Dövlət Uşaq Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Hədiyyəli qatar” adlı konsert keçirilib.

 

Konsertdə Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, vokal sinfi, “Musiqili Uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, uşaq folklor rəqs ansamblının çıxışları  tamaşaçılarda xoş ovqat yaradıb. Onların rəngarəng musiqi nömrələri və səhnə geyimləri  iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

      

Sifai SƏFƏROVA