Naxçıvan  Dövlət Universiteti nəqliyyat və informasiya texnologiyaları kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Məftun Əliyev Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi tərəfindən patent alıb.

 

Patent alimə AMEA-nın İdaretmə İnstitutunun əməkdaşları ilə birgə “Laydan neftin qeyri-stasionar üsulla çıxarılması” adlı ixtirasına görə verilib.

 

Qeyd edək ki, ixtira neft hasilatı sənayesinə, neft yataqlarının işlənməsi və istismarı sahəsinə, o cümlədən qalıq neftin laydan çıxarılması üsullarına aiddir. Göstərilən üsul  neftin yüksək keçici məsaməli kanallara çıxışını artırır.