Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Heydər Əliyev adına təqaüd”ə layiq görülən bu ali təhsil müəssisəsinin Təhsil fakültəsinin üçüncü kurs tələbələri Qənirə Hüseynova (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası) və Nərmin Qədimli (Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası) ilə görüşüb.

 

Ölkə üzrə “Heydər Əliyev adına təqaüd”ə layiq görülən 100 tələbə sırasında MDU-nun 2 tələbəsinin də yer almasını təqdirəlayiq hal və ciddi nailiyyət kimi dəyərləndirən Ş.Bayramov gəncləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Ulu Öndərin adını daşıyan təqaüdə layiq görülmələrindən qürur hisləri keçirdiklərini bildirən tələbələr yaradılan şəraitə və imkanlara görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər. Gələcəyin müəllimləri olaraq təqaüdün onlar qarşısında həm də böyük məsuliyyət yaratdığını vurğulayaraq göstərilən etimadı layiqincə doğruldacaqlarını bildiriblər.