|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycanın birinci xanımının kitabı ABŞ Konqresinin kitabxanasına təqdim edilmişdir ABŞ Konqresi kitabxanasının
Azərbaycan bölməsinə daha bir nəşr
əlavə olunmuşdur. Dünya şöhrətli musiqiçi
və ictimai xadim, 20 il ABŞ Milli Simfonik Orkestrinə başçılıq
etmiş Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş
silsilə tədbirlər çərçivəsində maestronun
Bakı həyatından bəhs olunan "Rostropoviç"
kitabı Konqres kitabxanasına təqdim edilmişdir. Kitabın
müəllifi Azərbaycanın birinci xanımı,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevadır. Təqdimat mərasimində Rostropoviçın
Bakıdakı ev-muzeyi tərəfindən təşkil
olunan və Azərbaycan hökuməti tərəfindən
Konqres kitabxanasına hədiyyə edilmiş fotosərgi
də boyük maraqla qarşılanmışdır. Baş kitabxanaçı Ceyms Billinqton yeni kitabın
Azərbaycan bölməsinə əlavə edilməsini yüksək
dəyərləndirmişdir. O bildirmişdir ki, hazırda
Konqres kitabxanasında Azərbaycanla bağlı 138 müxtəlif
nəşr və fotoarxiv vardır. Maestronun qızı Olqa Rostropoviç çıxışında
atasının həyatında Azərbaycanın mühüm rol
oynadığını demişdir. O, Azərbaycan
Prezidenti İlham Əliyevi son seçkilərdə inamlı
qələbəsi münasibətilə təbrik
edərək demişdir: "Mənim atam Bakıda
həyatının ilk və xoşbəxt illərini keçirmişdir.
ömrünün son illərində isə o, özünə Bakıda çoxlu
dost qazanmışdır. Onların arasında möhtərəm
Prezident İlham Əliyev və onun gözəl xanımı
Mehriban Əliyeva da vardır". Azərbaycanın Vaşinqtondakı
səfiri Yaşar Əliyev çıxışında vurğulamışdır
ki, YUNESKO-nun xoşməramlı səfirləri kimi
Mstislav Rostropoviç və Mehriban Əliyeva dünyada
mədəniyyət və incəsənətin, o cümlədən
musiqinin təbliğinə dair bir sıra
layihələrdə birgə çalışmışlar. Doğulduğu
Bakı Rostropoviçə çox şey verdiyi kimi, maestro da
həyatının son illərində Azərbaycan paytaxtına
səfərləri zamanı çox işlər görmüşdür.
Hər gəlişində o, Dövlət Konservatoriyasında
ustad dərsləri keçməklə Azərbaycanın musiqi
sənətinə dəyərli töhfələr vermiş,
çadır düşərgələrində olmuş, sosial
layihələrdə iştirak etmişdir. Səfir
təqdim edilən kitaba istinadən bildirmişdir ki,
ailəsinin sözlərinə görə, həyatla vidalaşan
maestronun son sözlərindən biri "Demək, mən Bakıya
gedə bilməyəcəm" ifadəsi olmuşdur. Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri Vaşinqton
Rusiya təhsili ciddi də yişikliklər ərəfəsində 2008-ci il oktyabrın 15-də Rusiya
Federasiyasının Prezidenti D.Medvedyev Rusiya Prezidenti yanında
elm, texnologiya və təhsil üzrə Şuranın (yeni
heyətdə) ilk yığıncağını keçirib.
Yığıncaq bütövlükdə Rusiyada ümumi orta
təhsilin inkişafına həsr olunub. Müəllimlər, ekspertlər, orta
məktəb direktorları, regionlardakı icra
hakimiyyətlərinin rəhbərləri və
məktəb ictimai şuraları sədrlərinin iştirak
etdiyi iclasda Rusiya Prezidenti D.Medvedyev çıxış
edərək 10-15 ildə ölkənin təhsil sistemi qarşısında
duran vəzifələrdən danışıb. O qeyd edib
ki, bu heyətin dəvət olunması məktəb və
təhsildə köklü dəyişikliklərin müzakirə
olunması ilə bağlıdır. Bu məsələ ölkənin milli inkişafı
ilə əlaqədardır və hər bir vətəndaşa
aiddir. Cənab D.Medvedyev bildirib ki, Rusiya təhsilində
hər 10-15 ildən bir köklü dəyişiklik baş verir.
