· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Birinci Respublika Muğam müsabiqəsi başladı

Martın 5-də Azərbaycan Dövlət Kukla Teatrında I Respublika Muğam müsabiqəsinin 1-ci turu keçirildi. Tədbirdə ölkənin nüfuzlu muğam ustalarından ibarət münsiflər heyəti və qonaqlar iştirak edirdi. Muğam müsabiqəsinin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov müsabiqə iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin ölkəmizdə və xaricdə apardığı uğurlu siyasətindən, bütün sahələrdə olduğu kimi, incəsənət və mədəniyyətinə göstərilən dövlət qayğısından söz açdı. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xeyirxah işlərindən danışan nazir muğam sənətinin inkişaf etdirilməsində xüsusi rolunu qeyd etdi. Mədəniyyət və Turizm Nazirliyinin bu işdə əməyini vurğulayan Misir Mərdanov 18-25 mart tarixində keçiriləcək "Muğam Aləmi" beynəlxalq festivalının iştirakçılarına uğurlar arzuladı. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək I Respublika Muğam Müsabiqəsinin 1-ci turunda iştirak edən 27 istedadlı gəncə müvəffəqiyyətlər arzuladı. Əminliklə qeyd etdi ki, iştirakçılar festivalda layiqli yerlərini qazanacaqlar. Sonda müsabiqə öz işinə başladı.

 

Fazil İDRİSOĞLU