Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) turizm fakültəsinin dekanı professor İrfan Yazıcı oğlu  Mingəçevir Dövlət Universitetində (MDU) tələbələr və magistrantlar üçün ustad dərsləri keçib.

 

Ustad dərsləri zamanı professor Yazıcıoğlu “Liderlik” mövzusundan bəhs edib, tələbə və magistrantların suallarını cavablandırıb, onlara müvafiq tövsiyələrini bildirib.

 

Ustad dərslər tələbə və magistrantlar tərəfindən böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, AHBVU 2023-cü ilin 8-9 dekabr tarixlərində MDU-nun evsahibliyi ilə keçirilən “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfransın həmtəşkilatçılarından biri olub. Sözügedən ustad dərslər AHBVU turizm fakültəsinin dekanı İ.Yazıcıoğlunun konfransda iştirak məqsədilə MDU-ya ziyarəti çərçivəsində təşkil edilib.