· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Heydər Əliyev Fondu göyçaylı şagirdlərə

6 yeni məktəb binası hədiyyə edib

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə indiyədək göyçaylı şagirdlərə hər cür şəraiti olan 6 müasir məktəb binası hədiyyə edilmişdir.

Rayon təhsil şöbəsindən bildirmişlər ki, Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində bu ilin aprelindən başlayaraq Göyçay şəhər 5 nömrəli orta məktəbinin binasında aparılan yenidənqurma işləri başa çatmaq üzrədir. 500 yerlik təhsil ocağının sinif otaqları və fənn kabinetləri və s. müasir standartlara uyğun yenidən qurulmuşdur. Məktəb üçün yeni idman zalı, qazanxana və yeməkxana binaları inşa olunmuşdur. Təhsil ocağı "Bilik günü" istifadəyə veriləcəkdir.

 

AzərTAc