mühüm işlər görülür. Dövlət Proqramından irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə mütəmadi olaraq yeniyetmə və gənclər arasında yarış və çempionatlar keçirilir. 2008-ci ildə ilk dəfə olaraq universitet tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının  85-ci ildönümünə həsr olunmuş I Respublika çempionatı keçirilmişdir.

Məktəbdənkənar təhsil sahəsində müəyyən işlərin görülməsinə baxmayaraq, problemlər daha çoxdur. Hörmətli nazirimizin hesabat  məruzəsində  məktəbdənkənar müəssisələrdə olan problemlərə ətraflı toxunuldu. 

Həmin problemlərin həlli üçün məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsi və profili optimallaşdırılmalı və normativ-hüquqi baza təkmilləşdirilməlidir. Metodik təminat sahəsində əsaslı tədbirlərin həyata keşirilməsi, məktəbdənkənar təhsil üzrə müasir tələblərə cavab verən yeni tədris plan və proqramların işlənməsi, müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, məktəblərlə əlaqələrin gücləndirilməsi, kadrlarla təminat üzrə yeni mexanizmin hazırlanması və tətbiqi qarşıda duran əsas vəzifələrdəndir.

Belə ki, direktor olduğum idman məktəbində Təhsil Nazirliyi tərəfindən  2007-ci ildə əsaslı tikinti-təmir işləri aparılmış, məktəbin tədris-texniki bazası təzələnmişdir. Əvvəllər  300-350 uşaq yararsız vəziyyətdə olan zallarda məşğul olurdusa, indi müasir tələblərə cavab verən zallarda məşğul olanların sayı 500-ü ötmüşdür.  Bu bir daha təsdiq edir ki, müəssisələrin əsaslı təmiri və avadanlıqlarla təmini işin keyfiyyətinə təsir edən böyük amillərdən biridir.

Qeyd edək ki, məktəbdənkənar müəssisələr  bir çox hallarda diqqətdən kənarda qalır. Bu  heç də həmin müəssisələrin diqqətdənkənar müəssisələr olması demək deyildir. Əgər biz övladlarımızı zərərli vərdişlərdən çəkindirmək, onları layiqli vətəndaş kimi yetişdirmək istəyiriksə, məktəbdənkənar müəssisələrə diqqət kökündən dəyişdirilməli, onlar üçün təyinatlarına uyğun binalar tikilməli və normal fəaliyyətləri təmin olunmalıdır. 

- Hörmətli qurultay iştirakçıları!

Qarşıdan prezident seçkiləri gəlir. Biz,

 məktəbdənkənar təhsil işçiləri ölkəmizin ictimai-siyasi həyatında bundan sonra da daha fəal və obyektiv mövqe tutaraq prezident seçkilərində möhtərəm cənab İlham Əliyev kursunu dəstəkləyirik və ona  səs verəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

 

 

Bakı şəhəri 18 nömrəli məktəbin Valideyn-Müəllim Assosiasiyasının sədri Azər Hətəmovun çıxışı

- Nörmətli qurultay iştirakçıları, xanımlar və cənablar!

çoxsaylı valideynlər adından sizi salamlayır, təhsilimizin inkişafında mühüm hadisə olan Azərbaycan müəllimlərinin qurultayına uğurlar arzulayıram.

Hesab edirəm ki, hörmətli nazirimizin hesabat məruzəsi mənim və bütün valideynlərin ürəyindən oldu. Məruzədə təhsilin inkişafı sahəsində çoxsaylı nailiyyətlər diqqətə çatdırılmaqla yanaşı, hazırda problem olan  valideyn-məktəb münasibətlərinə də toxunuldu. Haqlı olaraq qeyd edildi ki, məktəbin fəaliyyətinin təşkili, idarəolunması prosesinə valideynlərin daha fəal cəlb olunması, bu sahədə valideyn birlikləri, valideyn-müəllim assosiasiyalarının fəaliyyətinin yeni mexanizmlər əsasında təşkili ümumilikdə təhsilin keyfiyyət səviyyəsinin yüksəlməsinə təkan verərdi.

- Hörmətli qurultay nümayəndələri!

Etiraf etmək lazımdır ki, ümumtəhsil məktəblərindəki mövcud valideyn komitələri formal fəaliyyət göstərir və məktəbin həyatında onların iştirakı hiss olunmur. Fikrimcə, belə formal qurumlardan imtina etməyin, məktəb valideyn əlaqələrinin daha effektiv qurulmasını təmin edəcək yeni qurumların yaradılmasına çoxdan zəruri ehtiyac yaranıb.

Bu istiqamətdə artıq bir sıra addımlar atılmış, beynəlxalq təcrübə öyrənilərək Təhsil Nazirliyi və YUNİSEF-in birgə səyləri nəticəsində 2003-cü ildə Resrublika Milli Valideyn-Müəllim Assosiasiyası təsis edilmişdir. Təmsil etdiyim 18 nömrəli məktəb də daxil olmaqla Bakı şəhəri və resrublikanın bir sıra rayonlarının ümumtəhsil məktəblərində VMA-lar yaradılmışdır. Valideynlərin və ictimaiyyətin məktəbin həyatında rolunun artırılması, mövcud valideyn - məktəb, valideyn - müəllim münasibətlərinin yeni yanaşmaya əsasən qurulması, valideynlərin məktəbin fəaliyyətində, idarəolunmasında geniş iştirakının təmin olunması bu assosiasiyaların əsas vəzifələri kimi müəyyənləşdirilmişdir.

ötən müddət ərzində bu vəzifələrin həyata keçirilməsi istiqamətində müəyyən addımlar atılmışdır. Əlbəttə, hələlik arzuolunan nəticələr əldə olunmasa da, görülmüş işlər öz səmərəsini vermiş, məktəblərin bir çox rroblemləri öz həllini tarmışdır. Düşünürəm ki, assosiasiyaların əhatə dairəsini daha da genişləndirməklə, valideyn birlikləri ilə, içtimai qurumlarla effektiv əlaqələrin qurulması və fəaliyyət mexanizmlərinin tətbiqi ümumilikdə məktəblərdə idarəetmənin və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxarardı.

Lakin Valideyn-Müəllim Assosiasiyalarının təsis edilməsi də bu sahədə problemləri tam aradan qaldırmamışdır. İnkişaf etmiş ölkələrdə valideynlər inkişafyönümlü layihələrin hazırlanıb həyata keçirilməsində, əlavə maliyyə vəsaitlərinin cəlbində, hətta məzmunla bağlı dəyişikliklərin aparılmasında çox fəal iştirak edirlər. Hesab edirəm ki, növbəti illərdə valideyn-məktəb münasibətlərinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi qarşımızda duran əsas vəzifə olmalıdır.

Eyni zamanda islahat aparılan bir sıra məktəblərdə yenidən təşkil edilmiş məktəb şuraları da məktəbin fəaliyyətinə, idarəolunmasına və qərar qəbul edilməsinə müsbət təsir göstərmişdir. Düşünürəm ki, məktəblərin maliyyə müstəqilliyi ilə yanaşı, bu təcrübə digər məktəblərdə də tətbiq olunmalıdır.

- Hörmətli müəllimlər!

Bunlarla yanaşı, biz valideynləri narahat edən problemlər də vardır. Belə ki, bəzi hallarda məktəb rəhbərləri valideynlərin daha fəal cəlb olunmasına təşəbbüs göstərmək, belə qurumların yaradılmasına dəstək olmaq  əvəzinə, öz rəhbərlik iddialarını saxlamaq naminə bu məsələlərin həllinə müəyyən maneçilik yaratmağa çalışırlar. Açıq demək istəyirəm, bir çox hallarda valideynlər məktəblə bağlı narazılıqlarını söyləməkdən çəkinir, bunun müqabilində övladlarına qarşı təzyiqlərdən ehtiyatlanırlar. Təəssüf ki, belə faktlar bu gün də mövcuddur.

Təklif edərdim ki, məktəb direktoru təyin edilərkən valideynlərin, valideyn birliklərinin rəyi soruşulmalıdır. Sirr deyil ki, məktəbin nə dərəcədə uğurlu idarəolunmasının, təhsilin keyfiyyət səviyyəsinin qiymətini, ilk növbədə, valideynlər verməlidir.

Bu gün məktəblərdə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılır. Valideynlərin fikrini ifadə edərək demək istərdim ki, biz imtahanların daha obyektiv keçirilməsinə, subyektivlik hallarının minimuma endirilməsinə yönəlmiş belə imtahan formasını alqışlayırıq. Hesab edirəm ki, bu imtahanların təşkili və keçirilməsində valideyn birliklərinin imkanlarından da istifadə etmək faydalı olardı.

Tədqiqatlar göstərir ki, təhsilin keyfiyyətinə təsir edən amillər sırasında ailə başlıca rol oynayır. Keyfiyyətin təmin olunmasını isə hamı Təhsil Nazirliyindən gözləyir. Fikrimcə, bu yanaşmanı aradan qaldırmağın vaxtı gəlib çatmışdır. Keyfiyyətli təhsil əgər təhsil müəssisələrinin vəzifəsidirsə, dünyada olduğu kimi, valideynlərin, ictimaiyyətin vətəndaşlıq borcudur.

- Nörmətli qurultay iştirakçıları!

Bildiyimiz kimi, insanın formalaşmasında, müstəqil həyata hazırlanmasında təhsilin müstəsna rolu vardır. Sözsüz ki, dövlətin, cəmiyyətin və ailənin maraqlarına uyğun olaraq zəruri biliklərə, həyati bacarıqlara yiyələnən, müasir dövrün tələblərinə cavab verən rəqabətqabiliyyətli şəxsiyyətin yetişdirilməsi sahəsində məktəbin üzərinə böyük vəzifələr düşür. Fikrimcə, bu vəzifələrin layiqincə yerinə yetirilməsi dövlət qurumları ilə yanaşı, ictimaiyyətin, valideynlərin bu məsələyə münasibətində də özünü göstərməlidir. İnanırıq ki, hesabat məruzəsində də deyildiyi kimi, resrublikamızda da ən yaxın gələcəkdə valideynlər məktəbə yalnız fərdi qayğı və rroblemlərlə əlaqədar deyil, daha çox təhsilin inkişafı, keyfiyyətin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, əlverişli təlim mühitinin yaradılması, təhsil prosesinə reşəkar müəllimlərin cəlb olunması kimi məsələlərlə bağlı müraciət edəcəklər və bu məsələlərin həllində məktəblə sıx əməkdaşlıq şəraitində daha fəallıq göstərəcəklər.

Diqqətinizə görə təşəkkür edirəm.   

 

 

Bakı Avropa Liseyinin müəllimi Xumar Əhmədbəylinin çıxışı

- Nörmətli qurultay iştirakçıları!

Müəllimlərin XIII qurultayının bütün iştirakçılarını salamlayır və bu əlamətdar hadisə münasibətilə sizləri təbrik edirəm!

Nörmətli nazir öz çıxışında çox aktual bir məsələyə toxundu. Qeyd etdi ki,   övladını məktəbə gətirən valideyn onun mükəmməl təhsil almasına və layiqli vətəndaş kimi formalaşmasına böyük ümidlər bəsləyir. Bu mənada valideyn üçün "Nansı müəllim övladıma dərs deməlidir", şagird üçün isə "Mən hansı müəllimdən dərs almaq istərdim" sualları bütün dövrlərdə aktualdır. çünki zaman dəyişdikcə müəllim də öz missiyasını dəyişir. Burada yenə bir sual yaranır: müasir müəllim hansı keyfiyyətlərə malik olmalıdır? Məsələn, 10-15 il bündan əvvəl İKT ilə işləmə bacarığı heç də müəllimin "səriştə" siyahısına daxil deyildi, lakin indi bu bacarıq ön plandadır.

Təmsil etdiyim Bakı Avrora Liseyinə 1996-cı ildə biologiya müəllimi kimi gəlmişəm. Məlumdur ki, bu fənni şagirdlərə sevdirmək heç də asan deyil. İlk əvvəl, pedaqoyi təcrübəm az olduğuna görə "Bunu necə etmək olar" sualı məni daim düşündürürdü. Zaman keçdi, mən biologiya ilə raralel olaraq ən müasir rroqramlardan biri olan Fənlərarası Təlim (FAT) rroqramını da tədris etməyə başladım. FAT rroqramının tədrisi biologiya fənninin tədrisinə baxışlarımı tamamilə dəyişdi, fəal təlim metodları fəaliyyətimin əsas istiqamətinə çevrildi.

