· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Şənbə seminarları ənənə halını alıb

Xətai rayonundakı 29 nömrəli məktəbdə seminar-müşavirələrin keçirilməsi artıq ənənə halını almışdır. Həmin tədbirlərdə həmişə təhsil islahatının həyata keçirilməsi, fənn kurikulumlarının tətbiqi haqqında maraqlı məruzələr dinlənilir, təcrübi işlər göstərilir.

Məktəbin pedaqoji kollektivi ölkəmizin təhsil sistemində baş verən yeniliklərlə tanış olur, onların müzakirəsini keçirir, təlim prosesinə tətbiq edir.

Qabaqcıl müəllimlərin verdikləri nümunə dərslər maraqla qarşılanır. Bu şənbə seminar-müşavirəsində də ibtidai sinif müəllimi Solmaz Yusifovanın "Kurikulumun tətbiqi haqqında" məruzəsi maraqla dinlənildi.

Məktəbin direktoru Ələddin Əliyevin 1995-2008-ci illər üzrə ali məktəblərə qəbulun nəticələri haqqındakı çıxışı, məzunların yüksək nəticələr göstərməsi müəllimlərin zəhmətinin bəhrəsi olduğunu sübut edir. Təsadüfi deyildir ki, keçənilki buraxılışda 34 məzunun 20-dən çoxu ali məktəbə daxil oldu. Onlardan ikisi 600, üçü 500 baldan yuxarı nəticə göstərdi. Builki buraxılışdan da daha yüksək nəticələr gözlənilir. Bunun üçün bütün müəllim kollektivi səy və bacarığını əsirgəmir.

Respublikamızın ümumtəhsil məktəblərinin ibtidai təhsil pilləsi üçün (I-IV siniflər) hazırlanmış fənn kurikulumları bu tədris ilindən dərslərdə bu məktəbdə də həyata keçirilir.

Məktəbin müəllimləri interaktiv təlim metodlarına üstünlük verirlər.

29 nömrəli orta məktəb müasir məktəb nümunəsi kimi Xətai rayonunun ümumtəhsil müəssisələri arasında seçilir.

 

R.ZİYADOV

 

 

 

 

 

Milli Qəhrəmanın xatirəsi yad edildi

Bakıdakı 32 nömrəli orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı şəhid Məzahir Rüstəmovun xatirəsini yad etmək üçün anım mərasimi keçirildi.

Məktəbin direktoru Sevda Abdullayeva ilk öncə  Qarabağ torpaqlarında son nəfəsinə kimi  qəhrəmancasına vuruşan Məzahirin keçdiyi həyat yolundan danışdı və dedi ki, indiki gənclərimiz üçün örnək olan qəhrəmanın xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır.

Sonra qəhrəmanın atası, BDU-nun professoru İzzət Rüstəmov torpaqlarımızın azad olunmasında erməni qəsbkarlarına qarşı mərdliklə vuruşan Məzahirin xarakterik xüsusiyyətlərindən söz açdı və oğlunun xatirəsinin hər il yad edildiyinə görə məktəbin pedaqoji kollektivinə   dərin minnətdarlığını bildirdi.

Şakir CƏFƏROV