Türkiyənin Kayseri Universitetinin rektoru professor Kurtuluş Karamustafa Mingəçevir Dövlət Universitetində (MDU) tələbələr və magistrantlar üçün ustad dərsləri keçib.

 

Tələbələrlə ustad dərs zamanı professor K.Karamustafa “Karyera planlaması”, “Emosional zəka” və “Turizm işinin təşkili” mövzularından bəhs edib, təqdim edilən sualları cavablandırıb və müvafiq tövsiyələrini bildirib.

 

Magistrantlarla ustad dərsdə isə intellektual kapital və onun səmərəli idarə edilməsi məsələlərindən danışılıb.

 

Ustad dərslər tələbə və magistrantlar tərəfindən böyük maraqla qarşılanıb.