Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il münasibətilə bayram tədbirləri təşkil olunub.

 

Tədbirlərdə bağça müdirləri qonaqları salamlayıb, körpə fidanların hərtərəfli inkişafı ilə əlaqədar məktəbəqədər təhsillə bağlı həyata keçirilən uğurlu layihələrdən bəhs ediblər.

 

Tədbirlərdə uşaqlara Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib. Birlik və həmrəylik anlayışlarına dair obrazlı ədəbi-bədii nümunələr uşaqlar tərəfindən maraqla qarşılanıb.

 

Tədbirdə balaca fidanlar Azərbaycana, vətənpərvərliyə həsr edilmiş şeirlər söyləyiblər. Maraqlı kompozisiyalar, Yeni il səhnəcikləri, rəqs və mahnılar iştirakçılara xoş ovqat bəxş edib.