Mingəçevir Dövlət Universiteti (MDU) Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzi, Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun təşkilatçılığı, Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Tələbə Mediası” layihəsində iştirak edir.

 

Layihə çərçivəsində MDU-nun tələbələri üçün 3 günlük təlimlər keçirilib. Təlimlər tələbələri düşündürən mövzuların mediada daha yaxşı əks olunması, məqalə yazmaq, fotoreportaj hazırlamaq, video çəkmək, infoqrafik hazırlamaq və digər məsələləri əhatə edib.

 

Bildirilib ki, hazırda davam etməkdə olan layihədə 01-04 noyabrda  Almaniya ali məktəblərində tələbə həyatı, tələbə qurumları, onların mediası ilə yaxından tanışlıq məqsədilə 4 günlük onlayn səfər,  22-26 noyabr tarixlərində isə tələbələr üçün Bakıda 5 günlük tədbir nəzərdə tutulub. Tədbirdə sosial media menecmenti, redaksiya menecmentinin əsasları və s. kimi məsələlərlə tanışlıq olacaq, birlikdə onlayn tələbə mediası yaradılacaq.

 

Təlimlərdə iştirak ödənişsizdir.