Fənlərarası təlimin əsas məqsədi istedadlı uşaqların yaradıcı rotensialının və intellektual səviyyəsinin inkişafını təmin edəcək təlim şəraitinin yaradılmasıdır. Bu sistemdə şagirdlər hər hansı bir rroblemin həllinə müəllimin istiqaməti ilə daha fəal cəlb olunur, nəticədə isə onlarda yaradıcılıq, tədqiqatçılıq, tətbiq, əməkdaşlıq, ünsiyyət bacarıqları formalaşır. 

FAT mənə müasir şagirdə nələrin daha çox lazım olduğunu əyani şəkildə göstərdi. Təsadüfi deyil ki, hazırda kurrikulumların əsasını şəxsiyyətyönümlü təlim təşkil edir. ötən əsrin 90-cı illərinin ortalarından liseyimizdə tətbiq olunan FAT rroqramı bütünlüklə məhz şəxsiyyətyönümlü təlimi əks etdirən redaqoyi əməkdaşlıq rrinsiri üzərində qurulmuşdur.

Hörmətli nazirimizin fikrinə əsasən, əminliklə vurğulamaq istərdim ki, bu günün məktəbi və müəllimi şagirdlərə yalnız zəruri biliklər verməklə bərabər, "öyrənməyi öyrənmək" bacarığını formalaşdırmaqdır. İlk növbədə, müasir müəllim yaxşı bilməlidir ki, onun özü və dərslik yeganə informasiya mənbəyi deyil. Bugünkü informasiya bolluğunda lazımi məlumatları taran, müxtəlif mənbələrdən istifadə edə bilən şagird daim düşünür və düşünməklə yeni-yeni məlumatlar tapmağa istiqamətlənir. Şagirdin şəxsi təcrübəsi və maraqları da məlumat mənbələrindən biri olmalıdır və bu, bələdçi vəzifəsini yerinə yetirən müəllim və tədqiqatçı şagird üçün olduqca vacib amildir.

İnformasiya axtarışı onun mexaniki şəkildə torlanması demək deyil. Şagirdə bu informasiyanı təhlil etmək, ondan məqsədli şəkildə istifadə etməyi öyrətmək lazımdır. Şagird faktları müqayisə etməyi, onları qiymətləndirməyi, təsnifat ararmağı bacarmalıdır. Təlimin bu xüsusiyyəti Disterveqin "Nəqiqəti  adi müəllim təqdim edir, əsl müəllim isə tarmağı öyrədir" aforizmində çox obrazlı şəkildə ifadə olunmuşdur.

Ən vacib məsələlərdən biri də hörmətli nazirimizin qeyd etdiyi kimi, şagirdlərdə tətbiq bacarıqlarının formalaşdırılmasıdır. "Müasir müəllim necə olmalıdır" sualı ilə şagirdlərimə müraciət edərkən onlardan biri belə cavab verdi: "Mənə elə gəlir ki, müəllim o zaman müasir ola bilər ki, o, şagirdə təkcə fənni üzrə biliklər verməməli, onun həyata baxışını elə formalaşdırmalıdır ki, məktəbi qurtararkən o, asanlıqla həyata uyğunlaşa bilsin". üəni bu gün məktəb uşağa nəzəri biliklər verərkən onları təcrübədə tətbiq etməyi öyrətməli və beləliklə, uşağı həyata hazırlamalıdır.

- Nörmətli həmkarlar!

Müasir dövrdə İKT-nin rolu, əlbəttə ki, danılmazdır. Elə bir vaxt gəlib çatmışdır ki, hazırda şagird müəllimindən daha effektiv şəkildə müasir texnologiyalara yiyələnmiş olur. Ona görə də müəllim zamanın tələbi ilə ayaqlaşmağı bacarmalıdır. Belə olan halda şagirdlər müəllimi özlərinə bərabər həmfikir hesab edirlər. Müəllim-şagird əməkdaşlığı da həmin andan başlanır. Şəxsən mən yeri gələndə şagirdlərdən də çox şey öyrənirəm, onların sərbəst düşüncələrini, bu düşüncələr əsasında əldə etdikləri maraqlı, qeyri-adi fikirlərini, ifadələrini eşidərkən yaxşı mənada təəccüblənir və sevinirəm.  

Sonralar Təhsil Nazirliyinin UNİSEF-lə birgə "Fəal təlim və məktəb rəhbərliyi" rroqramı üzrə  fəaliyyətimdə digər müəllimlərə fəal təlim üzrə nəzəri bilikləri deyil, öz şəxsi təcrübəmdə əldə etdiyim bilikləri çatdırmağa çalışdım. Diqqətəlayiq haldır ki, Bakı Avropa Liseyində fəal təlim üzrə müvafiq bacarıqlara malik "öyrədənlər" komandası formalaşmışdır, sevinirəm ki, mən də həmin komandanın yetişməsində fəal iştirak etmişəm. Hesab edirəm ki, bu potensialdan digər məktəblərdə də müəllimlərin ixtisasartırması prosesində istifadə etmək faydalı olardı.

BAL-da çalışan müəllimlərin  təxminən 60 %-i İKT-nin tətbiqi üzrə layihələrdə, müxtəlif təşkilatlar tərəfindən keçirilən treninqlərdə daim fəal iştirak ediblər. Lisey 2007-ci ildə "Elektron məktəb" pilot layihəsinə qoşularaq, təhsildə İKT-nı sınaqdan keçirib, yeni inkişaf yollarına qədəm qoydu. İndi liseyimizdə bütün fənlərin tədrisində istifadə oluna biləcək elektron vəsaitlər bankı yaranmışdır.

Müasir məktəb və müasir müəllimin necə olmasını mən yalnız bir neçə aspektdən sadaladım. "Ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüş BAL-ın səriştəli müəllimlərinin, o cümlədən 5 nəfər "Ən yaxşı müəllimin" müasir şəxsiyyətyönlü təlimə, fəal təlimə və İKT-dən istifadəyə əsaslanan fəaliyyətinin nəticəsi  bütünlüklə şagirdlərimizin nailiyyətlərində əks olunur.

Liseydə 2000-ci ildən fəaliyyət göstərən Kiçik Akademiyası resrublikada ilk dəfə gənc tədqiqatçı alimlər yetişdirdi. Liseyistlərimiz müxtəlif olimriada və müsabiqələrdən qələbələrlə qayıtdılar.

Müəllimlərimizin fədakar əməyinin nəticəsidir ki, son 5 ildə liseyimizin məzunlarının 100 faizi ali məktəblərə yüksək göstəricilərlə qəbul olunmuşdur. Məzunlarımızdan 2005-ci ildə Mikayıl Qasımov Harvard, 2008-ci ildə Leyla Əliyeva Prinston, Təyyar Rzayev isə Vurster politexnik universitetlərinə daxil olmuş və yüksək nəticələr göstərdiklərinə görə pulsuz təhsil almaq hüququ əldə etmişlər.

Liseyistlərimiz idman sahəsində də öz bacarıqlarını yüksək səviyyədə göstərmişlər. Fəxrlə deyə bilərik ki, karate-do üzrə iki dəfə Dünya Kuboku yarışlarında qızıl medal sahibi, şahmat üzrə Avrora çemrionatının qalibi və dünya çemrionatının bürünc medal sahibi, bədii gimnastika üzrə Avrora çemrionatının finalçısı, voleybol üzrə Avrora çemrionatının qızıl medal sahibi Bakı Avrora Liseyinin - istedadlar ocağının şagirdləridir. 

Mən həyatın mənə bəxş etdiyi bu reşəyə minnətdaram.  Minnətdaram ona görə ki, mən maraq dolu gözləri hər gün görür, maraqlı kəşflər dünyasına səyahətlər edir, sevinc, fərəh hissi duyuram. Kim deyir ki, müəllimlik çətin reşədir? Axı təlim verməyi bacarmaq, öyrətmək, tərbiyə etmək təbiətin özünün verdiyi istedaddır. Xoşbəxt insanı yalnız xoşbəxt insan, müasir insanı isə müasir insan tərbiyə edə bilər.  Pedaqogika dəyişməz deyil. O, sabit qala bilməz. Bu elm daim inkişaf edir, irəliyə doğru addımlayır. üeganə çıxış yolu  yaradıcı müəllim olmaqdır.

Həmkarlarım və öz adımdan təhsilə və təhsil işçilərinə göstərilən qayğıya görə dövlət başçısına və Təhsil Nazirliyinə dərin minnətdarlığımızı bildirmək istərdim. Göstərilən etimad bizi təhsildə yeni nailiyyətlər əldə etməyə, daha yüksək zirvələri fəth etməyə sövq edəcəkdir. Qarşıdan prezident seçkiləri gəlir. Mənə elə gəlir ki, təhsildə gedən köklü dəyişikliklər və nailiyyətlər müəllimlərin seçimində öz əksini tapacaqdır.

 

 

12 nömrəli Bakı Peşə Liseyinin direktoru Şərif Hacıyevin çıxışı

- Hörmətli qurultay iştirakçıları! Hörmətli qonaqlar!

Respublika texniki peşə təhsili işçiləri adından qurultay iştirakçılarını salamlayıram, yeni dərs ilinin başlanması münasibətilə bütün təhsil işçilərinə uğurlar arzulayıram.

Azərbaycan təhsil sisteminin tərkib hissəsi olan texniki peşə təhsili sahəsi də uzun durğunluq dövründən sonra yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişafa təkan verən dövlət başçısının təsdiq etdiyi "Azərbaycan Respublikasında texniki peşə təhsilinin təkmilləşdirilməsi Proqramı (2007-2012-ci illər)" olmuşdur.

Hörmətli nazirimiz öz məruzəsində texniki peşə təhsilinin inkişafını ləngidən səbəbləri və Dövlət Proqramı çərçivəsində qarşıda duran vəzifələri ətraflı izah etdi. Bunlarla əlaqədar mən də öz mülahizələrimi bildirmək istərdim.

Həqiqətən də indiki mərhələdə ən əsas məsələlərdən biri peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, cəmiyyətdə peşə təhsilinə olan münasibəti köklü şəkildə dəyişməkdən ibarət olmalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, peşə təhsilinə olan maraq heç də ali təhsilə olan maraqdan az deyil. Buna nail olmaq üçün isə peşə təhsili müəssisələri ilə orta məktəblər, valideynlər və şagirdlər arasında münasibətlər yeni prinsiplər əsasında formalaşdırılmalıdır. Burada birtərəfliliyə yol vermək olmaz. Biz gözləməməliyik ki, valideynlər, məktəb rəhbərləri gəlib bizim işimizlə, müəssisələrimizdə öyrədilən peşələrlə maraqlansınlar. Biz özümüz məktəblərdə daha çox olmalı, müntəzəm surətdə pedaqoji şura və valideyn iclaslarında iştirak etməli, təbliğat və təşviqat işlərini gücləndirməliyik. Eyni zamanda ümumi problemlərin həlli ilə əlaqədar birgə pedaqoji şuraların keçirilməsi təcrübəsinin tətbiqi də ümumi işimizə xeyli fayda verə bilər.

Hesabat məruzəsində qeyd edildiyi kimi, bu gün üçün ən vacib problemlərdən biri texniki peşə təhsili ilə bağlı müasir dərsliklərin yaradılmamasıdır. Olanların isə məzmunu son 30-35 ildə bir dəfə də olsun yeniləşdirilməmiş, onların üzərində lazımi təkmilləşdirmə işləri aparılmamışdır. Buna görə də yeni kurrikulumların yaranmasına ciddi ehtiyac vardır.

Eyni zamanda yeni peşə və ixtisas klassifikatoruna bir sıra müasir ixtisaslar salınsa da, onlara aid əyani vəsait və avadanlıqlar, demək olar ki, yoxdur. Bu vəziyyət kadr hazırlığına çəkilən zəhməti nəticəsiz qoyur.

- Hörmətli qurultay iştirakçıları!

Bizim üçün arzuolunmaz sayılsa da, hələlik reallıq bundan ibarətdir ki, peşə təhsili müəssisələrinə müraciət edənlərin əksəriyyəti orta məktəbdə zəif oxuyan şagirdlərdir və onlar əsasən peşə almaq məqsədi ilə bizim müəssisələrə gəlirlər. Eyni zamanda peşə liseylərində orta təhsil almaq imkanları da vardır.

Buna görə də valideynlər peşə liseylərinə övladlarına asan yolla attestat almaq obyekti kimi baxırdılar. Lakin bu müəssisələrdə ötən il buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili müəllim və şagird heyətinin məsuliyyətini daha da artırdı, tədris prosesinə münasibət xeyli dəyişdi, ən əsası isə peşə liseyində çox zəhmət çəkmədən attestat almaq fikri tamamilə dağıldı. Ona görə də imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi, hesab edirəm ki, davam etdirilməlidir və bütün ölkədə tətbiq olunmalıdır.