Sosioloji sorğuya görə 70 faizdən çox Rusiya
vətəndaşı təhsildə dəyişikliyin,
yeniliyin tərəfdarı, yarıdan çoxu isə
təhsilin çox aşağı səviyyədə olduğunu
bildirir. Bu, həyəcanlı rəqəmlərdir. Bu göstərici
bizi ehtiyatlı olmağa çağırır. D.Medvedyev ölkə təhsilində olan
problemlərdən danışarkən qeyd etmişdir ki,
ölkənin ümumtəhsil məktəblərində 13 milyon
700 min şagird təhsil alır. Bu, çox böyük
rəqəmdir. Az qala ölkə əhalisinin 10 faizinə
bərabərdir. 60 min məktəbdən 3/2 hissəsini
kənd məktəbləri təşkil edir. Burada hamı
yaxşı bilir ki, kənd məktəbləri nə
vəziyyətdədir. Orada mərkəzi su təchizatının,
kanalizasiya sisteminin nə vəziyyətdə olduğunu
hamı yaxşı başa düşür. 18 min məktəb
əsaslı təmir olunmur, 1000-dən çox məktəb
qəza vəziyyətindədir. Həmin
məktəblər üçün biz təcili tədbir görməliyik.
Rusiya Prezidenti ölkə üçün xarakterik olan
milli proqramlardan danışarkən demişdir: - Hesab edirəm ki, "Təhsil" milli
proqramı heç də pis ideya deyildir. Mən bu işlə
məşğul olmuşam və hazırda həmin bu
layihəyə rəhbərlik edirəm. Hər halda, biz müxtəlif
istiqamətdə bu sahəyə kömək etməliyik. Belə proqramlardan "Sinif
rəhbəri", "Ən yaxşı müəllim",
"İnvetsion məktəb", "İstedadlı
gənclər", "İnternet", "Tədris
ləvazimatları", "Məktəbli yeməyi",
"Kənd məktəbinin avtobusu" və bu kimi proqramlar müəyyən
nəticələrə gətirib çıxardı. Bunlar ona
görə lazım idi ki, bu sahələrdə
vəziyyət olduqca acınacaqlı idi. Bu proqramların həyata keçməsi zamanı
bir sıra problemlər də ortaya çıxdı ki, o da
obyektiv həll olundu. Biz bu təcrübəni qoruyub saxlamalıyıq.
Qarşıda duran
vəzifələrdən bəhs edən D.Medvedyev bildirib
ki, indi əsas məsələlərdən biri şagirdlərin
yaxşı oxuması, onun yeməyinin və sağlamlığının
qorunması və uşaqlar üçün ən yüksək şəraitin
yaradılmasından ibarətdir. Bu sözlərin arxasında
həqiqətən müxtəlif mövqelər mövcuddur. Bu,
yeni məktəb binalarının tikilməsi,
layihələrin standartlara uyğun olması, müasir texniki
təchizatla təmin olunması, həkim nəzarəti,
təcili yardım, şagirdlərin keyfiyyətli
yeməklə təmin olunması kimi başa düşülməlidir.
