Lənkəran Dövlət Universitetində bütün fakültələr üzrə imtahanlar tələbələrin əvvəlcədən sərbəst seçdiyi günlər üzrə iki növbədə keçirilir.

 

Ali məktəbdən bildirilib ki,  ötən sessiyadan tələbələrə imtahan günlərini və suallarını elektron qaydada seçmək imkanı yaradılıb.

 

İmtahan biletləri real rejimdə kompüterdə formalaşdırılaraq çap edilir, tələbələr biletdə olan suallara uyğun proqram tərtib edirlər.

 

İmtahan nəticələri universitetin rəsmi saytında (www.lsu.edu.az)  yerləşdirilir.

 

İmtahanlar fevralın 1-dək davam edəcək.