Bizim üçün problem olan daha bir məsələ haqqında fikrimi bildirmək istəyirəm. Belə ki, peşə təhsili sistemində mühəndis-pedaqoji işçilərdən əsas aparıcı qüvvə istehsalat təlimi ustalarıdır ki, bu gün onların yetişdirilməsi ilə bağlı demək olar ki, heç bir təhsil müəssisəsi yoxdur. Fəaliyyət göstərən istehsalat təlimi ustaları isə ixtisaslarını artırmadan, yeni texnologiyaları mənimsəmədən tədrislə məşğul olurlar. Düşünürəm ki, peşə təhsili sahəsində çalışanların ixtisasının artırılması sahəsində dünyada mövcud olan model və mexanizmlərdən istifadə edilməsinin vaxtı gəlib çatmışdır.

İcazənizlə bir məsələyə də toxunmaq istərdim. Vaxti ilə texniki peşə müəssisələri icbari təhsilin verilməsində çox böyük kömək edirdi. Lakin indi mövcud olan 107 peşə təhsili müəssisələrindən 60-da yalnız peşə təhsili verilir. Odur ki, təklif edirəm peşə məktəblərində də şagirdlərin orta təhsil alması üçün müvafiq şərait yaradılsın.

Mən sosial partnyorla, işəgötürən təşkilatlarla əlaqələrin qurulması istiqamətində atılacaq addımlar barədə də fikrimi bildirmək istəyirəm. Əvvəlki mərkəzləşdirilmiş planlaşdırma dövründə müəssisələr tərəfindən kadr hazırlığı üçün sifarişlərin verilməsində problemlər yaranmırdı. Lakin müasir dövr artıq ayrı yanaşmanı tələb edir. çox təəssüflər olsun ki, bir sıra kolleqalarımız köhnə sistem üzərində öz fəaliyyətlərini qurmağı davam etdirirlər. Hesab edirəm ki, işəgötürən təşkilatlarla əlaqələr yeni prinsiplər əsasında formalaşmalıdır. Unutmamalıyıq ki, bizim əsas məhsulumuz ixtisaslı kadrlardır, biz əmək bazarının tələblərinə uyğun olaraq kadrlar hazırlamalıyıq. Düzdür, reallıq ondan ibarətdir ki, köhnəlmiş maddi-texniki baza, mühəndis-pedaqoji heyətin səviyyəsinin aşağı olması, işəgötürən təşkilatlarla əlaqələrin zəifliyi və yaxud formal olması əmək bazarının tam tələblərinə uyğun olaraq ixtisaslı kadrların hazırlanmasını çətinləşdirir, lakin dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər bizə ümid verir ki, qısa müddət ərzində bu problemləri həll etmək  mümkün olacaqdır. Bununla yanaşı, qeyd etməliyəm ki, Dövlət Proqramı çərçivəsində əsaslı təmir edilən 7 məktəb arasında rəhbərlik etdiyim 12 nömrəli Bakı Peşə Liseyi də vardır və təmirdən sonra ümid edirik ki, müəssisəmizlə işəgötürən təşkilatlar arasında əlaqələr daha da inkişaf edəcəkdir.

Bununla yanaşı, onu da qeyd etməliyəm ki, bu yaxınlarda Qəbələdə açılmış müasir tipli Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin yaradılması peşə təhsili tariximizdə mühüm bir hadisədir. Belə ki, mərkəzin fəaliyyət dairəsinin mövcud peşə təhsili müəssisələrinin fəaliyyətindən daha geniş olması, qısamüddətli kursların təşkil edilməsi, əmək bazarının öyrənilməsi ilə məşğul olması, xidmət sahəsi üzrə metodik işlərin aparılması üçün imkanların yaradılması və tədris prosesinin daha çevik formada təşkil edilməsi peşə təhsili sisteminin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Hesab edirəm ki, belə mərkəzlərin digər regionlarda da yaradılması məqsədəmüvafiq olardı.

Bundan əlavə, gələn il İsmayıllıda Turizm və Otelçilik üzrə Kompleksin tikilib istifadəyə verilməsi də peşə təhsili üçün əlamətdar olacaqdır. Belə ki, ilk dəfə olaraq bir peşə təhsili kompleksi müasir tədris binası, yataqxana, emalatxana, laboratoriya, idman meydançası ilə yanaşı, həm də otellə təmin ediləcəkdir. Peşə təhsili müəssisəsi özü sərbəst olaraq əlavə maliyyə vəsaiti əldə edə və bununla da davamlı inkişafı təmin edə biləcəkdir.

Qeyd etməliyəm ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin uğurlu olması üçün müvafiq dövlət və qeyri-dövlət qurumlarının da bu prosesdə fəal iştirak etməsi vacibdir.

çıxışımın sonunda, son illər respublikada aparılan uğurlu sosial-iqtisadi siyasətin banisi, həmçinin, peşə təhsilinə göstərdiyi diqqət və qayğıya görə bütün peşə təhsili işçiləri adından hörmətli Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlığımızı və qarşıdan gələn prezident seçkilərində ona olan etimadımızı bildirmək istərdim.

 

 

Azərbaycan Uşaq Hüquqları Assosiasiyasının sədri Nabil Seyidovun çıxışı

- Hörmətli xanımlar və cənablar! 

Əziz müəllimlər və təhsil işçiləri!

Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası müstəqillik qazandığı gündən etibarən onlarca mühüm beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Bu beynəlxalq sənədlər arasında ilk imzalanan və ratifikasiya edilən konvensiyalardan biri də BMT-nin Uşaq Hüquqları Konvensiyası olmuşdur. Uşaq Hüquqları Konvensiyasına qoşulduğu vaxtdan Azərbaycan Respublikası uşaq hüquqlarının müdafiəsi və təbliği istiqamətində mühüm addımlar atmış və üzərinə düşən öhdəlikləri əzmlə yerinə yetirməkdə davam edir.

Buna bir sübut kimi, son 5 il ərzində Azərbaycan Respublikasının Parlamenti tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış onlarca sərəncamları, qanunları və dövlət proqramlarını sadalamaq kifayətdir. Bunların arasında 2006-cı ilin mart ayında ölkə başçısı tərəfindən imzalanmış "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institulaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" xüsusi ilə qeyd edilməlidir. Onillik dövrü əhatə edən proqramın həyata keçirilməsi nəticəsində 17 minə yaxın uşağın bioloji ailələrinə qaytarılması, alternativ ailələrə verilməsi, onların qısa və ya uzunmüddətli qayğı ilə əhatə edilməsi və icmalar səviyyəsində müxtəlif sosial xidmətlərə cəlb olunması nəzərdə tutulur.

Eyni zamanda proqram vasitəsilə gələcəkdə çətinliklərlə üzləşmiş ailələrdən internat müəssisələrinə üz tutmuş uşaqların bu müəssisələrə düşməməsi üçün mexanizmlərin hazırlanması da xüsusi əhəmiyyət kəsb edir.

Lakin proqramın səmərəli icrası üçün Uşaq Müdafiəsi Sisteminin qurulmasına və səmərəli fəaliyyət göstərməsinə ehtiyac var. Azərbaycan Respublikasının öhdəlik götürdüyü Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün effektiv Uşaq Müdafiəsi Sistemi fəaliyyət göstərməlidir.

Uşaq Müdafiəsi Sistemi nədir? 2007-ci ildə BMT-nin Baş katibi "Uşaqlara Qarşı Zorakılığın öyrənilməsi" həsr edilmiş araşdırmanın nəticələrinə dair hesabatında qeyd etmişdir ki, uşaqlara qarşı baş verən neqativ amillərin aradan qaldırılması, onların müdafiəsini təmin etmək və hüquqlarını qorumaq məqsədilə hər bir ölkə Milli Uşaq Müdafiəsi Sisteminə malik olmalıdır.  

Milli Uşaq Müdafiəsi Sistemi uşaqların yoxsulluqdan qurtulması və təhsilə cəlb edilməsi, onların uşaq müəssisələrindən ailələrə qaytarılması, erkən nikaha cəlb edilməsi və əməyinin istismarının qarşısının alınması, uşaqların zorakılıqdan qorunmasını və ümumiyyətlə, uşaqların inkişafına və keyfiyyətli təhsil almalarına təsir edən neqativ amillərdən müdafiəsini təmin etməlidir.

BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə təmin edilən hüquqlar sırasında "Hər bir uşağın ailə mühitində yaşaması" və "Uşağın müxtəlif zərərli amillərdən müdafiəsi" məsələləri öz əksini tapıb. Qeyd etmək istəyirəm ki, "Uşaqların Müdafiəyə" olan hüququ, demək olar ki, istisnasız bütün dünya ölkələrində pozulur. Həmin ölkələrin əksəriyyəti Uşaq Müdafiəsi Sisteminin yaradılmasında yeganə çıxış yolu tapıblar.

Sual verilə bilər ki. Azərbaycanda Uşaq Müdafiəsi Sisteminin yaradılmasına ehtiyac varmı? Qeyd edim ki, UMS-nin yaradılması Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərdən biridir. Digər tərəfdən, gəlin birlikdə uşaqlarla bağlı statistik rəqəmlərə nəzər salaq. Hazırda 17000-dən artıq uşaq dövlət uşaq müəssisələrində təhsil və tərbiyə alır, 4000-ə yaxın uşaq hər il daxili işlər orqanları tərəfindən müxtəlif səbəblərə görə (əsasən də dərslərdən yayındıqları və müxtəlif hüquq pozuntuları törətdiklərinə görə) polis qeydiyyatına alınır, müxtəlif qurumların hesablamalarına görə, 2000-dən artıq uşaq küçədə işləyir və ya yaşıyır, ölkədə 49000-ə yaxın əlilliyi olan uşaq vardır ki, bunların inklüziv təhsilə cəlb edilməsi Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən biridir.

Uşaqlara qarşı fiziki, emosional və mənəvi zorakılıq halları bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da mövcuddur.  Bu cür hallar uşaqların inkişafına və təhsilinə xeyli mənfi təsir göstərir.

100-dən artıq uşaq cinayət əməlləri və hüquq pozuntuları törətdiklərinə görə müxtəlif tipli uşaq tərbiyə müəssisələrində təhsil alır.

Burada sadalanmış kateqoriyalardan olan uşaqların müdafiəsi, onların təhsilə cəlb edilməsi və ölkəmizə vətəndaş kimi yetişdirilməsi üçün Uşaq Müdafiəsi Sisteminə ehtiyacımız böyükdür.

Azərbaycanda prosesi həyata keçirəcək mexanizm olmasa da, bu mexanizmin mövcud qurumlar üzərində qurulması daha əlverişli olar. Məsələn, hələ sovet dövründə yaradılmış yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiyaların, himayəçilik və qəyyumluq orqanı və psixo-pedaqoji-tibbi komissiyaların fəaliyyətini təkmilləşdirmək mümkündür. Uşaqlarla pərakəndə şəkildə fəaliyyət göstərən qurumlar bir-birini təkrarlayaraq uşaq problemlərinin həllində pərakəndəlik yaradır, problemin həllinə birtərəfli yanaşır və lazımsız bürokratik əngəllər yaradır. Təkmil müdafiə sistemi olmadığından dövlət tərəfindən təsis edilmiş proqramlar, milli fəaliyyət planlarının icrası ləngiyir, ya həyata keçirilmir, ya da onların icrasının səmərəliliyi zəifləyir.

Dövlət Proqramının icrası, habelə yuxarıda sadalanmış müxtəlif səpgili uşaq problemlərinin həlli məqsədi ilə hər bir rayonda və şəhərdə mövcud qurumların birləşdirilməsi vasitəsilə Uşaq Müdafiəsi Departamentinin yaradılmasına böyük ehtiyac var.

Məsələn, Böyük Britaniyada, Kanadada, Avstraliyada, ABŞ-da və Qazaxıstanda uşaqların müdafiəsinin təşkili işi Təhsil Nazirliyinin fəaliyyətinin mühüm bir hissəsidir. Bunun bir neçə obyektiv səbəbi vardır:

1. Təhsil Nazirliyinin tabeliyində olan 60-a yaxın internat məktəbi və uşaq evlərində tərbiyə alan 17000-dən artıq uşağın normal ailə həyatına qayıtması, onların adi orta məktəblərdə keyfiyyətli təhsilə cəlb edilməsi, ailəyə qovuşduqdan sonra  onların müdafiəsinin təmin edilməsi mühüm məsələlərdən yalnız bəziləridir.  

