Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisasının V kurs tələbəsi Fatimə Məmmədova Azərbaycan Prezidenti İlham Əliyevin “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı ilə mükafata layiq görülən gənclər arasında yer alıb.

 

O, “SOCAR Türkiyə” və bp-də proses mühəndisi olaraq təcrübə keçib, mübadilə proqramı çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universitetində bir semestr təhsil alıb.

 

Onun təmsil olunduğu BANM-ın komandası Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı -“Teknofest" yarışmasında "Yaşıl texnologiyalar" kateqoriyasında I yerə layiq görülüb və "Teknofest Türkiyə"də layihəni tanıtmaq imkanı əldə edib. Komanda eyni layihə ilə regionlar üzrə keçirilən “ClimateLaunchPad” yarışmasında 3-cü yerə layiq görülüb, “The Black Sea Universities Network (BSUN)” yarışmasında qalib olub. 2023-cü ildə bu layihə KOBİA tərəfindən maliyyələşdirilib.