Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Çelyabinsk Dövlət Universitetinin Təbiət və İnsan Problemlərinin Tədqiqi Tədris-Elmi Mərkəzinin elmi işçisi, ekologiya fakültəsinin geoekologiya və ətraf mühitin idarə edilməsi kafedrasının baş müəllimi Anna Plaksinanın təqdimatında təlim-seminar keçirilib. A.L.Plaksina Botanika İnstitutunun bir qrup alim və mütəxəssisləri üçün “Coğrafi informasiya sistemlərinin əsasları” mövzusunda çıxış edib. Seminarın nəzəri hissəsində geobotaniki məqsədlər üçün istifadə olunan müasir GİS proqramının tətbiqi, senozların fəza analizinin əsasları və nəticələrin vizuallaşdırılması məsələləri araşdırılıb.

 

Təlimlərdə, həmçinin, GİS proqramının əsas iş üsulları, rastr və vektor məlumatlarının botaniki tədqiqatlarda tətbiqi, sahə tədqiqatları əsasında faktiki material xəritələrinin və tematik xəritələrin yaradılması tədris olunub.