2. Təhsil Nazirliyinin tabeliyində olan 4500-ə yaxın məktəbdə və həmçinin bağçalarda uşaq müdafiəsi məsələləri üzrə müəllim ştat vahidinin yaradılması vasitəsilə məktəblərə və bağçalara cəlb edilmiş uşaqların müdafiəsində məhz profilaktikaya, yəni önlənmə tədbirlərinə diqqətin yetirilməsinə və erkən vaxtlardan lazımi müdaxilənin edilməsinə yardımçı olacaqdır. Burada ayrıca qeyd etmək lazımdır ki, məktəblərdə artıq fəaliyyət göstərən psixoloqlar ştatı da yeni yaradılması nəzərdə tutulan uşaq müdafiəsi üzrə müəllimə böyük dəstək və yardım etmək imkanına malik olacaq.

3. Təhsil Nazirliyi ölkədə yaşayan bütün uşaqları onların həyatlarının uzun dövrü ərzində müşayiət edir. Yəni, hər bir bağçada və ya orta məktəbdə, habelə internat məktəbləri və uşaq evlərində olan uşaq birbaşa Təhsil Nazirliyinin himayəsindədir. 

4. Təhsil Nazirliyi bu uşaqların valideynləri ilə daha sıx və uzunmüddətli əlaqələrə və münasibətlərə malikdir. Bu mənada uşaq və valideyn münasibətlərinin müsbət istiqamətdə cərəyan etməsi və müəyyən ediləcək hər hansı problemlərin aradan qaldırılması uşaqların ailələrdən ayrılmasının, habelə ailədə zorakılıq və s. qorunmasının önlənməsini təmin edəcəkdir.

5. Uşaqlara qarşı baş verən neqativ və zərərli halların böyük əksəriyyəti latent, yəni gizli qalır. Məhz məktəb müəllimləri və psixoloqlar, habelə məktəblərdə fəaliyyət göstərən VMA-lar və valideyn himayə şuraları tərəfindən bu cür halların erkən müəyyən edilməsi və müraciətlərin aidiyyəti dövlət qurumlarına göndərilməsi uşaqların müdafiəsi sistemində ən mühüm amillərdən biri kimi çıxış edəcəkdir.

 

 

Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırovun çıxışı

- Hörmətli qonaqlar, hörmətli qurultay iştirakçıları!

Təmsil etdiyim Sumqayıt şəhərinin çoxminli təhsil işçiləri adından sizi salamlayır, qurultayın işinə uğurlar arzulayıram.

Hörmətli nazirimizin dərin məzmunlu məruzəsində göstərildiyi kimi, təhsilin inkişafı ilə bağlı Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət proqramları nəticəsində, xüsusilə də tədris-maddi bazanın möhkəmləndirilməsi və məktəb tikintiləri ilə bağlı bizim şəhərimizdə də xeyli işlər görülmüşdür. Təkcə bu dərs ilinə biri müasir internat kompleksi olmaqla 2 yeni məktəb binası, 4 məktəb üçün 1700 şagird yerlik korpuslar tikilmiş, 2 məktəb və 1 uşaq bağçası əsaslı təmir edilmiş, yeni avadanlıqlar, dərsliklər, bədii ədəbiyyat, kimya, fizika, biologiyadan çoxsaylı disklər alınmışdır. Təhsilimizin hamisi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən hər bir 1-ci sinif şagirdinə məktəbli ləvazimatları ilə dolu çanta, həmçinin xeyli sayda fənlər üzrə plakatlar təmənnasız olaraq verilmişdir.

Bütün bunlar müstəqil Azərbaycanımızın iqtisadi qüdrətini, möhtəşəm yüksəlişini göstərməklə, təhsilin məzmununun yaxşılaşdırılmasına, şagirdlərimizin daha keyfiyyətli bilik almasına xidmət edir.

- Hörmətli qurultay iştirakçıları!

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən çoxsaylı layihələrin hamısı barədə şübhəsiz ki, danışmaq mümkün deyil. Lakin onlardan biri barədə burada danışılsa da, mən də fikrimi sizinlə bölüşmək istəyirəm. Bu, son 3 ildə getdikcə əhatə dairəsi genişlənən XI sinif şagirdlərinin buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən  keçirilməsidir. Artıq şəhərimizdə iki dəfə keçirilmiş belə imtahanlar özünü doğruldur. Doğrudur, bu iki il ərzində 350 nəfərə yaxın şagird attestat ala bilməmişdir. Əvəzində isə keyfiyyət yüksəlmişdir. Son iki ilin, yəni 2007 və 2008-ci ilin müqayisəsindən görünür ki, atılan addım artıq öz müsbət nəticəsini verməkdədir. Belə ki, bu il məzunlarımızın sayı keçən ilə nisbətən 3,4 % azaldığı halda, ali məktəblərə qəbul 3,2 % artmışdır. Mənfi xarakterizə olunan 200-ə qədər bal toplayanların sayı 7,7 % azalmış, keyfiyyət göstəricisi olan 300-500 bal toplayanların sayı 3,3%, 500-700 bal toplayanların sayı isə 2,9 % artmışdır. Odur ki, XI siniflərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş şəkildə keçirilməsi bütün ümumtəhsil məktəblərində tətbiq edilərsə, aparılan hazırlıq işləri daha da təkmilləşərsə, valideynlərimiz və təhsil ictimaiyyətimiz nə qədər səfərbər olarsa bu, ümumi işimizə çox fayda vermiş olar.

Daha bir vacib məsələyə diqqətinizi yönəltmək istəyirəm. Əlbəttə, maddi-texniki baza da, nəfis çap olunmuş dərsliklər də, yeni texnologiyaların tətbiqi də çox sevindiricidir. Lakin bütün bunlar  yalnız öz vəzifəsinin öhdəsindən layiqincə gələn müəllim olduqda müsbət təsirini göstərir, təlimin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Başqa sözlə desək, təlim-tərbiyə prosesində bu gün də müəllim amili çox həlledicidir.

ötən dərs ilində Təhsil Nazirliyinin tövsiyəsinə əsasən qabaqcıl, həmçinin elmi cəhətdən zəif müəllimləri aşkar etmək və onlarla metodiki işi canlandırmaq məqsədilə 8 ixtisas və sinif müəllimlərinin monitorinqi keçirilmişdir. 78 % müəllimlərimizi əhatə edən bu monitorinqin nəticələri çox da sevindirici olmamışdır. Müəllimlərin monitorinqi zamanı göstəricilərin çox da yüksək olmamasının səbəblərindən biri də müəllimlərin işə qəbulu zamanı düzgün seçimin aparılmaması ilə bağlıdır. Belə ki, şəhərimizdə son beş ildə işə qəbul edilən müəllimlərin nəticələri əvvəldən işləyən müəllimlərin orta göstəricisindən 4,2 % aşağıdır. Hesab edirik ki, müəllimlərin işə qəbulu ilə bağlı bu günlərdə hazırlanmış Təhsil Nazirliyinin yeni təlimatı həmin narahatçılığın qarşısının alınmasında, həmçinin işləyən müəllimlərin dərs yükünün artmasında çox mühüm rol oynayacaqdır. çünki təhsilimizin səviyyəsinin yüksəlməsinə mane olan səbəblərdən demək olar ki, birincisi müəllimlərimizin hazırlığıdır. Bunu uzun illər şəhərimizdə aparılan 4-cü sinifdən başlayaraq bütün sinifləri əhatə etməklə hər il 2000 nəzarətçinin cəlb edildiyi, 30 minə yaxın məktəblini əhatə edən şagirdlərin monitorinqinin nəticələrinin, müəllimlər arasında keçirilən monitorinqin nəticələrinin və TQDK nəticələrinin müqayisəli təhlili də göstərir. Bu baxımdan ali məktəblərə qəbul imtahanları zamanı bütün abituriyentlərin imtahan verdikləri riyaziyyat və ana dili fənlərinə nəzər salsaq görərik ki, riyaziyyat və ana dili müəllimlərinin biliyi hansı səviyyədədirsə, abituriyentlərin biliyi də ona uyğundur.

- Hörmətli qurultay iştirakçıları!

Bu gün çox böyük inkişaf yolunda olan müstəqil Azərbaycanımız dünyanın qabaqcıl ölkələrinə uğurla inteqrasiya etməkdə, beynəlxalq aləmdə özünün nüfuzunu artırmaqdadır. Bu uğurları qoruyub saxlamaq, onu daha da inkişaf etdirmək üçün isə istedadlı insanlara böyük ehtiyac duyulur.

ötən qurultaydan keçən dövrdə istedadlı gənclərlə aparılan işlərdə xeyli irəliləyişlər olmuşdur. Xüsusi dövlət proqramı qəbul edilmişdir. Həm yüksək səviyyədə, həm də yerlərdə bu sahəyə diqqət və qayğı artmışdır. Şəhərimizdə də hər il xüsusi nailiyyət göstərərək ali məktəbə qəbul zamanı 600-dən çox bal toplayanlar rəhbərlik tərəfindən  qəbul olunur, hədiyyələr verilir, tələbə adına layiq görülənlərin hər birinə açıqcalar göndərilir, onların şərəfinə yüksək səviyyəli konsert təşkil olunur. Hətta bu il ən yüksək - 700 bal toplayan məzunumuz Elvin Dadaşova Prezidentimiz tərəfindən 2 otaqlı mənzil hədiyyə edilmişdir.

Əvvəlki illərdən fərqli olaraq istedadlı məzunlarımızın özəl ali məktəblərə maraqları artmışdır. Bir nümunə göstərmək istəyirəm. Keçən il şəhərimizin 600-dən çox bal toplayanlarından yalnız 4 nəfəri özəl ali məktəbi - Qafqaz Universitetini seçmişdisə, bu il onların sayı 5 dəfədən çox artaraq 21-ə çatmışdır. ödənişli olan belə universitetlərin seçilməsi həm də ailələrin maddi vəziyyətlərinin getdikcə yaxşılaşmasıdır ki, bu da müstəqil Azərbaycanımızın memarı, ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölkəmiz üçün müəyyənləşdirilmiş yeganə və düzgün yolun bu gün Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl olaraq uğurla davam etdirilməsinin nəticəsidir.

- Hörmətli qurultay iştirakçıları!

Daha bir vacib məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu, şagirdlərimizin asudə vaxtının, xüsusilə müəyyən müddət unudulmuş yay tətilinin təşkili ilə bağlıdır. Vaxtilə yay düşərgələri üçün nəzərdə tutulmuş binalarda məcburi köçkünlərin məskunlaşması, yay tətili günlərində digər yerlərə getmək imkanı olmayanlarla işin təşkilində ciddi çətinliklər yaradır. Bu baxımdan şəhər rəhbərliyinin təşəbbüsü və yaxından köməyi ilə artıq 6 ildir ki, şəhərimizdə yay tətili günlərində hər bir ümumtəhsil  məktəbində təşkil edilən və ümumilikdə 2200-dən çox şagirdi əhatə edən "Yay düşərgəsi" modelinin öyrənilməsi və müvafiq qurumlarda rəsmiləşdirilməsi işimizi asanlaşdırar, çətinliklərimizi də aradan qaldırar.

- Hörmətli qurultay iştirakçıları!

Bugünkü Azərbaycan müəllimlərinin XIII qurultayı əlamətdar bir vaxtda, ölkəmizin həyatında mühüm hadisə olan prezident seçkiləri ərəfəsində keçirilir və 15 oktyabrda seçicilər öz seçimini edəcəklər.

Səsverməyə gedən hər kəs bir an da olsa belə, ötən seçkilərdən keçən dövr ərzində nələr olduğunu gözləri önünə gətirir. Bəs onda nə görür? Ən əvvəl görür ki, Prezidentimiz özünün də dediyi kimi, hər bir Azərbaycan vətəndaşının Prezidenti olub. Alimin də, ziyalının da, adi zəhmət adamının da, zəngin iş adamının da, şəraitsiz çadırdan müasir evlərə köçürdüyü hər bir qaçqının-köçgünün də. Görür ki, Prezidentimiz nəyi deyibsə, onu da edib. Görür ki, ölkədə heç zaman olmayan sabitlik, inkişaf, tərəqqi var, Azərbaycan dünya dövlətləri içində sayılan, seçilən, çox böyük hörmət və nüfuz sahibi olub. Onda o seçici böyük inam və iftixar hissi ilə öz səsini bu işləri həyata keçirən cənab İlham Əliyevə verəcək. Tam əminliklə deyirəm, ki, o seçici mənəm, sizsiniz, təhsil işçiləridir, ümumilikdə Azərbaycan seçicilərinin mütləq əksəriyyətidir.

- Hörmətli qurultay iştirakçıları!

Mən də ötən dövr ərzində görülən işləri qənaətbəxş hesab edirəm. İnanıram ki, ölkəmizin həyatında çox mühüm hadisə olan bugünkü qurultay təhsilimizin inkişafında, qarşımızda duran vəzifələrin həyata keçirilməsində çox böyük rol oynayacaq. Bu yolda hamınıza uğurlar arzulayıram.

Diqqətinizə görə sağ olun.

