|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Qubada üç məktəb binası tikilir Qubada Heydər Əliyev Fondunun təşəbbüsü
ilə 16, dövlət vəsaiti və digər
mənbələr hesabına 17, Yaponiyanın
Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi
ilə 1 məktəb binası tikilib istifadəyə
verilmişdir. Hazırda Susay, Güləzi və Söhüb
kəndlərində dövlət vəsaiti ilə yeni
məktəb binaları tikilir. Dövlət əsaslı
vəsait qoyuluşu hesabına 3 şəhər, 2
qəsəbə məktəbinin, texniki təmayüllü
liseyin binaları əsaslı təmir olunmuşdur. Digər kəndlərdəki 30
məktəb binası yerli icra nümayəndəlikləri,
bələdiyyələr və iş adamlarının
hesabına cari təmir olunmuşdur. Təhsil müəssisələrinə noutbuk və proyektorlar verilir Təhsil Nazirliyindən bildirmişlər
ki, ilin sonunadək 100-dən çox məktəbə
əlavə noutbuk və proyektorlar veriləcəkdir. Xatırladaq ki, ümumilikdə 1000-dən artıq
təhsil müəssisəsi qeyd edilən texniki avadanlıqla
təchiz olunmuşdur. AzərTAc
|