Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi Şurasının iclasında  rektor professor Gülçöhrə Məmmədova “Rektorluğun 2023-cü il üzrə fəaliyyəti barədə” hesabatını təqdim edib. Rektor çıxışında 2022-ci ildə əldə olunan uğurlar, nailiyyətlər və çatışmazlıqlarla bağlı ətraflı məlumat verib. Tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, elmi potensialın gücləndirilməsi, universitetin beynəlxalq reytinqlərdəki mövqelərinin irəli pillələrə daşınması, xüsusilə AzMİU alimlərinin impakt faktorlu jurnallardakı məqalə saylarının artırılması, həmçinin gənc nəslin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda yetişdirilməsi prioritet istiqamətlər olaraq elan edilib.