Beyləqan rayonunda sertifikatlaşdırma prosesi ilə bağlı növbəti maarifləndirici görüş keçirilib.

        

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov,  Beyləqan rayonu üzrə ümumi təhsil məktəblərində çalışan riyaziyyat və xarici dil müəllimləri iştirak ediblər.

 

RTİ-dən bildirilib ki,  görüşdə Mahir Zahidov sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimləri məlumatlandırıb. O, müəllimlərin öz səriştələrini artırmaq baxımından sertifikatlaşdırma prosesinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Təhsil İnstitutunun təqdim etdiyi təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsinin qiymətləndirmə çərçivəsini slaydlarla iştirakçıların diqqətinə çatdırıb.

        

Sonra Elvin Abbasov sertifikatlaşdırma  prosesinin təhsilin keyfiyyət göstəricilərinə, müəllimlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıb.

        

Tədbirdə imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

Şakir CƏFƏROV