 

 

Bakı şəhəri 332 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Lalə Qəmbərovanın çıxışı

 - Hörmətli qurultay nümayəndələri!

Sizi Azərbaycan müəllimlərinin qurultayı münasibəti ilə səmimi-qəlbdən təbrik edir, çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.

Təhsil pillələri arasında özünəməxsus yeri olan, uşaqların erkən inkişafında sağlamlığında və təhsilində müstəsna əhəmiyyət daşıyan məktəbəqədər təhsil sahəsində görülmüş işlər, problemlər və onların həlli yolları hörmətli nazirimizin hesabat məruzəsində geniş əksini tapmışdır. Hesab edirəm ki, məruzədə qarşımıza qoyulan vəzifələr növbəti illərdə fəaliyyətimizin əsas istiqamətlərini təşkil edəcəkdir.

Xoşbəxtəm ki, dövlət başçısının sərəncamına əsasən Bakı şəhərində inşa olunmuş yeni uşaq bağçalarından birinə rəhbərlik edirəm. Buradakı təlim şəraiti bizim və valideynlərin ürəyincə olmuşdur. Valideynlər böyük həvəslə öz övladlarını bağçaya gətirirlər. Əlbəttə, inanırıq ki, yaxın gələcəkdə ölkəmizin bütün bağçalarında belə bir şərait yaradılacaq.

Bunlarla yanaşı, məktəbəqədər təhsil sahəsində bizi narahat edən bəzi məsələləri diqqətinizə çatdırmaq istərdim. Hamıya məlumdur ki, təlim və didaktik materialları, düşündürücü oyuncaqlar, uşaq mebeli erkən yaş dövrünün uşaqların inkişafında xüsusi əhəmiyyət daşıyır. Lakin müəssisələrimizdə onlar varmı? Birmənalı deyə bilərik ki, yoxdur, olanları da müasir tələblərə cavab vermir. Bəs çıxış yolu nədədir? Fikrimizcə, ölkəmizdə məktəbəqədər təhsil sahəsi üçün milli və intellektual oyuncaqlar, didaktik materiallar, əyani vəsaitlər, müasir standartlara uyğun uşaq mebeli istehsal edən müəssisənin yaradılmasına ciddi ehtiyac var.

Bizi narahat edən bir məsələ də metodik vəsaitlərin az olmasıdır. Müəllimlər üçün belə vəsaitlər işlənir, indi dərsliklərlə yanaşı, hər bir fənn üzrə metodik vəsait də hazırlanır, niyə məktəbəqədər təhsil sahəsində belə vəsaitlər az olsun? Düşünürəm ki, Təhsil Problemləri İnstitutu, həmin sahədə çalışan alim və mütəxəssislər bu istiqamətdə ciddi fəaliyyətə başlamalıdırlar.

Bu ildən ümumtəhsil məktəblərinin I siniflərində yeni kurrikulumun tətbiqinə başlanmışdır. Bizim bağçalardan gedən uşaqlar artıq tamamilə yeni məzmunla tədrisə başlamışlar. Yaxşı olardı ki, məzmun islahatları uşaq bağçalarından başlansın. İnanırıq  ki, Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində nəzərdə tutulan islahatlar bu təhsil pilləsi üçün yeni kurrikulumun hazırlanması və yaxın gələcəkdə tətbiqinə təkan verəcəkdir.

- Hörmətli həmkarlar!

Məlumdur ki, uşaqların tərbiyəsi və təlimi prosesində onların fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması vacibdir. Bununla əlaqədar, məktəblərdə olduğu kimi, uşaq bağçalarında da psixoloji xidmətin təşkili işimizə müsbət təsir edərdi.

Eyni zamanda ölkə Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)"nda  məktəbəqədər təhsilin əhalinin bütün təbəqələri üçün əlçatan olması istiqamətində tədbirlərin görülməsi öz əksini tapmışdır.

Hörmətli nazirimizin məruzəsində də bununla əlaqədar vəzifələr müəyyənləşdirildi. Lakin biz buna necə nail olmalıyıq? Necə etməliyik ki, valideynlər öz vaxtlarına və imkanlarına uyğun uşaqlarını uşaq bağçalarına gətirsinlər. Fikrimcə, çıxış yolu müxtəlif formalı və müddətli məktəbəqədər təhsil xidmətlərinin təşkilidir. Beynəlxalq təcrübəni öyrənərək belə xidmətlərin bizim uşaq bağçalarında da tətbiqi vacibdir.

- Hörmətli qurultay iştirakçıları!

Erkən yaş dövründə uşaqların inkişafı müxtəlif dövlət və özəl qurumların səylərinin əlaqələndirilməsini, vahid dövlət siyasəti ətrafında birləşdirilməsini tələb edir. Bununla əlaqədar Təhsil Nazirliyi ilə yanaşı digər qurumların da birgə səyləri, ümumilikdə məktəbəqədər təhsil sahəsinin inkişafına gətirib çıxarır.

Bu gün təhsilimizə hamilik edən, problemlərimizin həllinə həssaslıqla yanaşan nəcib qəlbli bir xanım Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva haqqında  danışmamaq olmaz. Mən bu yüksək tribunada diqqət və qayğıya görə, məktəbəqədər təhsil işçilərinin adından Fondun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm.

Hörmətli qurultay nümayəndələri, qarşıdan prezident seçkiləri gəlir. Biz bu seçkilərdə səs verəcəyimiz namizədi artıq müəyyən etmişik. Bu namizəd ulu öndər Heydər Əliyevin siyasətini əzmlə davam etdirən, təhsilimizin inkişafına böyük diqqət və qayğı göstərən cənab İlham Əliyevdir. Bütün həmkarlarımı ona səs verməyə çağırıram.

Diqqətinizə görə minnətdaram.

 

Heydər Əliyev adına liseyin direktoru Fikrət  Xəlilovun çıxışı

- Hörmətli qurultay nümayəndələri, hörmətli qonaqlar!

Mənə verilmiş imkandan istifadə edərək Azərbaycan müəllimlərinin XIII qurultayının keçirilməsi və eyni zamanda yeni dərs ilinin başlanması münasibəti ilə hamınızı   təbrik edir və işlərinizdə uğurlar arzulayıram.

Hörmətli nazirimiz Misir Mərdanovun hesabat məruzəsini mən də çox diqqətlə dinlədim. Məruzədə Azərbaycan təhsilinin son beş ildə keçdiyi inkişaf yolu, qazanılmış uğurlar, habelə problemlər və gələcək vəzifələr ətraflı işıqlandırıldı.

 Bir məktəb direktoru kimi, məruzədə qaldırılan bəzi məsələlərə münasibət bildirmək istəyirəm. Məlumdur ki, qabaqcıl dövlətlərdəki məktəblərin inkişafının bir mənbəyi də bunlarda adambaşına maliyyələşdirmə sisteminin tətbiqidir. Maliyyələşdirmənin çərçivəyə salınması, ciddi inzibati məhdudiyyətlərin qoyulması məktəb rəhbərlərinin fəaliyyətinə mənfi təsir göstərir, məktəbin ehtiyaclarının ödənilməsində maneəyə çevrilir. Ona görə də hesab edirəm ki, pilot rayonlarında aparılan sınaqları tezliklə yekunlaşdıraraq, adambaşına maliyyələşmənin bütün ölkədə tətbiqi üçün zəruri tədbirlərin görülməsinin vaxtı artıq gəlib çatmışdır.

 Təhsil sahəsində aparılan islahatlar nəticəsində ümumi təhsilin məzmununun yeniləşdirilməsi, nəticəyə əsaslanan dövlət standartlarının yaranması, zəruri biliklərlə yanaşı, şagirdlərə həyati bacarıqların aşılanmasını təmin edən təhsil modelinin formalaşması, müasir tələblərə cavab verən dərslik komplektlərinin hazırlanması bizi çox sevindirir. Yeni məzmunun, müasir tipli kurrikulumların meydana çıxması, güman edirəm ki, məsələnin bir tərəfidir. Buna uyğun olaraq ilkin müəllim hazırlığının, müəllimlərin  ixtisasartırımasının məzmunu da dəyişilməli, bunlar bir-birini tamamlamalıdır.

Məruzədə qeyd olunduğu kimi,  orta məktəbi bitirən şəxsin bir və ya bir neçə xarici dilə yiyələnməsi üçün yeni təlim mexanizmlərinin, strategiyaların tətbiq olunacağı da hamımızın ürəyincədir və buna nail olmaq üçün yəqin ki, müəllim hazırlığının yenidən qurulması istiqamətində təsirli tədbirlər görüləcəkdir.

- Hörmətli qurultay nümayəndələri!

Cənab nazirin qurultaya hesabat məruzəsində məktəbdaxili qiymətləndirmənin mühüm bir tərkib hissəsi olan  buraxılış imtahanlarının mərkəzləşmiş qaydada aparılmasının üstünlükləri şərh olundu.

Mən 35 ildir ki, pedaqoji fəaliyyətdəyəm, bunun 17 ilini məktəb direktoru işləmişəm. Əvvəllər keçirilən buraxılış imtahanlarında güzəştlərə yol verilməsi, şagirdlərə yazılan qiymətlərin subyektiv xarakter daşıması göz  qabağında idi. Lakin ədalət naminə deyək ki, imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi həm müəllimlərin, həm məktəb rəhbərlərinin, eyni zamanda valideynlərin məsuliyyətini bir daha artırdı. Əgər şagird imtahanda iki qiymət alırsa, bunun səbəbi imtahan formasının dəyişdirilməsi deyil, ilboyu həmin şagirdə zəif nəzarətin nəticəsidir. Artıq valideynlər başa düşürlər ki, əgər övladı oxumursa, yaxud, dərsə zəif davam edirsə, o, attestat almaya da bilər. Bu mənada mən bir məktəb direktoru kimi  buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada   keçirilməsini təhsilimizdə keyfiyyətin artırılmasına yönəldilmiş çox düzgün addım hesab edirəm.

- Hörmətli qurultay nümayəndələri!

Hesabat məruzəsində çox haqlı olaraq qeyd olundu ki, təlim keyfiyyətinə təsir edən vacib amillərdən biri də məktəbə kimin rəhbərlik etməsidir. Şübhəsiz, məktəblərə səriştəli, müasir idarəetmə texnologiyalarına yiyələnmiş, cəmiyyətdə nüfuz qazanmış şəxslər rəhbərlik etməlidir. Lakin bu keyfiyyətlərə malik olmayan direktorlara da təsadüf edilir. Əgər məktəbin məzunları tələbə adını qazana bilmirsə, cəmiyyətdə gərəkli fəaliyyətlə məşğul olmursa, belə məktəbin direktoru hansı mənəvi haqla bu vəzifəni tuta bilər? 

Bu mənada direktorların seçilməsinin yeni mexanizminin hazırlanması günün tələbidir. Gələcək direktorların mükəmməl hazırlığının təmin edilməsi, idarəetmə bacarıqlarına yiyələnməsi üçün treninq və kurslardan keçərək müəyyən sertifikatlar alması, eyni zamanda direktor təyin edilməzdən əvvəl onun elmi-pedaqoji və təşkilatçılıq qabiliyyətini yoxlamaq üçün test sorğusundan keçirilməsini də zəruri hesab edirəm.

 Məktəb rəhbərinin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə ayrı-ayrı zonalar üzrə direktorların təcrübə mübadiləsi aparmasını təmin etməkdən ötrü direktorlar şurasının yaradılması da məqsədəuyğun olardı. Eyni zamanda məruzədə göstərildiyi kimi, ali məktəblərin pedaqoji fakültələrində təhsilin idarəolunması sahəsində kadr hazırlığına  başlamağın da vaxtı çatmışdır.

ötən il Təhsil Nazirliyinin göndərişi ilə bir qrup təhsil işçiləri ilə birlikdə Kanadada kurrikulum islahatı ilə bağlı ezamiyyətdə olduq. Məktəblərin təcrübəsilə tanış olarkən məlum oldu ki, məktəbin idarəolunmasında valideyn komitələrinin və ictimai birliklərin çox böyük rolu var. Bizim məktəblərimizdə isə təəssüf ki, valideyn komitələrinin işini hələ də lazımi səviyyədə qura bilməmişik. İnkişaf etmiş ölkələrin bu sahədəki təcrübəsindən istifadə etmək faydalı olardı.

- Hörmətli qurultay nümayəndələri!

İndi isə ümummilli liderimiz Heydər Əliyevin adını şərəflə daşıyan liseyimizin fəaliyyəti haqqında məlumat vermək istərdim.

Lisey 2004-cü ildən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2005-ci il tarixli qərarı ilə liseyə milli liderimiz Heydər Əliyevin adı verilmişdir. Liseyin müəllimlərindən 6 nəfəri elmlər namizədi, 4 nəfəri respublikanın əməkdar müəllimidir.

