· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Balaqusar kəndinin şagirdləri dərs ilinə yeni binada başladılar

AzərTAc xəbər verir ki, sentyabrın 27-də Prezident İlham Əliyev Qusar rayonunun Balaqusar kənd orta məktəbinin yeni binası ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin binasının qəza vəziyyətində olması burada tədris prosesinin normal təşkilinə imkan vermirdi. Bunu nəzərə alaraq, 2007-ci ildə Heydər Əliyev Fondunun sifarişi ilə 500 şagird yerlik yeni binanın tikintisinə başlanmış və o, 2008-ci ilin sentyabrında istifadəyə verilmişdir. 25 sinif otağından əlavə, məktəbdə geniş idman salonu, fənn kabinetləri, kompüter otağı, atıcılıq tiri, akt salonu, kitabxana var. Bina mərkəzləşdirilmiş istilik sistemi ilə də təchiz olunmuşdur. Həyətdə geniş stadion, voleybol və basketbol meydançaları tikilmişdir. Məktəbin qarşısında 1300 kvadratmetrdən artıq sahəyə plitə döşənmiş, dekorativ ağaclar əkilmiş, oturacaqlar qoyulmuş, müasir işıqlandırma sistemi qurulmuşdur.

ümumiyyətlə, 2000-2008-ci illər ərzində Qusar rayonunda müxtəlif maliyyə mənbələri hesabına 6 məktəb tikilmiş, 7 məktəb əsaslı təmir edilmişdir. Heydər Əliyev Fondunun vəsaiti hesabına isə 2003-2008-ci illərdə 1920 şagird yerlik yeddi yeni məktəb tikilmiş, 240 şagird yerlik Samur qəsəbə məktəbinin və 500 şagird yerlik şəhər 1 nömrəli orta məktəbin binaları əsaslı təmir olunmuşdur. 

 

 

 

 

Akademik Zərifə xanım Əliyeva adına 8 nömrəli məktəb-lisey ilə tanışlıq

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Xaçmaz şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey ilə tanış olmuşdur. Dövlətimizin başçısı əvvəlcə Zərifə xanımın məktəb-liseyin qarşısındakı abidəsi önünə gül dəstəsi qoydu. Müasir xarici görünüşü ilə seçilən 1176 şagird yerlik bu məktəb-lisey Prezidentin sərəncamı ilə 2007-ci ildə tikilmişdir. üçmərtəbəli binada 65 sinif otağı vardır. Şagirdlərin təlim-tərbiyəsi ilə 98 pedaqoq məşğul olur. Təhsil ocağında Zərifə Əliyeva muzeyi və guşəsi yaradılmış, burada görkəmli oftalmoloq-alimin həyat və fəaliyyətinə dair fotoşəkillər, sənədlər, eksponatlar toplanmışdır. Şagirdlərin təhlükəsiz gediş-gəlişi üçün binanın qarşısında yeraltı keçid tikilmişdir.

Prezident İlham Əliyev sinif otaqlarına, muzeyə, idman salonuna baxdı, bütün ləvazimatlarla təchiz edilmiş məktəb-liseyin kollektivinə uğurlar arzuladı.

Bununla da Prezident İlham Əliyevin ölkəmizin şimal bölgəsinə səfəri başa çatdı.

 

 

 

 

Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan qadınlarının ölkənin inkişafında rolunu nəzərə alaraq elm, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə aşağıdakı qadınlar təltif edilsinlər:

 

"Şöhrət" ordeni ilə

 

Araslı Nüşabə Həmid qızı

Əliyeva Nurlana Müzəffər qızı

Qəhrəmanova Sədaqət Məmmədyar qızı

 

"Tərəqqi" medalı ilə

 

Əmiraslanova Lətifə Novruz qızı

Əsədullayeva Nailə Hamlet qızı

Hacalıyeva Rəfiqə Alı qızı

Hacıyeva Almaz Hümbət qızı

Həsənova Güləndam Mahmud qızı

Hüseynova Elmira Əsəd qızı

Hüseynova Rəna Nüsrəddin qızı

Xəlilova Firuzə Ərzixan qızı

İsrafilova Fatma Paşa qızı

Qasımova Solmaz Vəli qızı

Məmmədova Əzizə Eynulla qızı

Seyidova Rahilə Mikayıl qızı

Şahmalıyeva Sima Xanlar qızı

Yusifova Şəfiqə Mahmud qızı

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 sentyabr 2008-ci il

 

 

 

 

Azərbaycan qadınlarının bir  qrupuna fəxri adların verilməsi haqqında

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan qadınlarının ölkənin inkişafında rolunu nəzərə alaraq mədəniyyət, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə aşağıdakı qadınlara Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

"Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi"

 

Əsgərova Nigar Cərulla qızı

Məmmədova Validə İmran qızı

 

"Azərbaycan Respublikasının əməkdar müəllimi"

 

Hüseynova İradə Mehdiqulu qızı

İsrafilbəyova Bidubə Abbas qızı

Mikayılova Aygün Arif qızı

Mirabdullayeva Xanım Seyidbaba qızı

Mirzəyeva Lətifə Aslan qızı

Muradova Ofelya Aslan qızı

Naxçıvanlı Aqiyə Həbib qızı

Seyidova Adilə Bağır qızı

Seyidova Rahilə Şahbaz qızı

Səlimova Nigar Əzizağa qızı

Şükürova Elmira Əvəz qızı

Vəliyeva Məhəbbət Məhərrəm qızı

 

"Azərbaycan Respublikasının əməkdar həkimi"

 

Bağırova Hicran Firudin qızı

Mircavadova Almaz Qafar qızı

Tapdıqova Elmira İsmayıl qızı

 

"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi"

 

Adıgözəlova Telnaz İsa qızı

Axundova Raziyə Əliş qızı

Əliyeva Elmira Hümmət qızı

Hacıyeva Məryəm Zəkrulla qızı

Xəlilova Rəxsanə Ələvəz qızı

İbrahimova Sara Hökmulla qızı

İslamova Oliya Zəbi qızı

İsmayılova Xuraman İsbi qızı

Məlikova Zərifə Xanağa qızı

Mövsümova Lətifə Əjdər qızı

Salayeva Natella Sirac qızı

Vəzirova Liana Leonidovna

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 sentyabr 2008-ci il