· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Dünya universitetləri

Oksford Universiteti

 

İngiliscə adı            Oxford University

Yerləşir                  Böyük Britaniya, Oksford

Yaradılıb                1117-ci ildə

Tip                        Kütləvi

Prezidenti              Hon Lord Paten Barnesdir

Vitse-prezidenti     Con Hud

Tələbələrin sayı      11300

Aspirantların sayı    7380

Rəsmi  saytı            www.ox.ac.uk

 

Universitet IARU-Tədqiqat Universitetlərinin Beynəlxalq Alyansı, Rusel Qrupu, Koymbra Qrupu, Avropa, EUA (Avropa Universitetlər Assosiasiyası), LERU (Avropa Tədqiqat Universitetləri Liqası)  kimi dunyanın ən məşhur universitet şəbəkələrinə daxildir.

Oksfordda çalışan və xarici ölkələrdən olan  akademik heyətin sayı  son 6 ildə (2003-2009) 57 faiz artmışdır. Universitetin rəsmi veb saytı: www.ox.ac.uk.                                 

Birləşmiş Krallığın ən qədim və ən məşhur ali təhsil ocaqlarından biri olan Oksford Universitetinin əsası XII əsrdə qoyulmuşdur.

Oksford Universiteti dünyanın ən qədim ingilisdilli ali təhsil ocağıdır. Oksford Universiteti 1117-ci ildə yaradılıb. 1167-ci ildə isə II Henrixin tələbələrə Paris Universitetində oxumağa qadağa qoymasından sonra burada təhsilin intensiv inkişaf etdirilməsinə meydan açılıb. İlk ictimai kitabxananın əsası Uelsli Gerald tərəfindən qoyulmuşdur (1188). Oksfordda beynəlxalq hazırlığın əsasının qoyulması isə ilk xarici tələbə, Frislandiyadan gəlmiş Emonun adı ilə bağlıdır. Oksfordun köhnə kollecləri 1249 (Balliol) və 1264-cü illərdə (Merton) yaradılıb. 1878-ci ildən universitet öz qapılarını qadınların akademik təhsili üçün açıb. İlk qadın müəllimlər isə 1920-ci ildən dərs deməyə başlayıb. 1974-cü ildən etibarən Oksfordun bütün 39 kolleci (birindən başqa) öz nizamnaməsini qadın və kişilərin birgə təhsil alması üçün dəyişdi. Hazırkı dövrdə yeganə yalnız qadınlar üçün olan kollec St. Hilda kollecidir. Müharibədən sonrakı illərdə (1939-1945) Oksfordun humanitar fakültələrinə tibb də daxil olmaqla təbiət və tətbiqi elmlər əlavə olundu ki, bu da dünya üçün əhəmiyyətli rolu olan intellektual və tədqiqat mərkəzi kimi universitetin şöhrətini artırdı.

Universitet zəngin və müxtəlif çeşidli  kitabxana xidmət  şəbəkəsinə malikdir. Universitetin özünün  zəngin kitabxanasından əlavə, fakültə və  şöbələrində də kitabxanaları vardır. Oksford Universitetinin kolleclərinin də kitabxanaları var, lakin kollec kitabxanaları yalnız öz üzvlərinin ehtiyaclarını ödəməyə xidmət edir, digər qədim kolleclərdə də təqdiqat baxımından dəyərli olan  ilkin kitab nümunələri mövcuddur. Universitetin əsas tədqiqat kitabxanalarına  Bodlian kitabxanası,  Bodlian Hüquq kitabxanası, Radklif Elmi Kitabxanası, Sakler Kitabxanası, İctimai Elmlər Kitabxanası, Teylor İnstitut Kitabxanalarını misal göstərmək olar.

Adları çəkilən universitetlər  zəngin kitab fonduna malik olmaqla yanaşı, elektron resurs keçidlərinə, elektron jurnallara, tələbə və universitet, eləcə də beynəlxalq rəsmi sayt və sistemli kataloqlara da  malikdir. Universitetin rəsmi saytında təhsil ocağına qəbul qaydaları, videokonfranslar, audio, videogörüntülər, kitabxanaçılarla  onlayn  əlaqə sistemi, universitet və kolleclərin nizamnamələri, fasiləsiz təhsil və  beynəlxalq onlayn kurs və ixtisasartırma kurslarına keçid sistemli formada yaradılmışdır.

