Lənkəran Dövlət Universitetinin (LDU) rektoru professor Natiq İbrahimov başda olmaqla, ali məktəbin professor-müəllim-tələbə heyəti Lənkəran şəhərinin mərkəzində Heydər Əliyev xatirə parkına gələrək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər. Ümummilli Liderin  abidə kompleksinin önünə çiçəklər düzülüb, xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

 

Qeyd edək ki, bu gün LDU-da keçirilən dərslərdə görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin qorunmasındakı misilsiz xidmətləri, başladığı böyük missiyanın, siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi barədə ətraflı söz açılıb, bu mənalı ömrə həsr olunan video-roliklər nümayiş etdirilib.