İlk buraxılışımız 2006-cı ildə olmuşdur. Son üç ildə liseyi 225 şagird bitirmiş, onlardan 187 nəfəri ali məktəblərə qəbul olmuşdur, məzunların 41 nəfəri 600-dən çox bal toplamış və 3 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. 

2007-ci ildə liseyin məzunu  Emil Abbasov qəbul imtahanlarında 700 bal toplamışdır və o hazırda dövlət hesabına Cənubi Koreyada təhsil alır. Son 3 ildə 20 şagirdimiz respublika fənn olimpiadalarında, 3 şagirdimiz isə beynəlxalq olimpiadalarda mükafat alanlar sırasında olmuşdur.

Respublika Prezidentinin 17 aprel 2006-cı il tarixli  sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə əlaqədar 2008-ci ilin mayında Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində keçirilmiş seçim turunda 5 şagirdimiz ən yüksək nəticə göstərərək xüsusi istedada malik şagirdlər sırasına daxil edilmişdir.

Qürur hissi ilə onu da qeyd edirəm ki, liseyimiz ölkə Prezidentinin müvafiq sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində uğurlu nəticə qazanmışdır. Biz fəxr edirik ki, müsabiqənin 50 qalibi sırasında Heydər Əliyev adına lisey də vardır.

Biz, təhsil işçiləri Azərbaycan təhsilində qazanılan bütün uğurlara və eyni zamanda təhsilə dövlət qayğısını daim diqqət mərkəzində saxladığına görə ölkə Prezidenti möhtərəm İlham Əliyevə minnətdar olmalıyıq.

- Hörmətli qurultay nümayəndələri!

Qarşıdan çox böyük siyasi kampaniya olan prezident seçkiləri gəlir. Mən fürsətdən istifadə edib bu yüksək tribunadan bütün pedaqoji işçiləri, ziyalıları Azərbaycan dövlətçiliyinin qorunması və gənc nəslin xoşbəxt gələcəyi naminə prezident seçkilərində cənab İlham Əliyevin siyasətini dəstəkləməyə və ona səs verməyə çağırıram.

 

 

Şəmkir rayonu Zəyəm Cırdaxan kənd 1 nömrəli orta məktəbin müəllimi  Ruslan İbrahimovun çıxışı

- Hörmətli qurultay iştirakçıları!

Belə bir tarixi tədbirdə iştirakımdan böyük fəxr duyaraq gənc müəllimlər adından sizi salamlayır və təhsilimizin inkişafı sahəsində hamınıza uğurlar arzulayıram.

Ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatının nə qədər vacib bir məsələ olduğunu sübut etməyə ehtiyac yoxdur. Həqiqətən də bir neçə il bundan əvvəl çox böyük problemə çevrilmiş bu məsələ hökumət tərəfindən 2004-cü ildə qəbul edilmiş proqram sayəsində artıq öz həllini tapmaqdadır. Mən 2007-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. özüm Ağstafa rayonundanam. Müəllim kimi fəaliyyətə başlayarkən asan yol dalınca getmədim. Bakı şəhərini və ya rayon mərkəzlərini seçmədim. Hələ məktəbdə oxuyarkən müəllim qıtlığını hiss edirdim. Ayrı-ayrı fənlər üzrə müəllim olmadığından bir müəllim bir  neçə fəndən dərs deyirdi.

Tərəddüd etmədən Dövlət Proqramı çərçivəsində güzəştli şərtlərlə Şəmkir rayon mərkəzindən 30 km aralı olan Zəyəm Cırdaxan kəndində pedaqoji fəaliyyətə başladım. Həmin kənddə tarix müəllimi olmadığından bu fənn digər qeyri-ixtisas fənn müəllimləri tərəfindən tədris edilirdi. Burada mənə işləmək üçün hər cür şərait yaradıldı, hazırda digər müəllimlərdən ikiqat artıq əməkhaqqı alıram.

Hörmətli nazirimizin məruzədə söylədiyi təkliflər mənim və digər gənc müəllimlərin ürəyindən xəbər verir. Doğrudan da, ucqar yaşayış məntəqələrindəki məktəblərə göndərilən gənc mütəxəssislərin hərbi xidmətdən azad olunması, Dövlət Proqramına əsasən verilən güzəştlərin daimi saxlanması, pul kompensasiyalarının təsirli dərəcədə artırılması ehtiyac olan kənd məktəblərinə müəllim axınına səbəb olardı.

- Hörmətli qurultay iştirakçıları!

Proqramda güzəştli şərtlərlə işləyənlər üçün torpaq sahəsinin ayrılması da nəzərdə tutulmuşdur, mənə də bu yaxınlarda bu imkan yaradılacaq. Lakin bizim kənd məktəbində qalıb fəaliyyətimizi davam etdirməmiz üçün ayrılmış torpaq sahəsində məskunlaşmağımız vacibdir. Bunun üçün ucqar kənd məktəblərini seçmiş gənc müəllimlərə güzəştli kreditlərin ayrılması məsələsinin həlli də ümumi işimizə kömək edərdi.

Bununla bağlı bir məsələni də vurğulamaq istəyirəm. 2004-cü ildə hökümət tərəfindən İnkişaf Proqramı təsdiq edildikdən sonra mənim hal-hazırda fəaliyyət göstərdiyim Şəmkir rayonu Zəyəm Cırdaxan kənd orta məktəbinə son 3 ildə 9 nəfərə  yaxın müəllim həmin proqrama uyğun təyinatla  gəlmiş və hal-hazırda fəaliyyət göstərirlər. İllərlə tələbə qəbulu olmayan bu məktəbdən bu il 7 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olmuşdur. 3 nəfər başqa rayondan olan müəllim burada ailə quraraq fəaliyyətlərini davam etdirirlər. Bəlkə mənim taleyim də belə qurula bilər. Bax, budur Dövlət Proqramının əhəmiyyəti. 

- Hörmətli həmkarlar!

Məlum olduğu kimi, hələ də respublikamızın ucqar kənd məktəblərində müəllimlərə ciddi ehtiyac vardır. Bu gün həmin məktəblərdə təhsil alan şagirdlərin gözü yoldadır. Onlanın bizim kimi məzunlara çox ehtiyacı var və bizim kimi kadrlar onlar üçün çox gərəklidir. İnsan o vaxt xoşbəxt olur ki, o, kiməsə gərəkli olsun. Ən böyük xoşbəxtlik isə Vətənə layiqincə xidmət etməkdir. Bax biz bu xoşbəxtliyi həm bizim kimi gənc müəllimləri gözləyən, çağıran şagirdlərə, həm də özümüzə nəsib etməliyik. Xalqımızın bununla bağlı gözəl maarifçilik ənənələri var. Vaxtilə görkəmli şəxsiyyət Cəlil Məmmədquluzadə xalqın maariflənlməsi, onun övladlarının təhsil alması, Azərbaycan övladının irəli getməsi üçün 10 il öz arzusu ilə kənd məktəbində müəllimlik etmişdir. Bunun üçün çıxışımın əvvəlində qeyd etdiyim kimi, hazırda xüsusi dövlət qayğısı, həvəsləndirici tədbirlər də vardır. Ona görə də bu gün bu yüksək tribunadan bütün gənc müəllimləri, vətənini sevən hər bir şəxsi bu istiqamətdə vətənpərvərlik borcunu verməyə çağırıram. 

Hesabat məruzəsində öz əksini tapmış bir vacib məsələyə də münasibətimi bildirmək istərdim. İşlədiyim məktəbdə, eləcə də bir çox müstəqil ibtidai və əsas məktəblərdə bəzi fənlər üzrə dərs saatları stavkadan aşağı olduğu üçün müəllimlər həmin məktəblərdə işləməkdən imtina edirlər.

Bu problemin aradan qaldırılması üçün həmin dərs yükünün bir stavka hesabı ilə maliyyələşdirilməsi faydalı olardı. Başqa bir çıxış yolunu isə qoşaixtisaslı müəllimlərin hazırlanmasında görürəm. Müəllim hazırlığı ilə məşğul olan ali məktəblərimizdə yaxın ixtisaslar üzrə kadr hazırlığı kənd məktəblərində təhsilin keyfiyyətinə müsbət təsirini göstərərdi.

- Hörmətli qurultay iştirakçıları!

Artıq bir ildir ki, mən müəllim kimi fəaliyyət göstərirəm və bu müddət ərzində gənc mütəxəssis kimi təcrübəmdən irəli gələn bəzi fikirləri sizinlə bölüşmək istərdim. Belə ki, müəllimliyin nə demək olduğunu, onun əsl mahiyyətini, incəliklərini burada müəllim işlədiyim dövrdə öyrəndim. Halbuki ali məktəbdə təhsil aldığım dövrdə bu məsələlərə o qədər də diqqət yetirilmirdi. Ona görə də hesab edirəm ki, müəllim hazırlığı həyata keçirən təhsil müəssisələrində bu işə daha ciddi yanaşılmalıdır. Başqa sözlə, müəllimliklə bağlı əsl vərdişlərin aşılanması üçün illik və yaxud 6 aylıq pedaqoji təcrübənin bilavasitə məktəblərdə, daha  yaxşı olardı ki, respublikanın ciddi ehtiyac olan məktəblərində keçirilməsi məqsədəmüvafiq olardı. Bu, məktəbdə həm tədrisin keyfiyyətinə öz müsbət təsirini göstərər, həm də tələbələr arzu edərsə, gələcəkdə onların həmin məktəblərdə fəaliyyət göstərmələrinə zəmin yaradar. Bu nöqteyi-nəzərdən bir fikri də diqqətinizə çatdırmaq istərdim. Əmək fəaliyyətinə  yeni başlayan gənc mütəxəssislərin müəllimlik vərdişlərinə daha yaxşı yiyələnməsi üçün müəllimlərin peşəkarlıq səviyyəsini artıran tədbirlərə, öyrədici treninqlərə cəlb olunması respublika səviyyəsində yeniliklərin əldə edilməsində xeyli fayda verərdi. 

Təhsilin sürətli inkişafı, əldə etdiyimiz nailiyyətlər göstərir ki, dövlətimizin başçısı bu sahəyə xüsusi diqqət yetirir. Əlbəttə, hər birimiz bu inkişafın davamlı olmasını istərdik. Bu səbəbdən də qarşıdakı prezident seçkilərində cənab İlham Əliyevə səs verməliyik. Biz, gənc müəllimlər artıq öz seçimimizi etmişik.

 

 

Zaqatala şəhəri Humanitar  fənlər  gimnaziyasının ali  kateqoriyalı riyaziyyat-informatika müəllimi, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, "Ən  yaxşı  müəllim" müsabiqəsinin  qalibi Bahar  İsmayılovanın çıxışı

- Hörmətli qurultay iştirakçıları!

Hər bir qurultay ölkəmizin pedaqoji, ictimai həyatında mühüm hadisədir.  Respublikamızın müstəqillik dövründə çağırılmış bu qurultay da istisna deyil. İlk  növbədə, mənə  rayondan olan müəllimə qurultayda çıxış etmək üçün söz verdiyinizə görə təşəkkür edirəm.

Bildiyimiz kimi, ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" artıq başa çatmışdır. Hörmətli nazirimizin çıxışında bu Proqram çərçivəsində ölkədə görülmüş işlər haqqında ətraflı məlumat verildi. Mən isə təmsil etdiyim rayonda bu sahədə görülən işlər və bu məsələlərlə bağlı fikirlərimi və təkliflərimi bildirmək istərdim.

ötən bir neçə il ərzində Zaqatala rayonunun əsas və orta məktəblərinin hamısı kompüter (təxminən 500 ədəd) və digər avadanlıqlarla təmin olunmuşdur. Proqram çərçivəsində hazırlanmış Azərbaycan tarixi, fizika, kimya və biologiya fənləri üzrə elektron dərs vəsaitləri məktəblərə paylanmışdır.

Məktəblərə İKT avadanlıqlarının və elektron dərs vəsaitlərinin verilməsi məsələnin bir tərəfidir. Daha önəmli olanı isə müəllimlərin bu avadanlıqlardan və vəsaitlərdən savadlı istifadə edə bilməsidir. Cari ilin aprel ayının 22-dən rayon icra  hakimiyyətinin və Sülh korpusunun (ABŞ) dəstəyi ilə rayonumuzun məktəblərindən  seçilən 45 nəfər müxtəlif fənn müəlliminə "Hər məktəbə bir İKT mütəxəssisi!" devizi  ilə  kompüter  kursları  keçirildi. Bu kursların məntiqi davamı olaraq iyul-avqust aylarında hər birində 10 nəfər olmaqla iki qrup müəllim üçün   "İntel - gələcək üçün təhsil" kursları  keçirildi. Bu  isti  yay  günlərində  müəllimlərimiz    Bakıdan  gələn  təlimçilər  təsəvvür edilməyəcək dərəcədə fədakarlıqla işlədilər, riyaziyyat,  coğrafiya,  ədəbiyyat,  ingilis  dili,  fizika,  kimya,  biologiya    s.  fənlər  üzrə  təqdimatlar  hazırlandı. Sertifikat almış 18 nəfərdən 9-u gələcək təlimlər üçün məşqçi kimi seçildi. Rayonumuzda elə  kənd məktəbləri  var  ki,  müəllimlərinin  təxminən  70%-i İKT-dən minimal  istifadə  bacarıqlarına  yiyələnmişlər.

