Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatı (AGT) və ADAU-EU ikili diplom proqramı tələbələrinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan intellektual yarış keçirilib.

 

Yarışda 5 komandadan ibarət ADAU tələbələri və Gəncə 2 saylı ASAN xidmət könüllüləri iştirak ediblər.
 

İntellektual yarışda I yerə “404”, II yerə “Turan”, III yerə isə “Aqronomlar” komandası çıxıb.
 

Qaliblər sertifikat və diplomlarla təltif olunublar.