Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Mingəçevir Dövlət Universitetində (MDU) olub.

 

Ziyarət çərçivəsində Baş konsul universitetin rektoru Şahin Bayramovla görüşüb. Görüşdə universitetin əməkdaşları, eləcə də MDU-da fəaliyyət göstərən türkiyəli qonaq professorlar iştirak ediblər.

 

MDU-nun mövcud potensialından və strateji hədəflərindən bəhs edən rektor Ş.Bayramov müasirləşmə yolunda qardaş Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

R.Öztop qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan- Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini deyib, ali təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyindən danışıb.

 

Sonra görüşdə MDU-nun Türkiyə universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığının genişləndirilməsinin potensial istiqamətləri barədə fikir mübadiləsi aparılıb və bu istiqamətdə Bas Konsulluğun müvafiq dəstəyi ifadə edilib.