Kənd təsərrüfatı texnikası və avadanlığının təchizatı ilə məşğul olan “4S” şirkətinin rəhbəri Akşin Ağayev Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

 

Qonaqla görüşən universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ADAU ilə yerli və xarici şirkətlərin son zamanlar dinamik inkişaf edən sıx münasibətlərindən söz açıb.
 

Z.Qurbanov bildirib ki, məzunların işlə təmin olunması məsələsi daim diqqətdə saxlanılır:”Buna görə də universitet – sənaye əməkdaşlığı mühüm əhəmiyyətə malikdir”.
 

Təmsil etdiyi şirkətin fəaliyyətindən danışan Akşin Ağayev bildirib ki, “4S” şirkəti 2017-ci ilin noyabrından etibarən Almaniyanın ən böyük konserni olan CLAAS tərəfindən Azərbaycan ərazisində servis tərəfdaşı təyin edilib. Hal-hazırda respublika ərazisində şəxsi ehtiyat hissələri anbarlarına, müasir təmir bazasına və mobil mühəndis briqadalarına malik olan bir neçə nümayəndəlik və servis məntəqələri fəaliyyət göstərir.
 

Görüşdə ADAU-nun 1 məzunu və magistr tələbəsinin “4S” şirkəti tərəfindən işə qəbul olunması, bir neçə tələbənin isə praktikaya cəlb edilməsi  məsələlərindən də danışılıb.