Oksfordda verilən təhsilin əsas istiqaməti  tələbələrin informasiyanı tapıb düzgün istifadə etmək və hər şey haqqında sərbəst fikir söyləyib, onu müdafiə etməkdir. Oksford tələbə korporasiyası 588 tədris kursunda oxuyan 11015 ilk təhsil alan tələbəni - bakalavrı (undergraduates), 4626 aspirantı (postgraduates) özündə birləşdirir. Universitetdə  nizam-intizamla bağlı qaydalar və üsullar çox ciddidir. Oksford tələbələri iki müxtəlif, lakin məcburi  nizam-intizam kodeksinə əməl etməlidirlər: onlardan biri ayrıca kolleci və digəri isə müxtəlif kollecləri özündə birləşdirən ümumi universitet nizamnaməsi qanunudur. Nizamnamə, siyasət və kodekslərə aşağıdakılar daxildir:

*          Tələbə kodeksi

*          Davranış kodeksi

*          Universitet imtahanlarının aparılması

*          Hədə-qorxu da daxil olmaqla incitmə və təcavüz

*          Bərabər imkanlar siyasəti

*          Nitq azadlığı

*          İT vasitələrindən istifadə bacarıqları

*          OULS (Oksford Universitet Kitabxana xidmətləri) şəbəkəsindən istifadə kodeksi

*          Tədqiqatda akademik inteqrallıq və plagiatlıqdan yayınma

*          Cəmiyyət və klubların yaradılması

 

Digər qabaqcıl universitetlərdə olduğu kimi, burada da yerli və şəhərkənarı kampuslar mövcuddur və tələbələr bu tələbə şəhərciklərində cəmləşirlər. Oksford tələbələri burada yalnız biliklərini, elmi tədqiqat, zəngin intellektual  bacarıqlarını artırmaqla yanaşı, idmanla məşğul olur, klub və cəmiyyətlərdə birləşir, ictimai həyatda fəal iştirak edir və tələbəlik illərinin ilk kurslarından real həyata hazırlaşmış olurlar.

İlk təhsil alma dövründə Xronologiya və ya Biokimyanın yeganə nizamnaməsini öyrənirlər. Bu təhsil 3-4 il ərzində kifayət qədər keyfiyyətli və dərin bilik verir. Bununla yanaşı, bir neçə nizamnaməni, məsələn, siyasət və iqtisadiyyat, riyaziyyat və hesab texnikası kimi elmləri birləşdirən nizamnamələr də var. Təhsil kursları universitetin mühazirə və praktiki məşğələlərini təşkil edən akademik personal tərəfindən işlənilib hazırlanır. Tələbələr kollec tərəfindən təmin olunmuş həftəlik tədris proqramları və dərslikləri istifadə olunan fərdi və sərbəst təhsil proqramlarında da iştirak edə bilərlər. Kursda tələbələr dərs ilinin başlanğıcında və sonunda təqdim olunan tədqiqi referat işlərinə görə qiymətləndirilir. Oksfordda aspirantların sayı xaricdən gələn tələbələr hesabına artır və onların dörddə biri Master dərəcəsinin müdafiəsinə hazırlaşır, təxminən üçdə ikisi daha yüksək dərəcələr üçün çalışır. Universitetdə  Elm və tibbdə təşkilati-metodik təhsil mərkəzləri; İncəsənət və humanitar elm sahələrində də təşkilati metodik təhsil mərkəzləri mövcuddur.

Fakültələr universitetin yüksək akademik vahididirlər. Oksford Universiteti həm də muxtar maliyyə vahidlərini birləşdirir. Universitetin bütün tələbələri kolleclərə paylanılıb. Universitetin akademik strukturunun əsasını 16 fakültə təşkil edir. Onlardan bəziləri fakültələrin nəzdində fəaliyyət göstərir. Hər fakültənin öz təhsil kurslarının hazırlığına, proqramın və təhsilin təşkilinə cavab verən seçilmiş şurası var. Fakültələr aspirantların qəbulunu, idarəsini, onların tədqiqatlarının təşkil olunmasını həyata keçirir. Fakültələr universitet şurasını təsdiq edən akademik ştatın birinci və ikinci dəfə təyin edilməsinə cavab verir, fərdi intizamlar üzrə hazırlıqları həyata keçirən kafedraları təşkil edir. Məsələn,  fizika və texniki elmlər kafedrası fiziki elmlər fakültəsinin tərkibində,  zoologiya kafedrası və bitkilərin energetikası kafedrası biologiya elmləri fakültəsində, cərrahlıq kliniki tibb fakültəsinin tərkibindədir. Memarlıq və incəsənət fakültələrində isə kafedralar təşkil olunmur. Hazırda universitetdə 20 000 tələbə və 8101 aspirant təhsil alır. Hər il 15000 nəfər Fasiləsiz Təhsil Departamentinin təklif etdiyi kurslarda iştirak edir və göstərilən bu xidmət  Oksford Universitetini  Birləşmiş Krallığın  fasiləsiz təhsili təmin edən ən geniş təchizatçısına çevirir. Universitet müstəqil şəkildə fəaliyyət göstərən 38 kollec və 6 daimi özəl zallardan ibarətdir.

