· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Dünya təhsili

Niderland: qiymətləndirmə təcrübəsi və siyasəti

 

Təhsil sistemi

 

Niderlandda məcburi təhsil 5 yaşdan başlayır, ancaq bütün uşaqlar məktəbə 4 yaşından gedirlər. Məcburi təhsil 16 yaşda başa çatır, qanuna görə isə məktəb məzunları 18 yaşlarına qədər ən azı natamam təhsil almalıdırlar. ümumtəhsil sisteminin strukturu ikimərhələlidir: məktəbəqədər  ibtidai (baza, 4-5,12 yaş) və kiçik orta, böyük orta (12-16,17, yaxud 18 yaş). Orta təhsildə (12-dən yuxarı) 3 istiqamətdə imkan mövcuddur: 4-illik - peşəyəqədər, 5-illik - ümumi orta (HAVO) və ya 6-illik - akademik, ali məktəbə qədər (VWO).

Orta texniki peşə təhsilinin strukturu 12 yaşdan başlayır. Bunun üçün 4-illik orta, peşəyəqədər (VMBO) təhsil mövcuddur. İmtahan və ya başqa bir pilləyə keçid baza təhsilinin (VMBO, HAVO və ya VWO) sonunda aparılır. Niderlandda 3-ü texniki və 1-i kənd  təsərrüfatı istiqamətli olmaqla 13 universitet fəaliyyət göstərir. Həmçinin burada ali peşə təhsili təklif edən 56 kollec var. Təhsilin idarəolunmasının dörd səviyyəsi mövcuddur: mərkəzi, əyalət, bələdiyyə hakimiyyəti orqanları, habelə məktəb şuraları. Bütün dövlət və özəl məktəblər dövlətin nəzarəti altındadır.

 

Xüsusiyyətləri

 

Tədris proqram və planları, təhsil hazırlığının məqsədləri təhsil proqramları hazırlayan Milli İnstitut (SLO) tərəfindən müəyyən olunur. Təhsildə Milli ölçmələr İnstitutu (CİTO) bütün təhsil sistemindəki qiymətləndirmənin həyata keçirilməsinə nəzarət edir.

İbtidai məktəb səviyyəsində təhsil hazırlığının məqsədlərinə hər beş ildən bir yenidən baxılır. Təhsil hazırlığı məqsədlərinin iki tipi mövcuddur: fənlərarası və konkret fənlər üzrə. Onlar şagirdlərin 8-illik baza təhsilinin sonuna qədər əldə  edəcək minimum bilik, anlayış və vərdişlərini təyin edir. Qiymətləndirmə məktəb bazasında və müəllimlər səviyyəsində mütəmadi olaraq aparılır. Lakin bir çox müəllimlər öz fərdi testlərindən əlavə CİTO tərəfindən hazırlanmış testlərdən də istifadə edirlər.

Məktəblərin 80%-ə yaxını ibtidai məktəbin başa çatması üzrə könüllü olaraq CİTO tərəfindən işlənib hazırlanmış ümummilli buraxılış imtahanlarından istifadə edir.  CİTO həmçinin ayrı-ayrı şagirdlərin uğurlarını yoxlamaq üçün testlər hazırlayır. ümummilli qeydiyyatdan keçmə sistemi hər bir şagirdə ayrıca kod təqdim edir, bu da onun tətbiqindən bütün təlim dövrü boyu uzun müddət saxlanılaraq fərdi uğurların monitorinqini həyata keçirməyə imkan yaradır. Bundan əlavə, seçmə yolla aparılan yoxlama (PRİMA) hər iki ildən bir eyni şagird qrupunun ikinci, dördüncü, altıncı siniflərdə ötən vaxt ərzində irəliləyişini izləmək üçün yoxlayır.