Həm də təhsildə müasir yaradıcı mühit
formalaşmalıdır. Müəllimin ən başlıca
vəzifəsi uşaqlara yaxşı bilik vermək olduğunu
deyən cənab D.Medvedyev bildirib ki, bu gün fasiləsiz
və müstəqil təhsil almaq dövrüdür. Bu gün özünə,
öz imkanlarına, düşüncəsinə güvənən yeni
nəsil tərbiyə etmək daha vacibdir. Biz bu gün bu
məsələ ilə məşğul olmalıyıq. Məktəbə təkcə müəllimləri
deyil, həm də başqa sahələrdə olan təcrübəli
mütəxəssisləri də müəllimliyə cəlb
etmək lazımdır. Buna inandığını
bildirən D.Medvedyev müxtəlif universitetlərin, o cümlədən
klassik təhsil verən universitetlərin məzunlarının
məktəbə çox kömək edə biləcəyini
bildirib. Bu zaman məktəbin gələcək perspektivi
onları qorxutmamalı, əksinə, onları
xeyirxah işə cəlb etməlidir. çıxışlarda natiqlər, təcrübəli
mütəxəssislər ölkə təhsilinin yenidən
qurulması üçün bir sıra faydalı təkliflər
irəli sürdülər. Axırda Prezident həmin çıxışlara
da öz münasibətini bildirdi Hazırladı: M.NOVRUZOV
Məktəb direktorlarına sertifikatlar verildi Oktyabrın 18-də Bakı və Sumqayıt
şəhərlərində fəaliyyət göstərən
orta ümumtəhsil məktəblərinin direktorları
üçün keçirilən informasiya və kommunikasiya texnologiyaları
(İKT) üzrə ixtisasartırma kursuna yekun vurulmuşdur. Bu münasibətlə Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov
çıxış edərək, təhsil sistemində İKT-nin
tətbiqi ilə bağlı həyata keçirilən
tədbirlərin əhəmiyyətindən danışmışdır.
Eyni zamanda nazir hazırda məktəblərdə hər
29 şagirdə 1 kompüterin düşdüyünü, hər bir
təhsil işçisinin və hər bir məktəbin İKT-dən
istifadə etmək bacarığına malik olmasının
vacibliyini bildirmişdir. Misir Mərdanov həmçinin
təhsil sahəsində əldə olunan
nailiyyətləri və qarşıda duran mühüm
vəzifələri diqqətə çatdırmışdır.
Tədbirdə informasiya və kommunikasiya texnologiyaları
üzrə ixtisasartırma kursunu bitirən 300-dək
məktəb direktoruna sertifikatlar təqdim edilmişdir. ƏDALƏT Azərbaycan Tibb Universiteti ilə Fransanın müvafiq ali məktəbləri arasında əməkdaşlıq genişləndiriləcək Fransanın Bakıdakı səfirliyinin
əməkdaşlıq və mədəniyyət
məsələləri üzrə attaşesi Lyuk Obri
Azərbaycan Tibb Universitetində (ATU) olmuşdur. ATU-nun beynəlxalq əlaqələr şöbəsinin
müdiri Tamilla Əliyeva bildirmişdir ki, görüşdə
rektor, akademik Əhliman Əmiraslanov rəhbərlik etdiyi
ali məktəbdə təhsilin inkişafı
istiqamətində həyata keçirilən
tədbirlərdən danışmışdır. Azərbaycan Tibb Universitetinin Fransanın müvafiq
ali məktəbləri ilə əlaqələrindən
bəhs edən rektor hazırda ATU-nun üç məzununun
Fransanın Marsel Universitetində elmi-tədqiqat işləri
apardığını söyləmişdir. Sonra ATU ilə Fransanın Montelye və
Marsel universitetləri arasında əməkdaşlığın
genişləndirilməsi, birgə elmi tədqiqatların
aparılması, konfransların keçirilməsi və
digər məsələlər ətraflı müzakirə
olunmuşdur. Görüşdən məmnun qaldığını
qeyd edən Fransanın Bakıdakı səfirliyinin
əməkdaşlıq və mədəniyyət
məsələləri üzrə attaşesi Lyuk Obri öz ölkəsinin
müvafiq ali məktəbləri ilə Azərbaycan Tibb
Universitetinin əlaqələrinin genişlənəcəyinə
əmin olduğunu bildirmişdir. AzərTAc
|