Mingəçevir Dövlət Universitetinin (MDU) təhsil fakültəsinin üçüncü kurs tələbələri Qənirə Hüseynova (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası) və Nərmin Qədimli (Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası) “Heydər Əliyev adına təqaüd”ə layiq görülüblər.

 

Tələbələr Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayında təntənəli təqdimetmə mərasimində iştirak edib və müvafiq sertifikatla təltif olunublar.

 

MDU-nun rektoru Şahin Bayramov təqaüdə layiq görülmüş tələbələri təbrik edib və onlarla xatirə şəkilləri çəkdirib.

 

Qeyd edək ki, təqaüdə layiq görülmüş MDU tələbələrinin hər ikisi həm əlaçı təqaüdü, həm də “Gələcəyin müəllimi” təqaüdünü alırlar.