Füzuli rayonu  M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbində dahi şair   Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Təhsil şöbəsindən verilən məlumata görə, tədbirdə məktəbin dil-ədəbiyyat müəllimi Cəmilə Qənbərova, psixoloq Ləman Şamilzadə, kitabxanaçı Gülşən Əliyeva və  IX sinif şagirdləri iştirak ediblər.

       

C.Qənbərova N.Gəncəvinin həyat və yaradıcılığından söhbət açıb. Şairin əsərlərində olan ibrətamiz məqamları tədbir iştirakçılarının nəzərinə çatdırıb və bir neçə əsəri təhlil edib.

 

Məktəbin kitabxanaçısı G.Əliyeva N.Gəncəvi irsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılmasının zəruriliyini bildirib.

 

Psixoloq Ləman Şamilzadə Nizaminin əsərlərindəki tərbiyəvi məqamlara toxunaraq şagirdlərə şairin yaradıcılığını dərindən öyrənməyi tövsiyə edib.

 

IX sinif şagirdləri-Aytac Azadlı, Nərmin Əliyeva, Könül Həsənalılı şairin  qəzəllərindən parçalar söyləyiblər.

       

Tədbirin sonunda N.Gəncəvinin həyat və yaradıcılığına aid videoçarx nümayiş etdirilib.

 

Şakir CƏFƏROV