Yaxşı mütəxəssislərin qıtlığı, intensiv şəkildə kursların təşkilinin vacibliyi hiss olunur. Azərbaycan Müəllimlər İnstitutunun yerlərdə filialları var. Nazirlik səviyyəsində bu filiallarda müəllimlər üçün intensiv kurslar təşkil olunsa, müəyyən müddətə müəllimlərimizin hamısı İKT ilə işləmə bacarıqlarına yiyələnə bilər.

DATA informasiya mərkəzinin yaradılması bizi çox sevindirir. Müəllimlər hər bir şagirddə informasiya əldə etmə, ötürmə qabiliyyəti, informasiya mədəniyyətinə yiyələnmə vərdişi yaratmağa çalışmalıdır. Müəllimlərimiz şagirdləri, valideynləri ustalıqla başa salmalıdırlar ki, İnternetdən ancaq əyləncə vasitəsi kimi istifadə etmək olmaz. İnternet istifadəçilərin intellektual səviyyəsinin inkişafına xidmət etməlidir.

Hörmətli Misir müəllim, fürsətdən istifadə edərək Sizi əmin etmək istəyirəm ki, əgər bizə dəstək olarsa, Zaqatala pilot rayonu kimi seçilərsə, inşallah, 2008-2009-cu dərs ilinin sonunda Zaqatalada kompüter texnologiyalarından  istifadə edə bilməyən bir  müəllim  belə  qalmayacaq!

Pedaqoji ali məktəblərdə tədris olunan informatika fənni tədris prosesində İKT-dən istifadə fənni kimi tədris olunsa və ona ayrılan saatların miqdarı artırılsa, ali təhsil almış mütəxəssislərin yenidən İKT bacarıqlarına yiyələnməsinə ehtiyac qalmaz.

Müəllimlərin işə qəbulu zamanı onların kompüterlə işləmə bacarığı vacib şərtlərdən, meyarlardan biri kimi nəzərə alınsa, yaxşı olar.

Yaxşı olardı ki, vaxtaşırı İKT-dən istifadənin rayonlar üzrə monitorinqi keçirilsin.

Bir neçə kəlmə də informatika fənni haqqında. İnformatikanın ayrıca fənn olaraq artıq 1-ci sinifdən tədris olunması Təhsil Nazirliyinin bu işə nə qədər önəm verdiyini göstərir. Milli Kurrikulum əsasında hazırlanmış 1-ci siniflər üçün "İnformatika" dərsliyi, "Müəllim üçün vəsait" və "İş dəftəri"ndən ibarət dərslik komplekti isə həm  məzmunu, həm də çox nəfis tərtibatı ilə seçilir. "Bakı" nəşriyyatı tərəfindən hazırlanmış 1-ci siniflər üçün İnfo-ko diskinin sınaq versiyası rayonumuzda və məktəbimizdə istifadə olunur. Təkcə informatika fənni ilə məhdudlaşmayan, 1-ci sinifdə tədris olunan bütün fənlərlə inteqrasiyanı nəzərdə tutan bu disk çox böyük marağa səbəb olmuşdur. Bu cür elektron  vəsaitlərin məktəblərə verilməsi bizim fəaliyyətimiz üçün geniş imkanlar açır.

Son 3 il ərzində 1-ci sinifdən 9-cu sinfədək bütün siniflər üçün "İnformatika" dərsliyinin hazırlanıb şagirdlərin istifadəsinə verilməsi də xüsusi qeyd olunmalıdır.

Hörmətli Misir müəllim, fürsətdən istifadə edib həm informatika müəllimlərinin, həm şagirdlərin, həm də valideynlərin bir istəyini diqqətinizə çatdırmaq istərdim. Bu ildən 1-ci sinifdən informatikanın əsas fənn kimi tədris planında olması çox  sevindirici haldır. Yaxşı olardı ki, yuxarı siniflərdə də, yəni V-IX  siniflərdə  informatika əsas fənn kimi  tədris  planına  salınsın. Yaxşı başa düşürük ki, tədris planlarında dəyişiklik edilməsi, oraya yeni fənn daxil edilməsi, hər hansı fənnin saatlarının artırılması asan məsələ deyil, çünki bu zaman başqa bir fənnin saatları azaldılmalıdır. Amma yaşadığımız dövr artıq bunu tələb edir, dünya ilə ayaqlaşmaq bunu  tələb edir. ölkə rəhbərliyi  səviyyəsində  İKT sahəsinin prioritet  hesab olunduğu, ölkəmizin iqtisadi imkanlarının günbəgün artdığı, məktəblərimizin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunduğu, müvafiq dərsliklərin olduğu, müəyyən qədər kadrların hazırlandığı bir zamanda informatikanın bütün siniflərdə əsas fənn kimi tədris planına salınmasının  vacibliyi hiss olunur. Yeri gəlmişkən, bir fikrimi də bildirmək istərdim. Məktəblərdə informatika fənninə olan münasibəti dəyişmək üçün buraxılış imtahan suallarından bir neçəsinin bu fəndən olması daha yaxşı olardı.

Hörmətli Misir müəllim, hazırda respublikamızda təhsil sisteminin informasiyalaşdırılması prosesinin getdiyi bir zamanda bir məsələ də gündəmə gəlir. Bu gün rayon təhsil şöbələrində informasiya və kommunikasiya texnologiyalarına  cavabdeh olan və müavin səlahiyyətli mütəxəssisin olması  zərurəti duyulur. Eyni zamanda xüsusi məktəblərdə, liseylərdə İKT üzrə direktor müavininin  olması da bu istiqamətdə görülən işlərin keyfiyyətinə və sürətinə böyük təsir  göstərə bilər.

Fürsətdən istifadə edərək, "Ən yaxşı  müəllim" müsabiqəsinin qalibləri  sırasında olan müəllim yoldaşlarım adından əməyimizin belə yüksək    qiymətləndirilməsinə görə cənab Prezidentə dərin təşəkkürlərimizi və  minnətdarlığımızı bildiririk. Bu  qələbə bizə qürur  gətirməklə yanaşı, məsuliyyətimizi    dəfələrlə  artırır    bundan sonra işlərimizi daha da yaxşı qurmağa  həvəsləndirir! Yeri gəlmişkən, 100 ən yaxşı müəllimdən 10 nəfərinin İnformatika müəllimi olması faktının özü ümidlərimizi daha da artırır. Bu  işləri,  inşallah, uğurla  görəcəyimizə  inanırıq,  çünki  müəllimlərimizin  qüvvəsinə  inanırıq, rəhbərliyimizə inanırıq, çünki biz Azərbaycan adlı məmləkətin  övladlarıyıq, çünki biz ümummilli liderimizin tövsiyələrinə  daim  əməl  etmək  üçün var qüvvəmizlə  çalışırıq.

Qarşıdan prezident seçkiləri gəlir. Mən bitərəfəm. Heç vaxt heç bir partiyanın üzvü olmamışam. ömrünü xalqına  həsr etmiş görkəmli dövlət xadimi, dünya şöhrətli  siyasətçi, fenomenal şəxsiyyət, mahir diplomat, elmi düşüncənin müxtəlif sahələrinə aid orijinal ideyalar müəllifi ulu öndərimizin layiqli davamçısının yeritdiyi siyasəti dəstəkləyənlər təkcə müxtəlif partiyaların üzvləri deyil, minlərlə ədalətli bitərəflər ordusudur. Seçkilərin şəffaf olacağına və vətəndaşlarımızın layiqli namizədə səs verəcəyinə  hamımız inanırıq. 

Neftimiz əbədi və tükənməz sərvət deyildir. XX əsrin məşhur  ziyalısı Əlibəy  Hüseynzadənin  təbirincə  desək,  türk dünyada üçüncü dəfə öz ağılı və biliyi ilə  parlamalıdır. Birinci dəfə Turan dövründə qılıncı ilə, ikinci dəfə islam dövründə  etiqadı ilə parladığı kimi. Olduğumuz yerdən, tutduğumuz mövqedən asılı  olmayaraq, bu günü görmək üçün hər bir müəllim əlindən gələni etməyə çalışmalıdır. Ulu Tanrı hamımıza yardımçı olsun!

Diqqətinizə  görə  çox  sağ  olun!

 

 

Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərovanın çıxışı

- Hörmətli qurultay iştirakçıları!

Sizi Lənkəran rayonunun pedaqoji ictimaiyyəti adından salamlayır, şərəfli işinizdə uğurlar arzulayıram.

- Hörmətli nazirimizin hesabat məruzəsində son 5 ildə Azərbaycan təhsilinin keçdiyi inkişaf yolları, habelə problemlər və qarşıda duran vəzifələr ətraflı şəkildə işıqlandırıldı.

Hörmətli qurultay iştirakçıları, mən 18 ildir ki, Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə rəhbərlik edirəm. ötən illərlə müqayisə etdikdə təhsil sahəsində əldə edilmiş uğurlar bu gün daha da aydın görünür. Ulu öndərimiz Heydər Əliyevin dövlət müstəqilliyinin hələ ilk illərindən təhsilimizin inkişafı ilə bağlı irəli sürdüyü konseptual ideyalar, onun bilavasitə təşəbbüsü ilə başlanan təhsil islahatları öz bəhrəsini verməkdədir. 5 il bundan əvvəl bizə desəydilər ki, az müddət keçəcək, Azərbaycanda 1300 yeni məktəb binası tikiləcək, məktəblərin hamısı müasir kompüterlərlə təmin olunacaq, onların əksəriyyəti ən yeni avadanlıqlarla təchiz ediləcək, bütün bunlar hamıya xəyal kimi görünərdi. Lakin xəyallar artıq həqiqətə çevrilmişdir və təhsilimizin davamlı inkişafı bu günümüzün reallığıdır. Bu inkişaf isə birmənalı şəkildə demək istəyirəm ki, ölkə Prezidenti möhtərəm İlham Əliyevin təhsilimizə müntəzəm diqqət və qayğısının nəticəsində mümkün olmuşdur.

Son 5 ili əhatə edən hesabat dövrü bizim məktəbimiz üçün də əlamətdar sayıla bilər. Bu müddət ərzində məktəbi bitirən 526 nəfər məzundan 183 nəfəri ali məktəblərə qəbul olmuş, 600-dən çox bal toplayanların sayı 2005-ci ildən etibarən ilbəil artmışdır. ötənilki məzunlarımızdan bir nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. 10 nəfər məzunumuz hazırda xarici ölkələrin ali məktəblərində təhsil alır.

Məktəbimiz Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müasir Tədrisə və Təlimə Yardım Mərkəzi, YUNİSEF tərəfindən həyata keçirilən layihələrin, ABŞ Təhsil Şurasının təşkil etdiyi FLEX müsabiqəsinin fəal iştirakçısı, 2000-ci ildən YUNESKO-nun "Assosiativ Məktəblər Proyekti"nin üzvüdür. Müəllimlərimiz Ukraynada, Rusiyada və Litvada təcrübə mübadilələrində olmuşlar. Eyni zamanda məktəbdə şagird parlamenti, Valideyn-Müəllim Assosiasiyası fəaliyyət göstərir. Bizim üçün çox əlamətdardır ki, məktəbimizin V-XI siniflərində hər 29 şagirdə 1 kompüter nisbəti təmin edilmişdir. Bunun nəticəsidir ki, fizika, kimya, biologiya, xarici dil dərslərində, ibtidai siniflərdə elektron təlim materiallarından səmərəli istifadə edə bilirik.