Orta təhsil iki dövrədən ibarətdir. Birincisi, 2 il müddətli (12-14 yaşlar) baza dövrüdür. Bu mərhələdən sonra məktəblər şagirdlərin baza fənləri üzrə təhsil hazırlığı məqsədlərinə necə nail olmağını yoxlayır. Şagirdlər hər bir fənn üzrə bir dəfədən az olmayaraq CİTO tərəfindən hazırlanmış ümummilli yekun test imtahanı verirlər. Bu testlər müxtəlif variantlarda olur və məktəb öz təlim istiqamətindən və şagirdin qabiliyyətindən asılı olaraq onları seçə bilər. Test imtahanlarının nə zaman keçiriləcəyi barədə məktəb özü  qərar verir. Bu, adi imtahan deyil ki, onu verəsən və ya pozmaq olar. Testlər təhsil hazırlığı məqsədlərinə nail olunub-olunmamasını qiymətləndirmək imkanı verir. Şagirdlər baza təhsili haqqında şəhadətnamə alırlar. öz baza nəticələrinə uyğun olaraq, şagirdlər və onların valideynləri hansı tip yuxarı orta məktəbə getmək istədiklərini seçə bilərlər. Məktəb və ya səlahiyyətli orqanlar öz tövsiyələrini verə bilərlər, lakin son qərar valideynlərindir. Yuxarı orta məktəbə daxil olmaq üçün qəbul imtahanları verilmir. Şagirdlər bir yuxarı orta məktəbdən digərinə keçə bilərlər, bəzən bunun üçün körpücük adlanan, öz yaşıdlarına çatmağa kömək etmək üçün məşğələlər də keçmək lazım gəlir.

İkinci mərhələ zamanı (14 yaşdan 18 yaşa qədər) şagirdləri onların müəllimləri və məktəb mütəmadi olaraq qiymətləndirir. Onlar hər il fənlərin çoxundan məqbul (10 baldan 6) qiyməti ala bilirlərsə, növbəti sinfə keçirilir. Məktəblər özləri öz xüsusi buraxılış imtahanlarını keçirir, layihələr reallaşdırır və s. ümummilli yazılı buraxılış imtahanları CİTO-ya verilir və dövlətin nəzarəti altında keçirilir. Şagird qarşısında orta məktəbi bitirərkən açılan imkanlar alınmış ixtisas dərəcəsindən asılı olur. Məktəb imtahanlarında alınan qiymətlərə ümummilli buraxılış imtahanlarının qiymətləri ilə birləşdirəndə ümumi nəticəni verir. Akademik orta məktəb məzunlarının təxminən 61%-i  universitetlərə, 27%-i qeyri-universitet ali məktəblərə qəbul olur.

 

İslahatlar

 

Hazırda orta təhsil sistemində iki böyük islahat aparılır. 1999-cu ildən bütün HAVO (5-illik) və VWO (6-illik) məktəblər şagirdlərə bilik və bacarıqlara müstəqil yiyələnməyə imkan yaradan fənlərin təsbit edilmiş kombinasiyasını   və "təhsil evi" adlı konstruksiyanı qəbul ediblər. Eləcə də 1999-cu ildən əmək bazarının tələblərinə cavab verən  texniki peşə və ali texniki təhsilə olan tələbatı təmin etmək məqsədilə texniki peşə təhsilinin (4-illik VMBO) qarışıq forması qəbul edilmişdir.  

2000-ci ildə Hollandiya Müfəttişliyi orta təhsilin 12-14 yaş dövrünü əhatə edən baza dövrünün aşağı 2-illik səmərəliliyini qiymətləndirib. Nəticədə 2004-cü ildə yeni baza orta təhsil proqramı hazırlanmış və qəbul edilmişdir. Məqsəd şagirdlərin fənlərin geniş spektrinə yiyələnmək imkanı verməkdir. Eyni zamanda artıq məktəblərdən bütün baza kurslarını keçmək tələb olunmur. İndi onlar çevik olub şagirdlərin müəyyən qrupa konkret fənlər və modullardan azad olmaq imkanı verir.

 

Rəhim HüSEYNOV,

Heydər Əliyev adına Müasir Təhsil

Kompleksinin direktoru