1209-cu ildə tələbələr və şəhər əhalisi arasında  fikir ayrılığı  başladıqdan sonra universitetdə çalışan professor və müəllim heyəti Kembric şəhərinin şimal-şərqinə Kembric universitetinin təsis olunduğu məkana doğru üz tutdular. Hər iki universitet bir yerdə "Oxbridge" kimi tanınmağa başladı. O vaxtdan etibarən bu iki universitet uzun və tarixi rəqabət dövrü keçirməyə başladı.  Oksford Universiteti hazırda   tədqiqat istiqamətli  Britaniya universitetləri, Kolumbiya Qrupu, Avropa Tədqiqat Universitetləri Liqasının Russel Qrupu və eyni zamanda Avropa universitetlərinin ən əsas üzvlərindən biridir.  Aparılan reytinq cədvəlinə əsasən, Oksford  dünyanın 10  aparıcı universitetləri arasındadır.

2004-cü ildə universitetin vitse-kansleri kimi fəaliyyətə başlayan  Doktor Con Hud universitet tarixində ilk dəfə olaraq universitet  daxilindən deyil, kənardan seçilmiş ilk şəxsdir.

Universitetin ən görkəmli məzun və akademikləri sırasında  Britaniyanın beş baş naziri - Vilyam Qladston, Herbert Askvis, Klement Atli, Harold Makmillan, Harold Vilson, Marqaret  Tetçer və Toni Bleyerin adlarını çəkmək olar. Digər universitetlərdə olduğu kimi, Oksfordda da akademik geyim ənənələri mövcuddur və bu ənənə burada qədim dövrlərdən qorunur. Semestr dövründə Oksford Universitetinə gələn hər bir şəxs universitetin  müəllim və professor heyətini akademik geyimdə görə bilər.

2009-cu ilin iyun ayında "Times Good University Guide"-ın apardığı  reytinqə əsasən, Oksford Britaniyanın ən öncül universitetləri sıralarında qərarlaşıb. Təkcə onu qeyd etmək kifayətdir ki, Birləşmiş Krallığın hüdudlarından kənarda - 188 ölkədə 46000 Oksford Universitetinin məzunları yaşayır və fəaliyyət göstərir.

7 avqust 2009-cu il tarixində Oksford Universitetinin  dilçilik, filologiya və fonetika fakültəsinin tədqiqatçısı Doktor Rada  Mihalseaya bu sahədə olan elmi xidmətlərinə görə ABŞ Prezidenti Barak Obama tərəfindən yüksək mükafatla təltif edilmişdir.

  24 iyul 2009-cu ildə universitetin rəsmi saytında  Ali Təhsil Statistikası Agentliyindən verilən məlumata əsasən, (HESA) Birləşmiş Krallıqda olan digər universitetlərlə müqayisədə Oksford Universitetində 2007-2008-ci ildə xarici tədqiqatdan gələn gəlir (tədqiqat qrantları və müqavilələrindən) daha çox olmuşdur. Oksford Universitetinin  maliyyələşdirilməsinin elə ən böyük mənbəyi  universitetin tədqiqat qrantları və gəlirləridir.

Təhsildə tələbələrin  qiymətləndirilməsinin tədqiqi  üçün Yeni Oksford mərkəzi yaradılmışdır (New Oxford Centre). Universitet rəsmi formada Təhsildə Qiymətləndirmə aparmaq üçün  Oksford Universitet Mərkəzi bu sahədə elmi tədqiqatların aparılmasını nəzərdə tutur.

Universitetdə bundan əlavə, digər universitetlərlə əməkdaşlıq edən 5 Tədqiqat Mərkəzi fəaliyyət göstərir. Mərkəz seminarlar təşkil edir, yüksək biliyə malik olan tələbə və işçilər üçün elmi dəstəyin bariz təmsilçisinə çevrilib. Şöbədə tədqiqat işləri əsasən 3 mövzu ətrafında təşkil edilir: 1) Afekt, Davranış və dərketmə; 2) Siyasət və cəmiyyət; 3) Tədris və peşə təcrübəsi. Bu 3 mövzunun hər biri daxilində bir neçə kiçik tədqiqat qrupları mövcuddur.

Universitetin vitse-kansleri Doktor Con Hud universitetin uğurundan məmnunluq duyaraq bildirir: "Bu bənzərsiz tədqiqatdan gələn  gəlirlər onu göstərir ki, dünya Oksfordun  dünyəvi elmi tədqiqatlarına inanır və onun apardığı tədqiqatları dəstəkləyir".

Respublikamız dünya təhsilnə inteqrasiya etdiyi üçün azərbaycanlı tələbələr dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl universitetlərində təhsil alırlar. Bu təhsil ocaqlarının sırasında məhz bu ali təhsil ocağının olması da sevindirici haldır.

 Kainatın ən gözəl görünüşlərini  28 metr enliyində videogörüntü şəklində yayımlanan və sərbəst girişə malik olan "Yerdən Kainata doğru" (ingiliscə "From "Earth to the Universe") adlı sərginin də məhz avqustun 29-da Oksford Universiteti parkında təşkil edilməsi, universitetin elmi araşdırmalar və yeniliklər yolunda atdığı elmi tərəqqi və addım kimi qiymətləndirilə bilər.

 

Hazırladı:

Dilruba BAYRAMOVA