Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə gənc müəllimlər növbəti dəfə teatr tamaşalarında iştirak ediblər.

 

Gənc müəllimlər və BŞTİ nümayəndələri müxtəlif günlərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Azərbaycan Dövlət “Yuğ” Teatrı və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tamaşaları izləyiblər. Tamaşalar gənc müəllimlərdə xoş təəssüratlar yaradıb.

 

Qeyd edək ki, BŞTİ və Azərbaycan Gənc Müəllimlər Assosasiyasının birgə təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi ilə reallaşdırılan layihənin əsas məqsədi gənc müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və mədəni istirahətlərinin təmin olunmasından ibarətdir.