Hörmətli həmkarlar, indi isə hörmətli nazirimizin hesabat məruzəsində qaldırılan məsələlərlə əlaqədar bəzi təkliflərimi bildirmək istəyirəm. Heç şübhəsiz, bu dərs ilindən etibarən birinci siniflərdən başlayaraq yeni kurrikulumlarla tədrisə keçilməsi Azərbaycanın ümumi təhsil sistemində əlamətdar bir hadisədir. Bununla belə, hesab edirəm ki, dərs ili yekunlaşana qədər hər bir fənn üzrə müəyyənləşdirilmiş dövlət standartlarının səviyyəsi, yeni dərslik və dərs vəsaitlərinin məzmun baxımından keyfiyyəti barədə müəllimlərin rəy və təkliflərinin öyrənilməsi və bunların əsasında müvafiq təkliflərin hazırlanması məqsədəuyğun olardı. Eyni zamanda ibtidai təhsil pilləsinin sonunda şagirdlərin bilik səviyyəsinin monitorinqinin keçirilməsi üzrə çevik mexanizmlərin hazırlanıb tətbiq olunması da ümumi işə böyük fayda verərdi.

Əziz həmkarlar, hörmətli nazirimizin məruzəsində toxunulan summativ qiymətləndirilmə formasını eksperiment qaydasında məktəbimizin lisey siniflərində tətbiq etməyə çalışırıq və bunun müsbət nəticələrini görürük. Həqiqətən də, cari qiymətləndirilmə praktikasından uzaqlaşmağın vaxtı gəlib çatmışdır. Lakin biz özümüz də hiss edirik ki, summativ qiymətləndirilmə ilə bağlı tətbiq etdiyimiz mexanizm təkmil deyildir, bilavasitə şəxsi mülahizələrimizə əsaslanır. Ona görə də yaxın vaxtlarda nazirlik səviyyəsində hərtərəfli düşünülmüş summativ qiymətləndirmə modelinin hazırlanmasına böyük ümidlər bəsləyirik.

Yeri gəlmişkən, həm də təklif edirəm ki, məktəb rəhbərlərinin, müəllim və şagirdlərin, valideynlərin məsuliyyətinin artırılmasında, məktəbin nüfuzunun və təlim keyfiyyətinin yüksəldilməsində müstəsna əhəmiyyətini nəzərə alaraq, növbəti dərs ilindən ölkə üzrə əsas və orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri texniki vasitələrlə yoxlanılmaqla mərkəzləşdirilmiş qaydada aparılsın.

- Hörmətli qurultay iştirakçıları, hesabat məruzəsinə istinad edərək onu da demək istəyirəm ki, pedaqoji kollektivlərin peşəkar səviyyəli, səriştəli müəllimlərlə komplektləşdirilməsi hər bir direktorun arzusudur. öz işinə bağlı olan, təhsilimizin təəssübünü çəkən direktorları digər problemlərlə yanaşı, iki məsələ daim düşündürür. Məktəbə yeni gələn gənc mütəxəssislərin peşə ustalığının təkmilləşdirilməsi və müəllim sənətinə təsadüfən düşən, kollektiv üzvləri, şagirdlər, valideynlər arasında nüfuz qazana bilməyən üzdəniraq müəllimlərin məktəbdən uzaqlaşdırılması.

Əlbəttə, gənc mütəxəssislərin məktəbdə təcrübəli müəllimlərə təhkim edilməsi müəyyən fayda verir, belə praktika həmişə olmuşdur. Lakin düşünürəm ki, gənc mütəxəssislərin həmin müddət bitənə qədər ixtisasartırma kurslarına göndərilməməsi təcrübəsindən əl çəkmək lazımdır. Həm də belə müəllimlər üçün kurslar ayrıca təşkil edilməli, proqramlar fərqli tərtib olunmalıdır.

İkinci məsələyə gəlincə isə müəllim fəaliyyətinin gələcəkdə lisenziyalaşdırılması ilə bağlı məruzədə qaldırılan məsələ şəxsən mənim ürəyimcə oldu. Belə bir iş forması nə qədər tez tətbiq olunarsa, müəllimlik peşəsinə uyğun olmayanların məktəblərdən uzaqlaşdırılması prosesi daha da tez reallaşar.

- Hörmətli həmkarlar, qısa bir çıxışda, əlbəttə, əksər problemləri əhatə etmək mümkün deyildir.

Yekun olaraq ölkəmiz üçün taleyüklü bir məsələyə toxunmaqla çıxışımı bitirmək istəyirəm. Bu, oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Hesab edirəm ki, qədirbilən Azərbaycan vətəndaşları bu seçkilərdə ən layiqli namizəd olan İlham Əliyevə səs verməklə birmənalı şəkildə ulu öndər Heydər Əliyev kursuna, ölkəmizin dinamik inkişafına, sülh və əmin-amanlığa, təhsilimizin işıqlı sabahına səs vermiş olacaqlar.

Diqqətinizə görə təşəkkür edirəm!

 

 

Gəncə şəhəri 22 nömrəli orta məktəbin müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Afaq Əliyevanın çıxışı

- Mən də həmkarlarımın fikrinə qoşularaq xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan  müəllimlərinin XIII qurultayı ölkəmizin təhsil həyatında çox böyük hadisədir. Şübhə etmirəm ki, Azərbaycan müəllimləri bu qurultaydan, onun qəbul etdiyi qərarlardan çox şey gözləyir. Bu qərarlar, əlbəttə ki, təhsilin inkişafına müsbət təsir göstərəcəkdir.

Hörmətli nazirimizin məruzəsində 5 il ərzində görülən işlər və problemlər, gələcək perspektivlər ətraflı şəkildə işıqlandırıldı. Qeyd olundu ki, yeni kurrikulumlarla tədrisə bu dərs ilindən etibarən I siniflərdən başlanmış və ümumi təhsil sistemində yeni mərhələnin təməli qoyulmuşdur. Nəticəyönümlü, şagirdyönümlü təlim prosesinin qurulmasını, inkişafetdirici təlim və pedaqoji texnologiyaların tətbiqini zəruri amillər kimi nəzərə alaraq, təlim məqsədlərinin kompleks şəklində həyata keçirilməsi üçün müəllim və şagird fəaliyyətinin tənzimlənməsi vacib şərtdir. Ona görə də bu il I siniflərdə tədrisə başlayan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. İbtidai pillə təlimin ən çox diqqət və gərgin əmək tələb edən hissəsidir. Bir ibtidai sinif müəllimi olaraq demək istərdim ki, təlimin ilk pilləsi üçün hazırlanmış standartlar böyük dəqiqliklə işlənmişdir. Standartda nəzərdə tutulmuş tələblərin məktəblilər tərəfindən yeninə yetirilməsi onların zəruri bilik, bacarıq və vərdişlərə yiyələnmələrinə, ətraf aləmə uyğunlaşmalarına, əmək fəaliyyətinə, özünüqiymətləndirmə və özünənəzarət qabiliyyətinin formalaşmasına nail ola, nəticə etibarilə təlimin sonrakı mərhələsinə hazırlaşa bilərlər. Bu prosesdə əqli-idraki hazırlıqla yanaşı, kommunikativ, mənəvi, əmək, estetik və fiziki hazırlıq da təmin edilir.

Əvvəlki təhsil sistemində təlim göstəriciləri üçün belə bir paradiqma mövcud idi: "Bilik gücdür" və əvvəlki təlim standartlarına görə şagirdlər bilik bazasına malik olmalı idilər. Amma şagirdlərə külli miqdarda verilən biliklərin böyük bir qismi həyatda heç vaxt onlara lazım olmur. Yeni standartların istinad olduğu paradiqma isə belədir: "Bilik idrakdır". Yeni standart göstəricilərinə görə, şagirdlərin yalnız hafizəsi deyil, daha çox yaradıcı təxəyyülü və düşünmək qabiliyyəti inkişaf etdirilməlidir. Plutarxın belə bir sözü var: "Düşüncə boş qab deyil ki, onu nə iləsə doldurasan. O, bir məşəldir, onu alışdırmaq lazımdır". Düzdür, real nəticələrə istiqamətlənmiş problemli tapşırıqlar ibtidai sinif şagirdlərində həyati bacarıqlar formalaşdıran təfəkkürün inkişafına birbaşa təsir edir. Lakin bu, hələ kifayət deyildir. Qazanılan bilikləri, alınan informasiyaları yaradıcı tətbiqetmə ilə bağlı şagirdlərdə xüsusi keyfiyyətlər formalaşdırılmalıdır. Fikrimcə, müasir təlimdə bu, ən əsas məsələlərdən biridir.

Kurrikulum islahatının həyata keçirilməsi ilə bağlı olaraq ölkəmizdə xeyli sayda müəllimlər treninq və seminarlarda iştirak etdilər. Axı təlim prosesinin çox əhəmiyyətli mərhələsi olan inkişafetdiricilik o zaman təmin olunar ki, müəllim onun metodikasına mükəmməl yiyələnsin. Müəllimin özü inkişaf etməlidir ki, şagirdlərini də inkişaf etdirə bilsin. Şagirdlərə öyrənməyi öyrətmək üçün öyrənməyi öyrədənin özü öyrənməyi və öyrətməyi öyrənməlidir. Yalnız hərtərəfli təhsil, öz fənnini dərindən bilən, dərsdə rəngarəng üsul və priyomlardan istifadə edən müəllimin sinfində şagirdlərin idrak fəaliyyəti inkişaf edir.

Rojdestvenski yazır: "Ən çox üsullar və priyomlar uşaqların gücünə müvafiqdir ki, onlar uşaqları fəal, müstəqil işləməyə, izah etməyə, mühakimə yürütməyə, oxşarlıq və fərqə görə tutuşdurmağa, ümumiləşdirməyə, nəticə çıxarmağa məcbur edir". Peşəkar müəllim, sözsüz ki, ən səmərəli və məqsədəuyğun texnologiyalardan istifadə etməyə çalışır. Hazırkı mərhələdə müəllimin peşəkarlığından söz açmaq böyük əhəmiyyət kəsb edir, çünki XXI əsrin məktəbi bu gün yaranır. Məktəbin inkişafı müəllimlərin ideya mətinliyindən, əqidəsindən, qəlblərdə özünə yer etməsindən, pedaqoji ustalığından, yaradıcılığından, başqalarına nümunə ola bilməsindən asılıdır. Müəllimin öz ixtisasına mükəmməl yiyələnməsi, pedaqoji nəzəriyyəyə ciddi maraq göstərməsi, qabaqcıl təcrübəni öyrənməsi, yenilik axtarması, yaradıcı fəaliyyəti, daim inkişafda olması vacib şərtlərdən biridir.

Məncə, bu, diqqət yetiriləcək vacib bir sahədir. çünki müəllimlərin ixtisasının artırılması sahəsində görüləsi çox işlərə ehtiyac var. Əgər ölkədə Təhsil islahatı həyata keçirilərsə, yeni layihə tətbiq olunarsa, necə olar ki, bu layihəni həyata keçirən əsas hərəkətverici qüvvə olan müəllimlər köhnə sistemlə hazırlanaraq yeni göstərici və standartlara cavab versinlər. Mən təklif edərdim ki, müəllimlərin ixtisasartırması və peşəkarlıq səviyyəsinin artırılması sahəsində yeni məzmunu əks etdirən kurrikulumlar hazırlansın. Mən də bir ibtidai sinif müəllimi kimi fikirləşirəm ki, bu işlər davamlı olmalıdır. Milli Kurrikulumun səmərəli tətbiqinin həyata keçirilməsi üçün təhsil sistemində müəllim korpusunun hazırlanması, yenidən hazırlanması və ixtisasının artırılması modernləşdirilməli, xüsusilə beynəlxalq təcrübə nəzərə alınaraq inkişaf etdirilməlidir.

Bu sahədə Azərbaycanda xeyli metodik vəsaitlər çap olunsa da, hələ də yenilərinə ehtiyac var. 2007-ci ildə "Kurrikulum" jurnalının nəşrinə başlanması əhəmiyyətli bir hadisədir. Bu jurnalda dərc olunan yazılar və praktik dərs nümunələri biz müəllimlərə çox kömək edir. Yaxşı olardı ki, bu  jurnala əlavələr də dərc olunaydı və bu əlavələrdə müasir dərs nümunələri, xarici ölkələrin dərs nümunələri, test nümunələri çap olunaydı.

Təklif etmək istərdim ki, tədris planlarında dərsdənkənar məşğələlərin keçirilməsi ilə bağlı metodik vəsaitlər və tövsiyə xarakterli materiallar çap olunsun. I siniflərin tədris planı ayrıca təsdiq olunub. Dərsdənkənar məşğələlərə 2 saat vaxt ayrılıb və bu yaxşı haldır. İstərdik ki, bu standartlardan istifadənin mexanizmi hazırlansın və sənəd şəklində biz müəllimlərə çatdırılsın.

İnanıram ki, XXI əsrdə Azərbaycanda təhsil quruculuğu sahəsində başlanan islahatlar uğurla davam etdiriləcəkdir. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsindəki mövcud problemlər, çatışmazlıqlar tezliklə aradan qaldırılacaq. Buna görə də biz qarşıdan gələn seçkilərdə layiqli liderə - İlham Əliyevə səs verəcəyik.