· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Peşə təhsilinin inkişafına həsr olunmuş seminar

 

 İyunun 25-də Bakıdakı "Kraun" otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində "Azərbaycanda turizm sektorunda kadrları təkmilləşdirmək üçün peşə standartlarından istifadə qaydaları" mövzusunda seminar keçirildi. Layihənin ümumi məqsədi Azərbaycanda qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi və PTT məzunları üçün iş imkanlarının yaradılmasından ibarətdir. Seminar layihənin 2-ci komponentinin, yəni peşə təhsili və təlimi sahəsində bilik və bacarıqlara əsaslanan və bütün ölkə ərazisində tətbiq oluna biləcək əməkdaşlıq modelinin hazırlanması fəaliyyətinin bir hissəsi olaraq həyata keçirilir.

Seminarı açıq elan edən peşə təhsili və təlimi layihəsinin rəhbəri İan Hyum layihə və onun nəticələri barədə qısa məlumat verdi. Sonra Təhsil  Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov "Texniki peşə təhsili və təlimi sahəsinin müasirləşdirilməsi" mövzusunda çıxış etdi. Seminarın əhəmiyyətini vurğulayan şöbə müdiri onun sosial tərəfdaşlarla, xüsusən biznes nümayəndələri ilə peşə təhsili müəssisələri arasında sıx və qarşılıqlı əlaqələrin yaradılmasına təkan verəcəyini qeyd etdi. Seminarda peşə standartlarının hazırlanma metodologiyası və müxtəlif məqsədlərə tətbiq edilməsi nümunələri təqdim olundu. Peşə təhsili sistemində və müxtəlif şirkətlərdə standartların necə istifadə edilməsi barədə məlumat verildi.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşları Məsumə Məmmədova "Otellər, restoranlar və turizm sahəsi üzrə peşə standartlarının nümunələri", beynəlxalq ekspert Meri Vilyams isə "Azərbaycanda turizm sektorunda bilik və bacarıqlara əsaslanan peşə standartlarının tətbiqi metodologiyası" mövzusunda çıxış etdilər.

Seminarda mövzu ilə bağlı peşə təhsili və təlimi sisteminin və turizm sektoru üzrə işəgötürənlərin iştirakı ilə geniş müzakirələr aparıldı. Maraqlı təkliflər səsləndi.

 

Fazil İDRİSOĞLU