"Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı və Kiber Təhlükəsizlik Platformasının texniki dəstəyi ilə kibertəhlükəsizlik mövzusunda yarış təşkil olunub.

 

Yarışmada MDU-nun 23 tələbəsindən ibarət 6 komandası (“The Soulless”, “The Code Wizards”, “Ketum”, “Levion”, “CyberGuard” və “After hour”) iştirak edib.

 

Yarış iştirakçıları Kiber Təhlükəsizlik Platformasının mütəxəssisləri tərəfindən 5 istiqamətdə (web, steganography, cryptography, forensic, osint) hazırlanan və onlayn formatda təqdim edilən tapşırıqlar əsasında kibertəhlükəsizlik sahəsində bacarıqlarını sınayıblar.

 

"Jeopardy" formatında tələbələrin bacarıqlarına əsaslanan xüsusi strategiya əsasında təşkil olunan və 6 mərhələdə keçən yarışda yekun nəticəyə görə "Ketum" komandası 1-ci, "The Souless" komandası 2-ci və "The Code Wizards" komandası isə 3-cü yeri tutublar.