Dekabrın 22-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Hacettepe Universitetinin rektoru Mehmet Cahit Gürenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüş zamanı Azərbaycan Respublikasının ali təhsil müəssisələri ilə Hacettepe Universiteti arasındakı əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.