“Alphabet” holdinqinə məxsus “Google” kompaniyası yeni ilə işçi ixtisarları ilə başlayıb və bir neçə komandada yüzlərlə əməkdaşını işdən çıxarmaq qərarına gəlib.

 

Reuters agentliyi xəbər verir ki, internet nəhəngi yanvarın 16-da reklam-satış komandasından yüzlərlə işçinin ixtisar olunacağını elan edib.

 

“Google” ötən həftə “Voice Assistant” komandasından yüzlərlə əməkdaşı ilə müqaviləyə xitam veriləcəyini, “Pixel”, “Nest” və “Fitbit”ə cavabdeh komandalardakı personalın sayını ixtisar edəcəyini və “əlavə reallıq” komandasındakı insanların əksəriyyətini işdən çıxaracağını açıqlayıb.

 

“Amazon.com” kompaniyası da yüzlərlə əməkdaşını işdən çıxarmaq niyyətində olduğunu bildirib.

 

KİV-də yayılan məlumatlara görə, “Alphabet” holdinqi, ümumilikdə 12 min iş yerini ixtisar etməyi planlaşdırır.

 

Azərtac